Rusiya bazarı Azərbaycan meyvə-tərəvəzinə açılır?

Arxiv fotosu: Bakıda meyvə-tərəvəz bazarı.

.

Sizin brauzer HTML5-i dəstəkləmir

Rusiya bazarı Azərbaycan meyvə-tərəvəzinə açılır?

SEVİNƏK, YA SEVİNMƏYƏK?

Qonşu Rusiyanın Avropa məhsullarına embarqo qoyması Azərbaycanın meyvə-tərəvəz sektorunda əsl canlanma yaradıb. Hətta içəridə insanlar təlaş keçirir ki, meyvə-tərəvəz Rusiyaya daşınacaq və Azərbaycan bazarlaırnda qıtlıq və bahalıq yaranacaq.

Demək olmaz ki, bu, yəni Azərbaycan məhsullarının yenidən Rusiya bazarlarına çıxması tamam pis haldır. Əgər ölkədə meyvə-tərəvəz bolluğu varsa, onun Rusiya bazarlarına daşaınmasında pis heç nə yoxdur.

Amma məsələ bundadır ki, Rusiya ilə bağlı heç nəyin təminatı yoxdur. Bu gün Rusiyanın nəyəsə ehtiyacı ola bilər. Sabah isə hansısa siyasi motivlərdən Rusiya özünün ehtiyaclarını tamam unuda bilər və bazarlarını Azərbaycan məhsullarının üzünə bağlayar.

Birdə gördün ki, işçi qüvvəsi-əməkçi miqrantlar kimi məhsulun da Rusiyaya daşınmasında birdən hansısa fors-major situasiyalar baş verdi.

ÇƏTİN OLACAQDI, AMMA...

Ona görə də təbii təkamül yolundan qaçmaq lazım deyil. Avropa Birliyilə assosiasiya sazişi imzalanarkən belə deyildi ki, bu ölkələr 500 milyon nəfərlik istehlak bzarına çıxış əldə edəcəklər.

Rusiya ilə bağlı heç nəyin təminatı yoxdur. Bu gün Rusiyanın nəyəsə ehtiyacı ola bilər.

Sabah isə hansısa siyasi motivlərdən Rusiya özünün ehtiyaclarını tamam unuda bilər və bazarlarını Azərbaycan məhsullarının üzünə bağlayar.

Düzdür, dərhal sual yarandı ki, həmin ölkələr Avropa bazarına nə çıxaracaq? Onlar avropalı istehlakçının tələbatını ödəyən mallar təqdim edə biləçəklərmi?

Təbii ki, ilk illərdə bu suallara təsdiqləyici cavab vermək çətin olardı- Avropa bazarı keçmiş sovet ölkələri üçün hələki ekzotikadır.

Ona görə də ilk illərdə çətinliklərin olması, sarsıntıların yaşanması labüd idi.

Amma Azərbaycanın bu sarsıntıları nisbətən səngitmək, onların təsirini azaltmaq imkanları vardı. Neftin və qazın satışından əldə olunan gəlirlər digər sahələrdəki kataklizmlərin təsirini kompensasiya etmək iqtidarındadır.

Bəli, indi təsadüf Azərbaycan məhsullarının üzünə Rusiya bazarlarını açdı. Di gəl, bircə anlığa təsəvvür edək ki, Rusiya ilə Avropa arasında ziddiyyət və anlaşılmazlıq yaranmayıb. Rusiya öz bazarlarını Avropa mallarının üzünə bağlamyıb. Onda nə olacaqdı?

Çətin ki, kimsə bu suala da təskinverici bir cavab versin. İndiki situasiya Azərbaycan istehsalçılarını rəqabətsizliyə alışdırır, onları təbii rəqabətdən və bazar qanunlarından kənarda qoyur.

HAMI HƏR ŞEYİ BİLDİYİNİ GÜMAN EDİR...

Azərbaycanda hamı elə bilir ki, o, bazarı mükəmməl bilir. Amma bazar, özü də müasir bazar zay məhsulu kiməsə sırımaq, qiymətdə və çəkidə aldatmaq demək deyil.

Müasir bazarın qanunları tamam başqadır. Sən alıcının, istehlakçının nazı ilə oynamalısan, ona zövqünü oxşayan məhsul təqdim etməlisən. Azərbaycan istehsalçısı bunu bacarırmı? Bu gün o, bunu nəinki bacarmır, hətta özünə bu xüsusda əziyyət vermək də istəmir...

“Məcbur olub alacaq!” psixologiyası istehsalçıya inkişaf etmək, öz istesalı üzərində çalışmaq üçün stimul qoymur. O, düşünür ki, məhsulunu onsuz da satacaq...

İstehlakçı ilə təmas birinci ölkənin özündə baş verir. Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olmaması, istehlak bazarındakı monopoliya istehlakçı üçün seçim imkanı qoymur, o sadəcə, kasad və məhdud təklifdən seçmək məcburiyyətindədir.

Belə vəziyyət əgər istehlakçının seçim imkanlarını məhdudlaşdırırsa, istehsalçını, ümumiyyətlə, kor edir, onu tənbəlləşdirir. “Məcbur olub alacaq!” psixologiyası istehsalçıya inkişaf etmək, öz istesalı üzərində çalışmaq üçün stimul qoymur. O, düşünür ki, məhsulunu onsuz da satacaq...

Amma dünyada marketinq inkişaf edir. Satışa elə məhsullar çıxarırlar ki, o, adamın gözünü oxşayır. Xüsusən də Avropada belədir. İndi assosisiya sazişi imzalayan ölkələrin üstünlüyü bundadır ki, onlar bu yolu keçməyə başlayacaqlar. Çətin olacaq. Bir ilə, beş ilə başa gəlməyəcək bu iş. Amma bu ölkələrin istehsalçıları ən azı məhsulu yaxşı bükməyi və qablaşdırmağı öyrənəcəklər...

XALQ MALINA KOR BAXANIN...

Azərbaycan isə özünü bu inkişafdan məhrum edir. Ən əsası isə odur ki, Rusiya siyasətçilərində məntiq yoxdur.

Belə getsə, Rusiyada yalnız dələlərin yemi olacaq. Ona görə ki, nə olmasa da, Rusiyada küknar qozası boldur...

Məsələn, dünya bunlara qarşı sanksiya qəbul edir, bunlar isə öz bazarlarını Moldova, Ukrayna və Gürcüstan məhsullarının üzünə bağlayırlar. Belə getsə, Rusiyada yalnız dələlərin yemi olacaq. Ona görə ki, nə olmasa da, Rusiyada küknar qozası boldur...

Rusiyada heç vaxt vətəndaş və onun tələbatları önəm kəsb etməyib. Keçmiş SSRİ-də maraqlı ierarxiya vardı. Birinci yerdə “ümumxalq mülkiyyəti” dayanırdı-çalışmalıydın ki, birinci növbədə “xalq mülkiyyəti”nə ziyan dəyməsin, hətta bunun üçün canını belə əsirgəməməli idin...

İndiki Rusiyada da çox az şey dəyişib. Birinci yerdə mifik dövlət maraqlarıdır.

Hamı Krımın ilhaqından məst olub. Soruşan yoxdur ki, orta statistik rusiyalıya bu Kırmdan axı nə düşür?..

Ona görə də Rusiya belə Rusiyadır. Ona çox bel bağlamaq olmaz...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.