Facebook WhatsApp-ı satın alıb

WhatsApp

-
Dünyanın ən böyük sosial şəbəkəsi Facebook WhatsApp mobil mesaj tətbiqini satın alıb. Facebook və WhatsApp arasındakı razılaşmaya əsasən, 4 milyard dollar nəğd olmaqla, ümumilikdə 19 milyard dollar ödənməlidir.

Whatsapp-ın rəsmi bloqunun açıqlamasında satınalma prosesi təsdiqlənib. Qeyd olunub ki, bu satınalma Whatsapp-ın böyüməsi və inkişafına təsir göstərəcək.

Uzun müddətdir Google-un WhatsApp-ı alacağı deyilsə də, gerçəkləşmədi. Beləliklə, Facebook bu addımı ilə rəqibindən bir addım önə keçdi. WhatsApp-ın satın alınması Facebook-un tarixində ən böyük sazişdir.