-
Səudiyyə Ərəbistanda bir nəfər “idarəçilər, alimlər, dövlət qurumları” əleyhinə yazdığı Twitter mesajlarına görə, 10 il həbs cəzasına məhkum edilib.
Səudiyyə Ərəbistanın rəsmi xəbər agentliyi SPA-nın xəbərinə görə, həmin şəxsə 10 il həbs cəzası ilə yanaşı, 100 min riyal (27 min dollara yaxın) pul cəzası da kəsilib.
Məhkəmə həm də adı açıqlanmayan şəxsin telefonunun əlindən alınmağına, sərbəst buraxıldıqdan sonra 10 il ölkədən kənara buraxılmamağına qərar verib.
Səudiyyə Ərəbistanın Ədliyyə Nazirliyinin sözçüsü Fəhd ibn Abdullah əl-Bikran da təqsirləndirilən şəxsin, Twitter-dən idarəçilər, alimlər və dövlət qurumları əleyhinə yazılan mesajları izlədiyini, kopyaladığını və göndərdiyini ifadə edib. Bikran həmin şəxsin twitter vasitəsilə izləyicilərini etiraz aksiyalarına çağırdığını da qeyd edib.
Səudiyyə Ərəbistanda dünən də Twitter-də dövlət idarəçilərinə lağ etdiyi üçün bir nəfərə 8 il həbs cəzası verilib.