-
Sizin brauzer HTML5-i dəstəkləmir
Hər sammit tarixi hadisə olmalı deyil, hətta o, NATO-nun sammiti olsa belsə. Amma NATO-nun sentyabrın 4-də keçiriləcək Uells sammitindən gözləntilər böyükdür. Ən azı bu sammitin gedişində səslənən fikirlərdən dünya siyasətinin hara istiqamət götürəcəyini müəyyənləşdirə biləcəyik.
İndi çox böyük hadisələr baş verir. Onlar dünya siyasətinin arxitekturasinı müəyyən etməyə yönəlmiş hadislərdir. Təxminən 10-15 il bundan əvvəl belə fikirlər səslənirdi ki, NATO artıq missiyasını başa vurub, bu Alyansa hətta keçmişin rudimenti kimi baxırdılar. Amma indiki hadisələr göstərir ki, şimal Alyansın güclənməsində və genişlənməsində israr edən politoloqlar daha haqlı imiş, baxmayaraq ki, onların özlərinə də soyuq müharibənin apologetləri kimi baxırdılar.
Bu sammitdən nə gözləyirik?
Ukraynaya nüvə silahından imtinanın müqabilində təhlükəsizlik təminatları vəd olunmuşdu. Amma bu vədlər indi hətta yada da düşmür. Təbii ki, bu hal Ukraynanın yolunu təkrar etmək istəyən digər ölkələrdə də narahatlıq doğurur.
Doğrusu, gözləntilərimiz daha çox üç ölkə - Ukrayna, Moldova və Gürcüstanla bağlıdır. Sammit ərəfəsində artıq müəyyən gözləntilər vardı. Bu dövrə qədər bu xüsusda ən müxtəlif fikirlər səslənmişdi: Ukraynaya üzvlükdən kənarda əsas müttəfiq dövlət statusu verməkdən tutmuş bu ölkələrlə “Gücləndirilmiş əməkdaşlıq” sazişi imzalanmasına qədər...
Amma ümidlər elə də böyük deyil. Təəssüf ki, Qərb dövlətləri sadaladığımız dövlətlər üçün xarakterik olan bir sıra siyasi və geosiyasi reallıqları nəzərə almırlar. Bu hansı reallıqlardır?
BÖYÜK SİYASƏTİN ÜÇ BÖYÜK REALLIĞI...
Birincisi, nə sadalanan dövlətlərin, nə də Azərbaycanın etibarlı təhlükəsizlik çətiri yoxdur, bu ölkələri hələ də Rusiyadan qoruyan hərbi-siyasi sipər qurulmayıb.
Xüsusən də Ukrayna daha çox aldadılmış vəziyyətdədir. Bu ölkəyə nüvə silahından imtinanın müqabilində təhlükəsizlik təminatları vəd olunmuşdu. Amma bu vədlər indi hətta yada da düşmür. Bu azmış kimi Ukraynanın hərbi və hərbi-siyasi potensialı daha da zəiflədilir. Təbii ki, belə bir hal Ukraynanın yolunu təkrar etmək istəyən digər ölkələrdə də narahatlıq dogurur.
NATO-nun Ulells sammitndə səslənən fikirlərdən dünya siyasətinin hara istiqamət götürəcəyini müəyyənləşdirə biləcəyik.
İkincisi, sadalanan ölkələrin, o cümlədən də Azərbaycanın ərazisində Rusiyadan dəstəklənən münaqişələr var. Doğrudur, Qərb dövlətləri Ukraynada yaşanan münaqişəyə münasibətdə ardıcıl mövqe tutublar. Amma bunu Azərbaycanla, Gürcüstanla və Moldova ilə bağlı demək olmur. Bu münaqişələrlə bağlı əsl həqiqət çox nadir hallarda dilə gətirilir.
Üşüncüsü, 3 ölkə Avropa Birliyilə assosiasiya sazişi imzaladı. Ukraynaya, Gürcüstana və Moldovaya 500 milyonluq istehlak bazarına çıxış vəd edildi. Amma bu ölkələrin həmin bazara şıxarılası nəyisə varmı? Məsələ də elə bundadır.
Dogrudanmı, kimsə güman edir ki, avropalı istehlakçılar Avropa şərabını qoyub turş Gürcüstan və Moldova şərabını alacaqlar? Bu ölkələrin faciəsi ondadır ki, onların demək olar ki, Avropa bazarına çıxarılası heç nəyi yoxdur.
Amma Avropada bunu nəzərə almırlar. Əslində məsələ tamam tərsinədir: Avropa bu ölkələrin timsalında təxminən 70 milyon nəfərlik yeni istehlakçı bazarı qazanacaq...
HƏTTA ÜMİD OLMAYANDA BELƏ....
Doğrudanmı, məsələ bu qədər ümidsizdir? Təbii ki, ümid həmişə var. Hətta o olmayanda belə adam onun peyda olacağına ümid etməyə başlayır. Ukrayna, Gürcüstan və Moldova avropalaşa bilər, amma bunun üçün illər lazımdır ki, əsl biznes mədəniyyəti, əsl istehsalçı vərdişləri yaransın...
Bütün bunlar isə yalnız etibarlı təhlükəsizlik çətiri olacağı təqdirdə mümkündür. Ona görə ki, eyni vaxtda üç cəbhədə “vuruşmaq” olmur...
Məmurlardan biri Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olmamasını belə izah etdi ki, ora üzv olsa keyfiyyətli və ucuz Avropa malları ölkə bazarını zəbt edəcək, nəticədə də yerli istehsal sıradan çıxacaq. Amma milyonlarla istehlakçının maraqları, yoxsa tənbəl, dünya bazarına çıxmaq iqtidarında olmayan kiçik bir zümrənin - yerli istehsalçıların maraqları daha önəmlidir?
Buradan belə nəticə çıxarmaq olar ki, əslində Azərbaycan assosiasiya sazişini imzalamamaqla, NATO-ya maraq göstərməməklə düzgün hərəkət edir.
Amma bu da nisbi həqiqətdir. Məsələ bundadır ki, bu yolu nə vaxtsa keçmək, başa vurmaq lazımdır. İndi üç ölkə - Ukrayna, Gürcüstan və Moldova hər şey yaxşı olsa bu yolu keçməyə başlayacaq. Yalnız neftinə və qazına güvənən Azərbaycan isə, necə deyərlər, yerində sayacaq, iqtisadiyyatı rəqabət indeksi sarıdan həmişə geridə olacaq.
Bəlkə də indiki məqamda Azərbaycana bu yolu keçmək daha asan olardı. Ona görə ki, neftdən və qazdan gələn gəlirlər rəqabət qabiliyyətli əsl iqtisadiyyata keçid yolundakı müəyyən sarsıntıları azalda bilərdi. Amma hökumət bu haqda düşünmür. Ölkənin gömrük sistemi bahalıq yaratmaq üçün bir alətə çevrilib.
Nə qədər qəribə olsa da, nəinki Avropa Bilrliyi, hətta Avrasiya İttifaqı adi istehlakçının maraqlarına daha çox cavab verir, nəinki indiki vəziyyət. Nə qədər qəribə olsa da bunu etiraf etmək zorundayıq.
Bir dəfə hökumət məmurlarından biri ölkənin Dünya Ticarət Təşkilatına üzv olmamasını belə izah etdi ki, Azərbaycan ora üzv olsa keyfiyyətli və ucuz Avropa malları ölkə bazarını zəbt edəcək, nəticədə də yerli istehsal sıradan çıxacaq. Amma burada belə bir sual yaranır: nə daha çox önəmlidir, milyonlarla istehlakçının maraqları, yoxsa tənbəl, dünya bazarına çıxmaq iqtidarında olmayan kiçik bir zümrənin - yerli istehsalçıların maraqları?..
Üstəlik, hələ məlum deyil ki, hökumət həqiqtən də istehsalçıların maraqlarını qorumağa çalşıır, yoxsa onu oliqarx məmurların maraqları daha çox düşündürür?
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.