-
POLŞANIN «AGENTİ»...
M.Ə.Rəsulzadəni danışdırmaq imkanım olsaydı, ondan mütləq nəyi soruşardım? Soruşardım ki, özünüzü xoşbəxt hesab edirsinizmi?.. Bəlkə də bu sual bir qədər primitiv görünəcək. Amma özünü xoşbəxt hesab edənlər həyatlarını təkrar, necə deyərlər, «nöqtəsinə-vergülünə» toxunmadan yaşamaq istəyənlərdir.
Məmməd Əmin öz həyatını təkrar yaşamaq istəyərdimi? Bilirəm ki, o, nikbin adam olub.
Başqa cür olsaydı, həyatın bu qədər acı zərbələrinə davam gətirə bilməzdi. Hətta I.Stalin ondan «Bu iki ildə millətinizə nə verdiniz?» -deyə soruşanda belə o, söz altında qalmamışdı, «İstiqlalı dadızdırdıq!»- demişdi...
Bəs istiqlalı nəinki dadmış, hətta 25 il yaşamış milləti onun yubileyinə necə hazırlaşır?
Xoşbəxtliyin bir tərəfi də bu milləti necə var, olduğu kim sevmək və uğrunda çarpışmaq bacarığıdır-Məmməd Əmin bir daha, yenidən istərdimi ki, bəxtinə elə bu cür millətin lideri olmaq yazılsın?
Bəlkə o da həyatının hansısa anında başqaları kimi «Kiçik millətin böyük oğlu olmaqdansa böyük millətin kiçik oğlu olmaq daha yaxşıdır» - demişdi?..
İndi fikirləşirəm, baxıb görürəm ki, bu 130 ilin bəlkə də 93 ili inkar illəri olub. Nələr deməyiblər, nələr yazmayıblar onun haqqında bu illərdə. Amma mənim bu gün qeyzlənmək və qeyzləndirmək fikrim yox, əksinə gülmək- güldürmək istəyirəm bir az.
Ağlım kəsəndən onun haqqında eşitdiyim ən «orijinal» fikir bilirsiniz nə olub? Bir nəfər məni ciddi şəkildə inandırmağa çalışırdı ki, Məmməd Əmin guya ki, Polşanın agenti olub!..
Təsəvvür edirsinizmi? Başqa ölkənin yox, Polşanın! Mən o adama başa sala bilmədim ki, Polşa o vaxt özü nə olub ki, onun hələ bir agenti də olsun?!.
Bəli, elə adamlar var ki, onların başına bir dəfə nəsə düşürsə daha onlara başqa nəyisə başa salmaq qeyri-mümkün olur...
O BİR KƏNDİN LİDERİ DEYİLDİ...
Bu gün onun heykəli yalnız doğma kəndində ucalır. Amma o, bir obanın, bir kəndin lideri deyildi...
Bir vaxt A.Şaiq adına teatrın yaxınlığında lövhə qoyulmuşdu ki, burada Məmməd Əminin heykəli qoyulacaq. Həmin yer abadlaşdırıldı, amma heykəl qoyulmadı, əvəzində fontan quraşdırdılar.
İndi də yubileyə sayılı günlər qalır. Amma heç bir xəbər-ətər yoxdur. Hətta televiziyalar da bu haqda heç nə demirlər.
Bəlkə də hansısa işlər görülür, xəbərimiz yoxdur. Amma bir şey olsaqdı, biz də xəbər tutardıq.
Müxalifətin tədbiri bəlli. Yubileydə yəqin toplaşıb Novxanıya gedəcəklər. Amma toplaşa biləcəklərmi? Bu saat münasibətləri elə bir səviyyədədir ki, heç Məmməd Əminin ruhu da onlara kömək edə bilməz...
Hökumət... Bəli, hökumət əslində tədbirlər planı hazırlamalı idi. Burada Mədəniyyət Nazirliyinin, Baş nazirin humanitar məsələlər üzrə müavininin üzərinə böyük iş düşür. Amma onlar heç bunun fərqində deyillər. Fərqində olsaydılar xəbər tutardıq...
Sərəncam ilk dəfə səslənəndə böyük ruh yüksəkliyi vardı. Heykəltəraş Ö.Eldarov dedi ki, o, Məmməd Əminin heykəlini təmənnasız hazırlamağa hazırdır. Fikirləşdik ki, parlament bir tədbir keçirəcək, axı Məmməd Əmin ilk parlamentin əsasını qoyanlardan biri, onun ən böyük fraksiyasının rəhbəri olub...
Düşündük ki, Universitet bir tədbir keçirəcək, hətta ona Məmməd Əminin adının qaytarılması üçün müraciət edəcək. Axı Məmməd Əmin Universitetin yaradılmasının ilk təşəbbüsçülərindən biri olub...
Zənn edirdik ki, Yazıçılar Birliyi, Akademiya tədbir keçirəcək. Axı onun böyük ədəbi və elmi irsi olub...
Güman edirdik ki, müxalifət silsilə tədbirlər hazırlayacaq, axı onlar özlərini «Məmməd Əmin yolunun davamçıları» adlandırırlar...
Bəs nə oldu? Gözləyirik. Hamı kimi... Bizdə ictimai məsələlərə, qeyri-şəxsi işlərə gələndə gözləmək böyük dəbdir. Səbrimiz də ki, nə qədər desən! Bütün bu məsələlərə əslində tamam etinasız bir adam var. O da Ankaradakı məzarlıqda uyuyan Məmməd Əmindir. Ona görə ki, bizdən fəqrli olaraq o, artıq bizdən heş nə gözləmir...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.