TBMM-dən Instagram qadağası

Instagram

-
Türkiyə Böyük Millət Məclisi (TBMM) millət vəkillərinin Instagram-dan istifadəsini məhdudlaşdırıb.

«Milliyyet» qəzeti yazır ki, millət vəkilləri izləyiciləri (follower) ilə artıq istədikləri kimi foto paylaşa bilməyəcəklər. TBMM-nin «zərərli məzmun» siyahısına düşən Instagram-dan istifadə etmək istəyən millət vəkilləri bunun üçün icazə almalıdırlar.

Bu yasaqdan xəbərsiz olan bəzi millət vəkilləri Instagram-dan şəkil paylaşmaq istəyəndə bir xəbərdarlıqla rastlaşıblar. Onlar «Məhdud Giriş» «Çalışmalarınız üçün forumu doldurun» mesajı ilə üzləşiblər. Millət vəkilləri bunu təəccüblə qarşılayıblar.

Millət vəkillərinin bu qadağayla bağlı hansı mövqe sərgiləyəcəkləri maraqla gözlənilir. Ancaq bunu demək olar ki, məclisdən paylaşılan anlıq fotoların artıq sonu gəldi.