-
Söhbət hər hansı Afrika və ərəb ölkəsindən yox, demokratiyanın beşiyi sayılan Böyük Britaniyadan gedir.
Belə bir qanunun mövcud olduğundan britaniyalıların əksəriyyəti xəbərsiz imiş.
Elə hökumətin özü də bu qanunu, onu “köhnəlmiş qanunvericilik aktlarının” arasında səhvən ləğv etdikdən sonra “görüb”.
Britaniya hökuməti etiraf edib ki, monarxiyanı devirmək cəhdinə görə ömürlük həbs cəzası nəzərdə tutan qanunu səhv nəticəsində ləğv edib, lakin indi bu səhv “düzəldilib”. Qanun qüvvəsində saxlanıb.
HƏTTA AĞLA GƏTİRMƏK BELƏ CİNAYƏTDİR
Bu qanuna görə monarxı, indiki halda əlahəzrət kraliça İkinci Elizabeth-i, nəinki devirmək, hətta bunu ağla gətirmək belə cinayət hesab olunur.
Ədliyyə Nazirliyi bildirib ki, bu qanun son dərəcə köhnəlib əhəmiyyətini itirdiyinə görə ləğv olunmalı olan 309 qanunun siyahısına səhvən düşüb.
Bu qanundan 1879-cu ildən bəri istifadə edilməsə də, indinin özündə kraliçanın devrilməsini ağla gətirən şəxs nəzəri baxımdam ömürlük həbsxana cəzasına məhkum edilə bilər.
Sözü gedən qanuna görə monarxın taxt-tacdan məhrum edilməsi, ona müharibə elan olunması və monarxın devrilməsi istiqamətində təbliğatın aparılması “dövlət cinayəti sayılır”.
2001-ci ildə Britaniyanın “The Guardian” qəzeti qanunun “təbliğata” aid üçüncü hissəsinin ləğvi üçün Ali Məhkəməyə müraciət edib. Beləki, təbliğat söz azadlığı deməkdir və onun qadağan olunması İnsan Haqları Bəyannaməsinə ziddir.
QANUN OLSUN, İSTİFADƏ EDİLMƏSİN
Lakin Britaniyanın Ali Məhkəməsi rolunu oynayan Lordlar Palatası qanunun üçüncü bəndinin ləğvindən imtina edib. Lordların izahatı belə olub ki, onsuz da bu qanundan heç kimin cəzalandırılması üçün istifadə edilmir.
Məsələnin məzəli tərəfi burasındadır ki, Böyük Britaniya Birləşmiş Krallığı konstitusiyalı monarxiyadır. Amma Brityaniyanın kitab şəklində tərtib olunmuş konstitusiyası yoxdur.
Qanunlara görə, kraliça parlamenti qovmaq hüququna malikdir, lakin 1649-cu ilin 30 yanvarından bəri heç bir monarx belə bir cəsarətdə bulunmayıb.
Həmin tarixdə parlamenti qovmuş kral 1-ci Charles (Azərbaycanın tarix kitablarında Karl) elə həmin parlamentin qərarı ilə edam edilib. Yeri gəlmişkən, demokratiyanın tarixi də həmin gündən hesablanır.
Charles-in taleyi Britaniya monarxiyası üçün o qədər müdhişdir ki, hazırkı vəliəhdin – şahzadə Charles-ın taxta çıxacağı təqdirdə adının dəyişdiriləcəyi nəzərdə tutulub.
Ümumiyyətlə, “qanun olsun, amma istifadə edilməsin” prinsipi Avropada geniş yayılıb.
Məsələn, bir sıra Avropa qurumları Azərbaycandan böhtanın üzərindən cinayət məsuliyyətinin qaldırılmasını istəyir, halbuki bir çox Avropa ölkələrində böhtan cinayət əməli sayılır.