.
Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında təhsil sisteminin tənzimlənməsinin və dövlət təhsil sektorunun idarə edilməsinin qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurulması üçün təhsil pillələri və səviyyələrinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması nəzərdə tutulur.
Məktəbə hazırlıq təhsilinin (1 il) icbariliyinin təmin olunacaq, erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılacaq.
10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil modelinə mərhələli şəkildə keçidi təmin etməklə, 12 illik ümumi təhsil sistemi yaradılacaq.
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul və yerləşdirmə mexanizminin təkmilləşdirilməsi, dövlət və özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdiriləcək.