-
Son günlərin hadisələri, V.Yanukovich-in hakimiyyətdən getməsi, Krımda separatçıların baş qaldırması fonunda bir o qədər qabarmasa da Türkiyədə baş verən olaylar da az maraq kəsb etmir.
Bir müddətdir ki, korrupsiya qalmaqalı başqa bir etirazla çulğalaşıb-insanlar internet üzərində nəzarətin artırılmasına etiraz edirlər.
Bir vaxt insanların yaddaşında başqa bir Türkiyə vardı. O Türkiyə hərbi çevrilişlərdən qurtulub azad və stabil iqtisadiyyat quran ölkələrin sırasına ayaq basmış, müsəlman ölkələri üçün örnək ola bilən demokratiya yolunu tutmuşdu.
Amma indi ölkə hansı kataklizmləri yaşayır? Məlum oldu ki, hətta demokratiyalar da nəzarət olmayanda effektiv olmur. Amma Türkiyədəki siyasi mərəzin çarəsini yenə də demokratiyanın özü təqdim etdi- nisbətən kiçik rütbəli məmurlar vəzifələri və həyatları ilə risk edərək korrupsiyalaşmış böyük məmurların üzərinə getdilər, onları məsuliyyətə cəlb etdilər.
Nəticədə demək olar ki, baş naziri çıxmaq şərtilə bütün hökumət istefa verdi.
R.T.ƏRDOĞAN BİZİM ÜÇÜN BİR SİYASƏTÇİ KİMİ NECƏ BİTDİ?
İndi baş nazirin özünün səs yazısının aşkar olduğu bildirilir. Düzdür, baş nazir qətiyyətlə oğlunun və özünün korrupsiyaya aid olmadığını iddia edir.
Amma bu bəyanatlar insanları, xüsusən də müxalifəti qane etmir.
Bir yazar kimi bizim üçün baş nazir R.T. Erdogan “Türkiyə baharına imkan verməyəcəyik” deyəndən sonra bitdi. Belə məlum olurdu ki, siyasi bahar ərəb ölkələrində baş verəndə yaxşı idi, amma Tükiyədə olanda pis!
Baş nazir R.T. Erdogan sössüz ki, siyasətdə bir dövrü ehtiva edir. Bu dövr insanların qərbçi və monetarist siyasətçilərdən bezdiyi, bir az dinçi, bir az da əyalət xarakterli siyasətçilərə üz tutduğu dövr idi. İnsanlar belə siyasətçiləri özlərinə daha yaxın və daha anlaşıqlı hesab edirdilər.
Amma nəticədə nə baş verdi? Dinçi, dinə yaxın qüvvələr həmişə halallığa, paklığa, təmizliyə daha iddialı olurlar. Fəqət, R.T.Erdogan-nın vaxtında elə bir siyasi-maliyyə qalmaqalı baş verdi ki, qərbçi-monetarist siyasətçilərin bu, heç ağlına belə gəlməzdi.
Ən azı son 25 ildə Türkiyəni idarə edən qərbçi siyasətçilərin dövründə biz beləsini xatırlamırıq.
Amma R.T. Erdoğan yenə də hakimiyyətdə qaldı. O, bunu onunla izah edir ki, şəxsən onun adı heç bir korrupsiya qalmaqlında hallanmayıb. Amma son günlərdə onun və oğlunun korrupsiya mövzusunda telefon danışığı haqda söhbətlər gedir.
Bir baş nazir öz komandasına nəzarət edə bilmirsə onun bütün ölkəyə nəzarət etdiyinə necə inanmaq olar?
Siyasi baxımdan daha yaxşı olardı ki, baş nazir də istefa vermiş nazirlərilə birlikdə vəzifəsindən istefa vermiş olsun. Üstəlik, belə fikirlər boş havadan da yaranmayıb. Ölkədə belə bir ovqat var. Bu gün baş nazir həmin ovqatı su şırnaqları, gözyaşardıcı qazlarla yatırda bilir. Amma belə getsə o, özünün əsas siyasi iddiasını-prezident olmaq iddiasını reallaşdıra biləcəkmi?
Xatırladaq ki, partiya nizamnaməsinə görə R.T.Erdogan daha baş nazir ola bilməz. Bunu ona partiyasının nizamnaməsi yasaq edir. Baş nazirin də diqqəti prezidentliyə yönəlib. Türkiyədə isə prezident olmaq üçün həqiqətən də seçilmək lazımdır.
TÜRKİYƏ DÜNYANIN GÖZÜ İLƏ
Diqqət çəkən budur ki, bu ölkədə baş verənlərlə tək türkiyəlilərin özü maraqlanmır, digər ölkələr də prosesləri diqqətdə saxlayırlar. Ən əsası da odur ki, bu vaxta qədər Türkiyə modeli bir örnək kimi göstərilib. Amma indi bunu demək çətinləşib.
Düzdür, Türkiyə modelinin bu situasiyada da bəraəti var. Belə işlərin üstünün açılması da müəyyən mənada demokratiyanın sayəsində mümkün oldu. Başqa ölkədə, xüsusən də bəzi gənc türk dövlətlərində bunu etmək mümkün olmazdı.
Məsələn, Azərbaycanda bir ara jurnalistlər yüksək rütbəli məmurların mülkiyyətinin izinə düşmüşdü. Amma nə oldu? Kimsə buna aydınlıq gətirmək üçün özünə əziyyət verdimi? Əsla. Əksinə özlərini qorumaq üçün qanunvericiliyə düzəliş etdilər- sahiblik məsələsi biznes sirlərinə aid edildi.
O səbəbdən də əvvəlki cazibədə olmasa da Türkiyə modeli yenə də cəlbedicidir. Ən azı ona görə ki, qanun rütbə, imtiyaz tanımır, o, hamıya eyni gözlə baxır- istər baş nazir olsun, ya da adi bir dövlət qulluqçusu...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.