.
SONUNCU HƏFTƏYƏ GEDƏN YOL...
Siyasət Ukrayna üçün həlledici həftəyə qədəm qoydu. Artıq altı gündən sonra bu ölkədə prezident seçkisi keçirilməli və legitim icra hakimiyətinin formalaşdırılmasına start verilməlidir.
Prezident seçkisi elə hadisədir ki, onu hər yerdə diqqətlə izləyir və bunun əsasındada siyasət yürüdürlər. Ukraynaya gəldikdə isə o, müstəsna əhəmiyyət kəsb edir.
Bu prosesin gedişində aydın olmalıdır ki, maydan hadisələri bəzi yerlərdə, o cümlədən də Bakıda bir sıra rəsmilərin iddia edildiyi kimi heç də “ABŞ-ın oyunu” deyil, cəmiyyətin iradəsinin təzahürüdür və müəyyən mənada avtoritar siyasətin məntiqi yekunudur ki, digər dövlətlərə də ondan dərs və ibrət götürməyi tövsiyyə edir.
Etiraf etmək lazımdır ki, 21 iddiaçı arasında keçiriləcək seçki çox çətin dövrə təsadüf edir – ölkənin bir hissəsi ilhaq olunub, daha 2 vilayət isə mərkəzi hakimiyyətin nəzarətindən çıxıb və özlərini “müstəqil respublika” elan ediblər.
Üstəlik, hər an seçkiyə mane olmaq təşəbbüsləri gözlənilir. Sirr deyil ki, belə təşəbbüslər ilk növbədə Rusiya tərəfindən edilə bilər, çünki bu dövlət üçün Ukraynada legitim və demokratik hakimiyyətin olmaması, mövcud hakimiyyətin daim “xunta” kimi qələmə verilməsi daha rahatdır.
BUNDAN SONRA HAMI ÖZ YERİNİ TUTACAQ...
Seçki həm də bir mühüm məsələni həll etməlidir. Bundan sonra Ukraynada “Kimdən soruşmaq lazımdır?” sualı artıq predmetsiz olmayacaq. Bu, Ukraynanın həm daxilinə, həm də xaricinə aiddir.
Ümid etmək olar ki, seçki ölkənin vəziyyətinə diqqəti artıracaq – ona qarşı ərazi iddiaları daha ciddi təhdidə çevriləcək, ölkəni böhran vəziyyətindən çıxarmaq üçün maliyyə dəstəyi artacaq.
Ən əsası isə Ukraynanın strateji kursuna bir aydınlıq gələcək. Rusiya ilə indiki münasibətlər onun bir daha MDB müstəvisinə dönməsinin ehtimalını azaldır.
Amma Avropa ilə bağlı siyasətdə də bir yəqinlik yaranmalıdır. Bu mənada Ukrayna sarıdan elə bir qeyri-müəyyənlik yoxdur. Burada söhbət Qərbdən, onun “Ukraynaya nə təklif etmək olar?” sualına cavabından gedir. Aydın məsələdir ki, indiki vəziyyətdə tək assosiasiya sazişi azlıq edir.
DAHA DƏRİN İNTEQRASİYAYA EHTİYYAC VAR...
Hadisələrin gərgin vaxtında, Krım hələ ilhaq edilməmişdən bir qədər əvvəl Rusiyanın ekspansiv siyasətini cilovlamaq üçün ABŞ və Avropa rəsmiləri bir daha bəyan etdilər ki, NATO Ukraynanın hesabına genişlənməyəcək.
Amma bu, Rusiyanı dayandıra bilmədi, nəinki Krım ilhaq olundu, hətta cənub-şərq regionları da ölkənin nəzarətindən çıxarıldı. Bu, yeni situasiya deməkdir. Elə bu səbəbdən də situasiyaya adekvat yeni siyasət yürüdülməlidir.
Təbii ki, hər bir halda Qərb dövlətlərinin Ukraynaya görə Rusiya ilə hərbi qaşıdurmaya gedəcəyini təsəvvür etmək yanlışlıq olardı. Amma Krımın geriyə qayıtmasının ehtimalı çox az olsa da hər halda şərq regionlarındakı vəziyyəti normallaşdırmağa cəhd etmək olar.
Qərb dövlətləri bu regionlardakı vəziyyətə münasibətdə çox gercək yol tutub.
Rusiya həmin bölgələrdəki separatçıları nə qədər federalistlər adlandırsa da heç kim onları bu məzmunda və statusda qəbul etmir. Bunun özü ciddi dəstək hesab edilə bilər.
BAŞQA MÜNAQİŞƏLƏRƏ DƏ BELƏ MÜNASİBƏT OLSAYDI...
Digər münaqişə ocaqlarına da - Dnestrə, Cənubi Osetiyaya və Abxaziyaya, Qarabağa da belə münasibət olsaydı problemlər çoxdan “ölü nöqtə”dən tərpənərdi. Amma təəssüf ki, onlara qarşı bu münasibət yoxdur, hətta bir qədər dəstək vermək cəhdi də yoxdur.
Bir yerdə separatçılar terrorist, nəzarətsiz silahlı qruplaşmalar adlandırılır, başqa yerdə isə onların “öz müqəddəratlarını müəyyən etmək hüququ”ndan danışılır.
Təbii ki, bu bir natamamlıqdır və nə qədər bu natamamlıq davam edəcəksə bu münaqişələri həll etmək də bir o qədər çətin olacaq...
Amma Ukraynaya dəstək qiyabi formada digər ölkələrə də dəstək deməkdir.
Bu dəstəyi qısqanmağa dəyməz. Daha yaxşı olardı ki, bu dəstək dərinləşsin.
Bu dərinləşməni necə təsəvvür edirik? Assosiasiya sazişi azdır.
Şərqi Avropa ölkələri adını almış dövlətlərin Avropa ilə daha dərin inteqrasiyaya ehtiyacı var. Yol riskli yoldur. Bunu Ukraynanın timsalında gördük. Riskə adekvat da inteqrasiya olmalıdır.
Təsadüfi deyil ki, hətta artıq Bakıda belə fikrilər səslənir. Bu yaxınlarda dövlət rəsmilərindən biri qeyd etdi ki, tək assosiasiya sazişi Azərbaycanı qane etmir, o, daha dərinləşmiş inteqrasiya arzulayır. Təbii ki, Bakının halında bu assosiasiya sazişini imzalamaqdan mədəni şəkildə yayınmaq demək idi. Amma nə etmək olar? Bəzən siyasətdə də insanları sözündən tutmağa ehtiyac olur...

Prosesin gedişində aydın olmalıdır ki, maydan hadisələri iddia edildiyi kimi heç də “ABŞ-ın oyunu” deyil, cəmiyyətin iradəsinin təzahürü, avtoritar siyasətin məntiqi yekunudur ki, digər dövlətlərə də ondan ibrət götürməyi tövsiyyə edir.
Ümid etmək olar ki, seçki ölkənin vəziyyətinə diqqəti artıracaq – ona qarşı ərazi iddiaları daha ciddi təhdidə çevriləcək, ölkəni böhran vəziyyətindən çıxarmaq üçün maliyyə dəstəyi artacaq.
Ən əsası isə Ukraynanın strateji kursuna bir aydınlıq gələcək. Rusiya ilə indiki münasibətlər onun bir daha MDB müstəvisinə dönməsinin ehtimalını azaldır.
Amma Avropa ilə bağlı siyasətdə də bir yəqinlik yaranmalıdır. Bu mənada Ukrayna sarıdan elə bir qeyri-müəyyənlik yoxdur. Burada söhbət Qərbdən, onun “Ukraynaya nə təklif etmək olar?” sualına cavabından gedir. Aydın məsələdir ki, indiki vəziyyətdə tək assosiasiya sazişi azlıq edir.
DAHA DƏRİN İNTEQRASİYAYA EHTİYYAC VAR...
Hadisələrin gərgin vaxtında, Krım hələ ilhaq edilməmişdən bir qədər əvvəl Rusiyanın ekspansiv siyasətini cilovlamaq üçün ABŞ və Avropa rəsmiləri bir daha bəyan etdilər ki, NATO Ukraynanın hesabına genişlənməyəcək.
Amma bu, Rusiyanı dayandıra bilmədi, nəinki Krım ilhaq olundu, hətta cənub-şərq regionları da ölkənin nəzarətindən çıxarıldı. Bu, yeni situasiya deməkdir. Elə bu səbəbdən də situasiyaya adekvat yeni siyasət yürüdülməlidir.
Təbii ki, hər bir halda Qərb dövlətlərinin Ukraynaya görə Rusiya ilə hərbi qaşıdurmaya gedəcəyini təsəvvür etmək yanlışlıq olardı. Amma Krımın geriyə qayıtmasının ehtimalı çox az olsa da hər halda şərq regionlarındakı vəziyyəti normallaşdırmağa cəhd etmək olar.
Qərb dövlətləri bu regionlardakı vəziyyətə münasibətdə çox gercək yol tutub.
Rusiya həmin bölgələrdəki separatçıları nə qədər federalistlər adlandırsa da heç kim onları bu məzmunda və statusda qəbul etmir. Bunun özü ciddi dəstək hesab edilə bilər.
BAŞQA MÜNAQİŞƏLƏRƏ DƏ BELƏ MÜNASİBƏT OLSAYDI...
Digər münaqişə ocaqlarına da - Dnestrə, Cənubi Osetiyaya və Abxaziyaya, Qarabağa da belə münasibət olsaydı problemlər çoxdan “ölü nöqtə”dən tərpənərdi. Amma təəssüf ki, onlara qarşı bu münasibət yoxdur, hətta bir qədər dəstək vermək cəhdi də yoxdur.
Bir yerdə separatçılar terrorist, nəzarətsiz silahlı qruplaşmalar adlandırılır, başqa yerdə isə onların “öz müqəddəratlarını müəyyən etmək hüququ”ndan danışılır. Təbii ki, bu, bir natamamlıqdır və nə qədər bu natamamlıq davam edəcəksə bu münaqişələri həll etmək də bir o qədər çətin olacaq...
Bir yerdə separatçılar terrorist, nəzarətsiz silahlı qruplaşmalar adlandırılır, başqa yerdə isə onların “öz müqəddəratlarını müəyyən etmək hüququ”ndan danışılır.
Təbii ki, bu bir natamamlıqdır və nə qədər bu natamamlıq davam edəcəksə bu münaqişələri həll etmək də bir o qədər çətin olacaq...
Amma Ukraynaya dəstək qiyabi formada digər ölkələrə də dəstək deməkdir.
Bu dəstəyi qısqanmağa dəyməz. Daha yaxşı olardı ki, bu dəstək dərinləşsin.
Bu dərinləşməni necə təsəvvür edirik? Assosiasiya sazişi azdır.
Şərqi Avropa ölkələri adını almış dövlətlərin Avropa ilə daha dərin inteqrasiyaya ehtiyacı var. Yol riskli yoldur. Bunu Ukraynanın timsalında gördük. Riskə adekvat da inteqrasiya olmalıdır.
Təsadüfi deyil ki, hətta artıq Bakıda belə fikrilər səslənir. Bu yaxınlarda dövlət rəsmilərindən biri qeyd etdi ki, tək assosiasiya sazişi Azərbaycanı qane etmir, o, daha dərinləşmiş inteqrasiya arzulayır. Təbii ki, Bakının halında bu assosiasiya sazişini imzalamaqdan mədəni şəkildə yayınmaq demək idi. Amma nə etmək olar? Bəzən siyasətdə də insanları sözündən tutmağa ehtiyac olur...
Sizin brauzer HTML5-i dəstəkləmir
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.