.
Noyabrın 1-də Bakıda Amerika Təhsil sərgisi keçiriləcək. Sərgini ABŞ-ın Azərbaycandakı Səfirliyi və Bakı Təhsil Məlumat Mərkəzi (BTMM) təşkil edir.
ABŞ səfirliyinin məlumatına görə, sərginin məqsədi ABŞ-da təhsil almaq istəyənləri bir yerdə toplayıb, onların təhsil alma imkanları haqqında lazımi məlumatla təmin etməkdir: «Burada tələbələr, şagirdlər və eləcə də valideynlər Birləşmiş Ştatlarda yerləşən və azərbaycanlı tələbələr ilə görüşə gələn ABŞ Universitetinin nümayəndələri ilə görüşə biləcək, maraqlandıran suallarla onlara müraciət edə biləcəklər».
Yarmarkada 25-dən çox universitet və digər ödənişsiz təhsil proqramları təmsil olunacaq.
Bu müəssisələrin nümayəndələri öz təhsil proqramları və fəaliyyətləri haqqında məlumat verəcəklər və həmçinin yarmarka iştirakçılarını materiallarla və bukletlərlə təmin edəcəklər.
Sərgiyə ABŞ Səfirliyinin nümayəndələri də qatılacaqlar.
Sərgi “Qafqaz City” otelində (Tbilisi prospekti, 34) keçirilir. Giriş pulsuzdur.