2013-cü ilin Fizika üzrə Nobel mükafatına britaniyalı Peter Higgs və belçikalı Francois Englert layiq görülüb.
Onlar 50 il qabaq indi Higgs bozonu adlanan zərrəciyin mövcudluğunu ehtimal etmişdilər, 2012-ci ildə bu zərrəciyin mövcudluğu CERN laboratoriyasında təcrübədə sübut olundu.
Reuters yazır ki, vaxtilə Higgs bozonu ideyası elementar zərrəciklərin kütləyə necə sahib olduqlarını və sonradan maddəni necə yaratdıqlarını izah etmək üçün irəli sürülmüşdü.
Higgs bozonu fizikada kanatın yaranmasını izah edən Standart Modeldə çatışmayan son halqa idi. Higgs və Englert göstərdilər ki, atom daxilində zərrəciklər bütün bu fəzanı dolduran fiziki sahə ilə təmasda necə kütlə qazanırlar və təmasda nə qədər çox olurlarsa bir o qədər ağırlaşırlar. Belə sahə ilə əlaqələndirilən zərrəcik Higgs bozonudur.
İsveçin Kral Akademiyası elan edib ki, Nobel mükafatı Higgs və Englertə kainatın necə qurulmasını izah edən fundamental işlərinə görə verilib: “ Standart Modelə görə hər şey, güllərdən tutmuş, insanlara, planetlərə qədər hər şey bir sıra tikinti bloklarından ibarətdir”.
O da maraqlıdır ki, Higgs bozonu ideyası haqda ilk məqaləni Higgs yox, Englert və Robert Brout yazıb.
Higgsin məqaləsi bundan bir neçə həftə sonra çıxıb. Ancaq Higgs belə bir zərrəciyin olduğunu ehtimal etmiş ilk fizikdir.
Eyni hipotezi az sonra amerikalı fiziklər Hagen, Guralnik və britaniyalı Kibble də irəli sürmüşdü.