-
Azərbaycanda bir məsələ də var ki, əvvəlki intensivlikdə olmasa da, əvvəlki kimi sürəkli müzakirələrlə müşayiət olunmasa da hər halda yenə də mütəmadi olaraq gündəmə gəlir.
Bu, siyasi məhbuslar problemidir. Məsələyə baxışlar müxtəlifdir. Amma daha çox iki yanaşma tərzi özünü təzahür etdirir.
AVROPA MƏHKƏMƏSİ, KRİTERİYALAR...
Bunlardan biri hakimiyyətin yanaşmasıdır. Hakimiyyət ölkədə siyasi məhbusların olmasını ümumiyyətlə inkar edir. Üstəlik, müxalifəti və xüsusən də müstəqil medianı qeyri-siyasi məsələlərlə ittiham olunan adamları siyasi məhbus kimi təqdim etməkdə suçlayır.
Üstəlik, İ.Əliyev özü bir necə dəfə bildirib ki, Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyası tanınandan sonra siyasi məhbus problemi özünü tamamilə tükəndirib. Hakimiyyət həm də siyasi məhbus kriteriyalarının olmamasını iddia edir və məsələni bitmiş hesab edir. Amma o, haqlıdırmı?
Təbii ki, Avropa İnsan Haqları Məhkəməsi mühüm faktordur. Amma o, digər səyləri, beynəlxalq təşkilatların siyasi məhbusları azad etmək tələbləri ilə çıxış etməsini istisna etmir. Avropa İnsan Haqları Məhkəməsinə çatmaq üçün uzun prosedurlardan keçmək lazım gəlir. Həm də obyektiv səbəblərdən Avropa Məhkəməsi bütün işləri icraarta götürə bilmir.
Kriteriyalara gəldikdə hələ bir neçə il bundan əvvəl Avropa Şurası beş kriteriya müəyyənləşdirmişdi. O vaxtdan çox az şey dəyişib, üstəlik həm ölkə, həm də onun qanunları xeyli mürtəceləşib. Elə ona görə də həmin kriteriyaları qüvvədə qalmış hesab etmək olar.
SİYASİ MADDƏLƏR YOXDUR, AMMA...
Azərbaycanda insanlar bir qayda olaraq qeyri-siyasi maddələrlə ittiham olunurlar, bunu heç kim inkar etmir. Heç kim ilk baxışda fəqrli siyasi mənsubiyyəti olduğuna görə, siyasi və ictimai fəaliyyətinə görə məsuliyyətə cəlb olunmur. Amma belə bir fəaliyyət hakimiyyət strukturlarının diqqət fokusuna düşmək üçün əsas ola bilir.
Ona görə də siyasi mənsubiyyətinin olması bir tərəfə, ölkədə geniş ictimai reputasiyaya malik olan adamların xırda xuliqanlıq üstündə, narkotik maddələr gəzdirmək ittihamı ilə həbs olunması faktının özü belə hüquqi proseslərin obyektivliyini şübhə altına alır.
Necə ola bilər ki, ölkənin milli azadlıq hərəkatında şəksiz iştirakı olan və yaxud da ki, ölkədə tanınmış vəkil reputasiyası olan adamlar xırda xuliqanlıq hərəkətləri törətdiyinə görə həbs edilsinlər? Necə ola bilər ki, gənc fəallar hamısı narkotik aludəçisi olsun? Necə olur ki, belə qalmaqallarda məhkəmə bircə dəfə olsun belə bu insanları haqlı saymır?
Prinsipcə, bir-iki belə hadisə ola bilər, ona görə ki, heç kim nöqsansız deyil. Qərəzsiz hakimiyyət belə hallarda həmin adamların ictimai statusunu nəzərə alaraq vəziyyəti yüngülləşdirməyə çalışardı. Ona görə ki, hətta qərəzli insanlar belə tanınmış adamların cəmiyyətdə özünü layiqincə apara bilməməsinə, adi davranış qaydalarına belə əməl etməməsinə inana bilmir.
Amma məhkəmələr nə edir? Qanunda hər cəzaya görə bir aşağı dərəcəli, bir də yuxarı dərəcəli məsuliyyət nəzərdə tutulur. Məhkəmə əksər hallarda belələrinə qarşı aşağı dərəcəni deyil, yuxarı dərəcəni tətbiq edir...
FƏQRLİ BAXIŞ DA VAR...
Müxalifətin və müstəqil medianın isə mövqeyi belədir ki, ölkədə siyasi məhbuslar var və onların sayı hətta yüzdən çoxdur. Siyasi məhbusları təqdim etməyə, onların problemlərini gündəmdə saxlamağa gəldikdə isə bu işlə əslində qeyri-hökumət təşkilatları məşğul olurlar.
Müstəqil medianın işi isə sadəcə prosesləri işıqlandıqmaqdır. Əgər hakimiyyət burada da hansısa siyasi çalar görürsə artıq buna cavab vermək çətindir, media heç vaxt cəmiyyətə bir kəsimdən baxmır və baxmamalıdır da.
İnsanlar eşidilmək üçün danışırlar, oxunmaq üçün yazırlar. Media da haqlı olaraq onlar üçün bu şəraiti yaradır.
Təəssüf ki, bu ölkədə 23 illik müstəqillik dövründə adi bir qaydanı qəbul edə bilmədilər: kimlərinsə hüquqlarını müdafiə etmək onlara haqq qazandırmaq demək deyil.
Əcnəbi hüquq müdafiəçilərindən biri yazırdı ki, ən təəccüblü günüm bir gün keçmiş kommunistlərin öz hüquqlarının müdafiə edilməsi üçün mənə müraciət etməsi olmuşdu...
ƏFV OLACAQMI?
Birmənalı cavab vermək çətindir. Hər dəfə milli bayramlar ərəfəsində belə ümidlər yaranır. İndi də qarşıdan Novruz bayramı gəlir və yenə də ümidlər baş qalıdırıb.
Amma bir problem var. Hakimiyyət siyasi məhbusların olmamasını inkar etməkdə, onu danmaqda çox israrlıdır. Əfvin olması prinsipcə onların mövcudluğunun etiraf edilməsi olardı. Amma kim bilir ki, bir aydan sonra nə ola bilər? Lap bir rus məsəlində deyildiyi kimi: şeytan nə ilə zarafat etmir?
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir