-
LİBERALLAR VƏ MÜHAFİZƏKARLAR
Növbəti ilə saylı günlər qalıb. Belə vaxtlarda nələrin baş verəcəyini araşdırmağa cəhd etmək daha məntiqli olsa da, ümumi bir baxış ortaya qoymaq da az əhəmiyyət kəsb etmir.
Ona görə ki, bütün proqnozların əsasında əslində bircə sual dayanır: Bu ölkədə insanlar dəyişiklik istəyirmi?.. Tarixən bütün insanları iki böyük qrupa bölürlər: dəyişiklik istəyənlər, bir də mühafizəkarlar.
İndi bizim əlimizdə insanları bu və ya başqa qrupa aid etmək, sonra da yaranmış nisbəti müqayisə etmək üçün elə bir əsas, mənbə yoxdur. Sadəcə, uzun müddəti əhatə edən təcrübə, müşahidələr var.
İnsanlar bir qayda olaraq mühafizəkarlığa meylli olurlar. Belə bir ovqat xüsusən də kvazistabil cəmiyyətlərdə daha güclü olur.
Azərbaycanın da özəlliyi daha çox ondadır ki, müstəqilliyin ilk illəri çox gur dəyişikliklərlə müşayiət olundu, hakimiyyətlər çox tez dəyişdi. İnsanlar bir növ bundan yoruldular.
O səbəbdən də 20 ildir ki, davam edən sabitlik hələ də onları usandırmayıb. Amma bu stabillik bir məzar ovqatı aşılayır, çünki hələ yetərincə bəlli deyil ki, həmin stabillik axırda nəyə çevriləcək?
Türkiyədə baş verənlər müəyyən mənada buna sübutdur. Sanki həmin hadisələr deyir ki, bir baxın, görün, uzunmüddətli sabitliyin arxasında nələr dayanır? Siyasi qüvvələrin arxayınçılığı nələrə gətirib çıxarır, hansı fəsadları yaradır?
BİR DAHA DÖNÜB ÖTMƏKDƏ OLAN İLƏ BAXANDA…
Ötməkdə olan il gələcək üçün ürəkaçan təxminlər etməyə bir o qədər də əsas vermir. Üstəlik, ingilis politoloqlarının bir fikri var ki, gələcəyi proqnozlaşdırmağın ən yaxşı yolu keçmişi xatırlamaqdır. Bəs yaxın keçmiş nə deyir?
Bu il heç kim, həç nə dəyişmədi. İnsanlar özləri bildikləri kimi seçkiyə gəldilər və hakimiyyət də özü bildiyi kimi seçki keçirdi. Hakimiyyətə qüvvə verən, onu dəyişikliklərdən çəkindirən insanların mövcud qaydalara, mövcud situasiyalara bağlılığıdır. Əgər insanlar onların dəyişməsini istəmirlərsə hakimiyyət özünü niyə çətinliyə salmalı, niyə görə də dəyişməlidir?
HAMI REAL GƏLİRİNİ GİZLƏDİRSƏ…
Məsələn, elə bu günlərdə eşitdik ki, hakimiyyət yaxın vaxtlar üçün səhiyyə və təhsil işçilərinin maaşlarını ölkədəki orta aylıq əmək haqqına yaxınlaşdırmağı planlaşdırır.
Təhsil və səhiyyə işçilərinin əvəzinə biz də sevindik. Amma bu xəbəri daha çox hakimiyyətin yeni il ərəfəsindəki sürprizi kimi qarşıladıq.
Düzdür, hələ məlum deyil deyil ki, bu addım nə vaxt atılacaq? Amma onun atılması üçün nə səhiyyə, nə də təhsil işçiləri evlərinin kandarından qırağa bir addım atdılar.
Halbuki, Avropada böhranlar başlayan kimi ilk öncə küçələrə məhz onlar-büdcə işçiləri çıxdı. Ona görə ki, iqtisadi böhranı hamıdan əvvəl büdcə işçiləri hiss edirlər.
Hələ onu da demirik ki, Avropanın ən böhranlı vəziyyətində belə insanların həyat durumu və sağlıq durumu Azərbaycandakından qat-qat yaxşı olur.
Bu aspektdən yanaşanda hakimiyyət əslində öz etinasızlığında haqlı sayılmalıdır: əgər insanlar özləri nəsə istəmirsə, deməli bu, onlara lazım deyil…
Xüsusən də nəzərə almaq lazımdır ki, hakimiyyətdəkilərdə insanların gəlirləri haqda həmişə deformasiya olunmuş təsəvvür olur: onlar düşünür ki, əhalinin gəlirləri rəsmi məlumatlarda ifadə olunanlardan daha artıqdır…
Düşünürlər ki, müəllimlər öz maaşlarının azlığını repetitor kimi çalışmaqla, həkimlər həm də pullu səhiyyə ocaqlarında işləməklə kompensasiya edirlər. Onlar müəyyən mənada haqlıdırlar. Amma bir şeyi unudurlar ki, müəllimin, həkimin qazanc yeri kənardadırsa o, özünün əsas iş yerindəki vəzifələrinə məsuliyyətsiz yanaşacaq, sadəcə, vaxt keçirəcək.
KÜRSÜNÜN QİYMƏTİ…
Nəticədə nə baş verir? Dövlət hamının ögey valideyninə çevrilir və heç kim onun qayğısını öz üzərinə götürmək istəmir və hamı onu aldatmağa çalışır.
Büdcə işçiləri real gəlirlərini gizlədir, məmurlar, dövlət qulluqçuları birbaşa onu aldatmaqla, qeyri-şəffaf büdcəni talamaqla məşğul olurlar. Nəticədə qəribə bir sosial-siyasi zəncir yaranır: hamı biri-birinin «cibinə girməyə» başlayır…
Belə bir vəziyyətdə dəyişiklikdən danışmaq lap çətinləşir, çünki insanların ən böyük mərəzi nəyəsə alışmaqdır. Bədbəxtlikdən bu ölkədə də insanlar rüşvətə, qeyri-qanuni gəlirlərə artıq alışıblar.
İş o yerə çatıb ki, bəzi «poliotoloq»lar bunda rasional element görürlər: onların fikrincə, qeyri-qanuni gəlirlər məmurlarda öz işinə, öz kürsüsünə maraq yaradır.
Amma elə ən böyük faciə də məhz onda başlayır ki, hansısa iqtisadi qurum, sektor deyil, məhz kürsü gəlir gətirməyə başlayır.
Bu, artıq nomenklatura kapitalizminin təntənəsidir. Bundan o tərəfə yol iqtisadi aqoniyayadır.
Elə bir aqoniyaya ki, o, illərlə davam edə bilər. O vaxt çoxu dəyişikliyin müjdəsində olacaq. Amma o, yubanacaq, özü də çox yubanacaq-necə deyərlər, bir il əsrə bərabər olacaq…
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
LİBERALLAR VƏ MÜHAFİZƏKARLAR
Növbəti ilə saylı günlər qalıb. Belə vaxtlarda nələrin baş verəcəyini araşdırmağa cəhd etmək daha məntiqli olsa da, ümumi bir baxış ortaya qoymaq da az əhəmiyyət kəsb etmir.
Ona görə ki, bütün proqnozların əsasında əslində bircə sual dayanır: Bu ölkədə insanlar dəyişiklik istəyirmi?.. Tarixən bütün insanları iki böyük qrupa bölürlər: dəyişiklik istəyənlər, bir də mühafizəkarlar.
Bu stabillik bir məzar ovqatı aşılayır
İnsanlar bir qayda olaraq mühafizəkarlığa meylli olurlar. Belə bir ovqat xüsusən də kvazistabil cəmiyyətlərdə daha güclü olur.
Azərbaycanın da özəlliyi daha çox ondadır ki, müstəqilliyin ilk illəri çox gur dəyişikliklərlə müşayiət olundu, hakimiyyətlər çox tez dəyişdi. İnsanlar bir növ bundan yoruldular.
O səbəbdən də 20 ildir ki, davam edən sabitlik hələ də onları usandırmayıb. Amma bu stabillik bir məzar ovqatı aşılayır, çünki hələ yetərincə bəlli deyil ki, həmin stabillik axırda nəyə çevriləcək?
Bəs yaxın keçmiş nə deyir?
BİR DAHA DÖNÜB ÖTMƏKDƏ OLAN İLƏ BAXANDA…
Ötməkdə olan il gələcək üçün ürəkaçan təxminlər etməyə bir o qədər də əsas vermir. Üstəlik, ingilis politoloqlarının bir fikri var ki, gələcəyi proqnozlaşdırmağın ən yaxşı yolu keçmişi xatırlamaqdır. Bəs yaxın keçmiş nə deyir?
Bu il heç kim, həç nə dəyişmədi. İnsanlar özləri bildikləri kimi seçkiyə gəldilər və hakimiyyət də özü bildiyi kimi seçki keçirdi. Hakimiyyətə qüvvə verən, onu dəyişikliklərdən çəkindirən insanların mövcud qaydalara, mövcud situasiyalara bağlılığıdır. Əgər insanlar onların dəyişməsini istəmirlərsə hakimiyyət özünü niyə çətinliyə salmalı, niyə görə də dəyişməlidir?
HAMI REAL GƏLİRİNİ GİZLƏDİRSƏ…
Məsələn, elə bu günlərdə eşitdik ki, hakimiyyət yaxın vaxtlar üçün səhiyyə və təhsil işçilərinin maaşlarını ölkədəki orta aylıq əmək haqqına yaxınlaşdırmağı planlaşdırır.
...hakimiyyət əslində öz etinasızlığında haqlı sayılmalıdır
Düzdür, hələ məlum deyil deyil ki, bu addım nə vaxt atılacaq? Amma onun atılması üçün nə səhiyyə, nə də təhsil işçiləri evlərinin kandarından qırağa bir addım atdılar.
Halbuki, Avropada böhranlar başlayan kimi ilk öncə küçələrə məhz onlar-büdcə işçiləri çıxdı. Ona görə ki, iqtisadi böhranı hamıdan əvvəl büdcə işçiləri hiss edirlər.
Hələ onu da demirik ki, Avropanın ən böhranlı vəziyyətində belə insanların həyat durumu və sağlıq durumu Azərbaycandakından qat-qat yaxşı olur.
Bu aspektdən yanaşanda hakimiyyət əslində öz etinasızlığında haqlı sayılmalıdır: əgər insanlar özləri nəsə istəmirsə, deməli bu, onlara lazım deyil…
Xüsusən də nəzərə almaq lazımdır ki, hakimiyyətdəkilərdə insanların gəlirləri haqda həmişə deformasiya olunmuş təsəvvür olur: onlar düşünür ki, əhalinin gəlirləri rəsmi məlumatlarda ifadə olunanlardan daha artıqdır…
Düşünürlər ki, müəllimlər öz maaşlarının azlığını repetitor kimi çalışmaqla, həkimlər həm də pullu səhiyyə ocaqlarında işləməklə kompensasiya edirlər. Onlar müəyyən mənada haqlıdırlar. Amma bir şeyi unudurlar ki, müəllimin, həkimin qazanc yeri kənardadırsa o, özünün əsas iş yerindəki vəzifələrinə məsuliyyətsiz yanaşacaq, sadəcə, vaxt keçirəcək.
KÜRSÜNÜN QİYMƏTİ…
hamı biri-birinin «cibinə girməyə» başlayır…