-
O, Çingiz Aytmatov ola bilərdi. Hətta deyilənə görə Ç.Aytmatov onu bir qədər qısqanırmış da... Amma bundan aza da nail olmadı. İsa Hüseynov oldu - kolxoz ədəbiyyatından ciddi kənd mövzusuna keçid edən adam.
Nə qədər qəribə olsa da mən onu ilk dəfə rusca, Moskvada oxumuşdum.
Tərcümə idi. Amma o, mənə tərcümədə bir o qədər də yaxşı təsir bağışlamadı. Sonra “Məhşər” romanını oxudum. Onu da rus dilində. Bəli, bu yazıçı ilə mənim ilk tanışlığım rus dilində oldu. Sonra onun əsərlərini tapıb Azərbaycan dilində oxudum.
Orijinal idi. Düşünürəm ki, “altımışıncı”lar nəsli ondan başlamışdı. Amma bu yazıçını onun gözəl ssenarilər yazdığı filmlərsiz tam başa düşmək olmaz.
Ola bilsin, kinoda o, daha yaxşı təcəssüm edə bilirdi.
Kino sintetik sənətdir. Onun imkanları daha genişdir. Ona qədər milli ruhda çəkilmiş filmlər daha çox folkloru, məsələn, Novruz bayramını qabartmağa xidmət edirdi. Hətta “Dəli Kür” belə film idi. Filmin böyük hissəsini Novruz epizodları təşkil edirdi.
ƏGƏR MÜHARİBƏ OLMASAYDI...
Azərbaycanda müharibə mövzusunda da filmlər çəkməyə cəhd edilmişdi. Zira düşünürük ki, Azərbaycanın müharibə dövrü haqqında çəkilmiş ən gözəl kino əsəri “Tütək səsi” filmi idi.
Bu filmdə müharibə insanlara uzaqda olduğu qədər də yaxın təsvir olunmuşdu. Adamda yaranan ilk təəssürat bu idi ki, dərd kimi müharibənin də uzağı-yaxını olmur. Müharibə varsa o, həmişə yaxındadı, qaşla-göz arasındadı. Onun öz məntiqi, öz qayda-qanunu var.
H.Cavid İblis haqqında “cümlə bəlalara bais” yazırdı. Müharibə də hər şeyin bəlası idi. Bəlkə də müharibə haqqında bu vaxta qədər deyilmiş ən gözəl fikir elə “Tütək səsi” filmində deyilən idi. Orada qoca, kəndin ağsaqqalı Qılınc Qurbana deyir ki, müharibə olmasaydı Cəbrayıl o qapını açmazdı...
Müharibə o tərərə, elə F.Nietzsche deyən kimi, “xeyirdən və şərdən” o tərəfə, adi vaxt mümkün olmayanların tərəfinə qapı açır... Bəli, müharibə çox bağlı qapıları açır, tabuları götürür.
Mən deyə bilmərəm, İ.Hüseynov müharibəni nə qədər hiss edir, duyurdu. Amma o, müharibə dövrünü gözəl bilir və hiss edirdi...
ƏSL DÜŞÜNDÜRƏN NƏSRƏ DOĞRU...
İ.Hüseynova qədər demək olar ki, Azərbaycan sovet ədəbiyyatında əsl, qeyri-təbliğat xarakterli, ciddi ictimai problemlər qaldıran, yeni ruhlu nəsr yox idi. Əsl ciddi ictimai motivli nəsr ondan başladı.
Sonra yeni adlar gəldi, amma həmin adların arasında bir ad yenə də təkrarsız qaldı- bu ad İ.Hüseynov adı idi. “Yeni adlar”, hamısı da olmasa bəzisi, bunu etiraf etməyə özündə güc tapırdı. Rus yazıçıları deyirlər ki, biz hamımız N.Qoqolun “Şinel”indən çıxmışıq. “Altımışıncılar” nəsli də İ.Hüseynovun nəsrindən çıxmışdı.
NEYTRAL ADAM
Mən onu ictimai həyatda o qədər də duymamışam. İctimai proseslərin pik vaxtında artıq başqa İ.Hüseynov vardı. Ümumilikdə isə ictimai-siyasi həyatda o, daha çox neytral idi. Onun hansısa ictimai mövzu və yaxud da ictimai şəxs haqqında kəskin, pafoslu danışığını eşitməmişdim.
Bu qədər yazandan sonra artıq hamının bildiyi bir həqiqəti mən də dilə gətirməli oluram - artıq İ.Hüseynov yoxdur. Amma ilk İ.Hüseynov, birinci İsa Hüseynov çoxdan yoxa çıxmışdı. Yeni adam doğulmuşdu - İ.Muğanna...
İ.HÜSEYNOV İ.MUĞANNA OLDU...
Bəlkə də bu fikir bir qədər yaxşı qarşılanmayacaq, amma mənim üçün bir oxucu kimi yazıçı İ.Hüseynov yazıçı İ.Muganna doğuluna qədər idi.
Bundan sonra yeni yazıçı başladı. O, özünün hansısa Eysarın sarayında qərar tutacağını zənn edən, bütün əsərlərini yenidən yazmağa başlayan, qəhrəmanlarının “Odər elmi”nə vaqif olduğunu güman edən başqa bir yazıçı idi.
Mən İ.Muganna haqqında o qədər də yazmayacam. Ona görə ki, İ.Muğanna mənim bir qədər anlamadığım və oxucu kimi təqdir etmədiyim tamam başqa yazıçı idi. Bəlkə də bu yazıçının da - İ.Muğannanın da öz pərəstişkarları vardı. Hətta Odər adını özünə təxəllüs götürənlər də oldu.
Amma bu, tamam başqa mövzudur. O mövzunu sadəcə bitirmək lazımdır.
Bəli, adamlar var ki, onlar haqqında uzun-uzadı nekroloqlar yazırlar. Əsl xidmətləri olmayan adamların “xidmətləri”ni sadalamaq lazım gəlir. Amma bəzən bir cümlə də bəs edir - İ.Hüseynov vəfat etdi. Bəli, bir ömürdə iki həyat, özü də iki yazıçı həyatı yaşamış İ.Hüseynov..
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.
Sən də fikirlərini yaz, aşağıdakı forumda bölüş.
Sizin brauzer HTML5-i dəstəkləmir