-
Sizin brauzer HTML5-i dəstəkləmir
HƏR MÜQAYİSƏ QÜSURLUDUR, AMMA...
Ola bilsin, müqayisə bir o qədər də uğurlu olmayacaq. «Əli və Nino» romanında ötəri olsa da abreklərdən bəhs edilir. Onlar cinayət törətdiklərinə öz tayfalarından qovulan, tənha həyat keçirən, quldurluqla məşğul olan və özünü bütünlüklə şərə həsr edən insanlar olublar.
Nədənsə Yaxın Şərqdə, xüsusən də İraqda və Suriyada baş verən proseslər haqqında fikirləşəndə bu detal yadıma düşdü – indi çox az adam tapmaq olar ki, İŞİD və onun əməlləri haqqında düşünməsin.
İyunun 29-da onlar tutduqları əraziləri xilafət, öz liderlərini isə xəlifə adlandırdılar. Axı niyə belə olur? Niyə azacıq imkan düşən kimi müsəlman dünyasında istənilən proses radikal, bəzən də ekzotik dini hərəkata transformasiya edir? Bunun kökləri nədir?
Bəri başdan deyək ki, İŞİD-i ənənəvi müsəlman hərəkatı adlandırmağa da adam çətinlik çəkir. Bunlar necə müsəlmandırlar ki, Kəbəni darmadağın edəcəkləri ilə hədələyirlər?
Diktator devrildi, hamı güman etdi ki, nəhayət ki, bu torpağa dinclik və rahatlıq gələcək. Normal siyasi sistem bərqərar olacaq. Amma belə olmadı. Ölkədə terror gücləndi, dini qarşıdurmalar, etnik çəkişmələr gücləndi.
Müsəlman dünyası, dini qüvvələr çox rəngarəngdir, amma biz elə bir islam cərəyanı tanımırıq ki, o, Kəbəni inkar etsin. Düzdür, müsəlman dünyasında və dini cərəyanlar arasında pirləri, namaz qılarkən möhürdən istifadə edilməsini və s. inkar edən dini təmayüllər var. Ancaq bunu Kəbə ilə bağlı eşitməmişik, çünki onu ziyarət etmək müsəlmanlığın doqquz şərtlərindən biridir.
İSTƏYİRDİLƏR YAXŞI OLSUN, AMMA...
Qayıdaq Yaxın Şərqə, İraqa. Bu ölkədə nə baş verdi? Diktator devrildi, hamı güman etdi ki, nəhayət ki, bu torpağa dinclik və rahatlıq gələcək. Normal siyasi sistem bərqərar olacaq. Amma belə olmadı. Ölkədə terror gücləndi, dini qarşıdurmalar, etnik çəkişmələr gücləndi.
Etiraf etmək lazımdır ki, bir çox əcnəbi politoloqlar, ərəb dünyası və Yaxın Şərq üzrə mütəxəssislər bunu görür və xəbərdarlıq edirdilər. Təəssüf ki, elə bu məsələdə də geosiyasi meyarlar üstünlük təşkil etdi – böyük güclər regionun siyasi reallıqları ilə hesablaşmaq istəmədilər. Nəticəsi də bu oldu.
Burada hər bir ölkə yaşadığı siyasi sistemə layiqdir fikrini yada salmaq istəməzdik. Amma reallıqlar var və bir çox hallarda bu reallıqlar özləri ilə hesablaşmağa vadar edir.
MÜSƏLMAN VATİKANINA EHTİYAC VARMI?
Bəzən düşünürsən ki, bəlkə müsəlmanlara onların istədiklərini etməyə imkan vermək lazımdır? Amma dərhal da yadına düşür ki, onlar artıq bunu ediblər və hansısa ciddi nəticə alınmayıb. İran yaxud Səudiyyə Ərəbistanı dini dövlət deyilmi?
Xristian dünyasında bir kiçik, cırtdan teokratik dövlət - Vatikan var və bununla da kifayətləniblər. Bəzi müsəlman təriqətləri, dini-siyasi cərəyanlar bəlkə bunu təqlid etmək istəyirlər?
Amma buna da oxşamır. Ona görə ki, onların böyük siyasi iddiaları olur. Axı xilafət təkcə sırf dini dövlət mənasına gəlmir, həm də imperiya anlamını verir.
Regionun yeganə demokratik dövləti – İsrail də dini çalarları olan dövlətdir. Amma İsraildə mühafizəkarlıqla yeniliyin, dünyəviliklə dinçiliyin çox üzvi bir vəhdətini tapıblar.
Müsəlman dünyasında yalnız Türkiyədə belə üzvi əlaqə qurulub. Düzdür, Türkiyə daha çox dünyəvi və demokratik dövlətdir, amma bu ölkənin ən azı üfüqi, ictimai həyatında dinin rolu düşünülən qədər də az deyil.
Regionun yeganə demokratik dövləti – İsrail də dini çalarları olan dövlətdir. Amma İsraildə mühafizəkarlıqla yeniliyin, dünyəviliklə dinçiliyin çox üzvi bir vəhdətini tapıblar.
O ki qaldı bəzi ərəb dövlətlərinə və İrana, onlar islama və onun obrazına çox böyük zərbə vurdular. Yeni qurulacaq dövlətlər də bu təcrübəni davam etdirəcəklərsə, onların qurulmasına heç ehtiyac yoxdur.
YALNIZ FANATLARA MEYDAN AÇILIR...
Burada bir detalı da qeyd etmək lazımdır. Avtoritar siyasi sistemlər, dinc mübarizə metodlarına yer olmayan ölkələr bəlkə də özləri də hiss etmədən bir çox hallarda radikal mübarizə üsullarını stimullaşdırırlar.
Bir anlığa düşünək. İnsanın təbiəti elədir ki, o, az müqavimət tələb edən yolu seçir. Normal, orta statistik insan avtoritar siyasi sistemdə mübarizədən çəkinir (biz də baş sındırırıq ki, niyə Azərbaycanda güclü siyasi-ictimai hərəkat yoxdur?). Səbəbi də sadədir. O, qorxur, çəkinir. Belə şəraitdə əqidəli insanlarla bahəm, dini fanatlara yol açılır. Məhz onlar düşünür ki, mübarizələrinin bu dünyada əvəzi olmasa da o biri dünyada bunun on qatı olacaq. Onlar buna inanırlar, hətta özlərini Allahın əsgərləri adlandırırlar...
İndi düşünürük ki, bütün bunlar Azərbaycandan çox uzaqdır, bəlkə də bir ekzotikadır. Amma unutmayaq ki, Suriyada döyüşən azərbaycanlıların sayı 300-ə yaxındır, artıq bu haqda fikirləşməyə dəyər...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.