-
Cəmi üç ay bundan əvvəl TAP layihəsini seçən hökumətin «Nabucco» layihəsinin də hələ tamam dəfn edilməməsi haqqındakı qəfil bəyanatından sonra belə düşünməkdən başqa çıxış yolu qalmır.
Böyük ehtimalla bunu seçki ərəfəsində Avropaya edilmiş bir siyasi mesaj kimi qəbul etmək olardı.
Amma bəzi təhlilçilər bir az da uzağa gedərək hakimiyyətin Avropaya yeni mesaj göndərməsini onun Rusiya ilə münasibətlərinin qaydasında olmaması ilə izah edirlər.
Fəqət, belə gümanlar üçün ciddi əsas yoxdur. Rusiya prezidentinin Bakıya son səfərindən sonra iki ölkə arasında elə bir problem yaranmayıb ki, bunu soyuq münasibətlərin başlanğıcı kimi yozasan.
Bəs onda problem nədədir? Hakimiyyət özünün dəfn etdiyi məşhur layihəni nədən bu gün yenidən yada salır?
ERMƏNİSTAN AZƏRBAYCANI HARA ÇƏKİR?
Güman edirik ki, situasiyanın belə kardinal dəyişməsi Ermənistanın Gömrük Birliyinə üzv olmaq barədə verdiyi bəyanatdan sonra başlayıb.
Bir müddət idi ki, Ermənistanla Rusiya arasındakı soyuqluq azərbaycanlı təhlilçilərin başlıca mövzusu idi. İş o yerə çatmışdı ki, hətta Azərbaycanın bu soyuqluqdan yararlanması haqda təkliflər də səslənirdi. Ola bilsin, hələ bir müddət ölkədə siyasi fikir bu yönümdə davam edəcəkdi.
Amma Rusiyaya səfər edən Ermənistan prezidenti buna son qoydu. S.Sarkisian Rusiyanın ondan tələb etdiyi bəyanatları verdi və ölkəsinin hər iki birliyə-həm Gömrük İttifaqına, həm də Avrasiya İttifaqına qoşulmağa hazır olduğunu bəyan etdi.
Təbii ki, Ermənistanın bu hərəkətindən Avropada narazı qaldılar. Ona görə ki, noyabr ayında Vilnüsdə bu ölkə ilə assosiasiya sazişi imzalamaq nəzərdə tutulurdu.
Bakıda da proses ciddi şəkildə izlənirdi. Amma elə bir məqam gözlənirdi ki, ondan tamam neytral formada çıxmaq mümkün olsun - nə assosiasiya sazişi imzalasın, nə də Gömrük Birliyinə və yaxud da Avrasiya İttifaqına qoşulmaq lazım gəlsin.
Qafqazdan Ermənistanın və Gürcüstanın assosiasiya sazişi imzalamaq niyyətində olması Azərbaycanı çətin vəziyyətdə qoymuşdu. Azərbaycan bir növ tək qalırdı və öz tənhalığını Avropaya izah etmək üçün onun əlində tutarlı əsas, dəlil yox idi.
Soruşa bilərdilər ki, hətta Rusiyanın hərbi müttəfiqi olan Ermənistan Avropa ilə assosiasiya sazişi imzalaya bilirsə, bəs bunu Azərbaycana etməyə nə mane olur? Amma Ermənistanın son addımından sonra rəsmi Bakı rahat nəfəs aldı. Bu dəfə də o, özünün neytral qalmaq mövqeyini möhkəmləndirə bildi. Bakı indi nə Gömrük Birliyinə qoşulacaq, nə də assosiasiya sazişi imzalayacaq.
Belə bir məqamla kifayətlənməyərək o, həm də Avropanı bir daha enerji layihələri ilə şirnikləndirməyə cəhd edir ki, Avropanın Ermənistan kimi Azərbaycana qarşı da yönələ biləcək qınağını mülayimləşdirə bilsin.
Enerji məsələsi Avropa üçün incə məsələdir. Ona görə də Azərbaycanın «incə siyasət»i ona yönəlib ki, elə etsin ki, necə deyərlər, nə şiş yansın, nə də ki, kabab…
Həm də enerji məsələsi Bakının əlində həmişə bir siyasi kart olub. Bu kart bir daha seçki ərəfəsində də işə salınır ki, Avropa ölkələri onun keçirəcəyi seçkini məqbul hesab edə bilsin.
ŞƏRQ İNCƏ MƏSƏLƏDİR
Rusiya ilə münasibətlərə gəldikdə isə, onlar əvvəlki məcrada davam edəcək və böyük ehtimalla Rusiya seçkidən sonra yenə də İ.Əliyevi bir daha seçilməsi münasibətlə təbrik edən ilk ölkələrdən biri olacaq.
Məsələ bundadır ki, Azərbaycan bu ölkəyə bəlkə də Gömrük Birliyinə qoşulacağı halda verəcəyi xeyirdən artıq xeyir verir. O, Ermənistan kimi Rusiyadan təmənnasız hərbi yardım almır. Əksinə, Rusiyanın hərbi-sənaye kompleksinin əsas donorlarından biri kimi çıxış edir və öz hərbi sifarişlərinin miqdarını dörd milyard dollara çatdırıb.
Amma İ.Əliyev Qərbə də biganə deyil, çünki ən azı ona görə ki, Avropa Azərbaycanın ən böyük ticarət partnyorudur. Gömrük İttifaqından kənarda qalmaqla o, bir növ Avropanı razı salır və düşünür ki, Qərb onun hərəkətlərini anlayacaq, manevr imkanlarının məhdudluğunu başa düşəcək. Rəsmi Bakı Avropaya növbəti enerji layihəsi təklif etməklə ona çalışır ki, Avropada onun assosiasiya sazişinə qoşulmamasından yarana biləcək məyusluğu, bəlkə də sərt narazılığı bir az azaltsın.
Bəs əsl düzgün seçim haradadır? Nə qədər qəribə olsa da, ölkənin maraqları baxımından nəinki assosiasiya sazişindən, hətta Gömrük Birliyindən belə müəyyən fayda götürmək olardı, çünki söhbət ümumi bazarın yaranmasından gedir.
Düzdür, Avropa Birliyi ilə sıx inteqrasiyaya gediləcəyi təqdirdə bu bazarı kimin tutacağı bir qədər mübahisəlidir, çünki Azərbaycan məhsullarının yalnız MDB məkanında hansısa bir dəyəri var.
Amma İ.Əliyevi qorxudan heç də bu, deyil. Məsələ bundadır ki, assosiasiya sazişi həm də ciddi siyasi fundamentə - konkret siyasi prinsiplərə söykənir. Bu isə hakimiyyətin maraqlarına cavab vermir.
Bəlkə də İ.Əliyevin hərəkətlərini siyasi-iqtisadi baxımdan dərk etmək o qədər də asan deyil. Amma bunun psixoloji tərəfini başa düşmək olar - Əliyev Azərbaycanın şəriksiz sahibi olmaq istəyir. Siyasi, iqtisadi müstəqilliyi də ilk növbədə özünün müstəqilliyi kimi başa düşür. Nahaq yerə demirlər ki, Şərqdə həmişə bir nəfər, yalnız idarə edənlər azad olub…
Cəmi üç ay bundan əvvəl TAP layihəsini seçən hökumətin «Nabucco» layihəsinin də hələ tamam dəfn edilməməsi haqqındakı qəfil bəyanatından sonra belə düşünməkdən başqa çıxış yolu qalmır.
Böyük ehtimalla bunu seçki ərəfəsində Avropaya edilmiş bir siyasi mesaj kimi qəbul etmək olardı.
Amma bəzi təhlilçilər bir az da uzağa gedərək hakimiyyətin Avropaya yeni mesaj göndərməsini onun Rusiya ilə münasibətlərinin qaydasında olmaması ilə izah edirlər.
Fəqət, belə gümanlar üçün ciddi əsas yoxdur. Rusiya prezidentinin Bakıya son səfərindən sonra iki ölkə arasında elə bir problem yaranmayıb ki, bunu soyuq münasibətlərin başlanğıcı kimi yozasan.
Bəs onda problem nədədir? Hakimiyyət özünün dəfn etdiyi məşhur layihəni nədən bu gün yenidən yada salır?
ERMƏNİSTAN AZƏRBAYCANI HARA ÇƏKİR?
Güman edirik ki, situasiyanın belə kardinal dəyişməsi Ermənistanın Gömrük Birliyinə üzv olmaq barədə verdiyi bəyanatdan sonra başlayıb.
Bir müddət idi ki, Ermənistanla Rusiya arasındakı soyuqluq azərbaycanlı təhlilçilərin başlıca mövzusu idi. İş o yerə çatmışdı ki, hətta Azərbaycanın bu soyuqluqdan yararlanması haqda təkliflər də səslənirdi. Ola bilsin, hələ bir müddət ölkədə siyasi fikir bu yönümdə davam edəcəkdi.
Nə assosiasiya sazişi imzalasın, nə də Gömrük Birliyinə qoşulmaq lazım gəlsin.
Amma Rusiyaya səfər edən Ermənistan prezidenti buna son qoydu. S.Sarkisian Rusiyanın ondan tələb etdiyi bəyanatları verdi və ölkəsinin hər iki birliyə-həm Gömrük İttifaqına, həm də Avrasiya İttifaqına qoşulmağa hazır olduğunu bəyan etdi.
Təbii ki, Ermənistanın bu hərəkətindən Avropada narazı qaldılar. Ona görə ki, noyabr ayında Vilnüsdə bu ölkə ilə assosiasiya sazişi imzalamaq nəzərdə tutulurdu.
Bakıda da proses ciddi şəkildə izlənirdi. Amma elə bir məqam gözlənirdi ki, ondan tamam neytral formada çıxmaq mümkün olsun - nə assosiasiya sazişi imzalasın, nə də Gömrük Birliyinə və yaxud da Avrasiya İttifaqına qoşulmaq lazım gəlsin.
Qafqazdan Ermənistanın və Gürcüstanın assosiasiya sazişi imzalamaq niyyətində olması Azərbaycanı çətin vəziyyətdə qoymuşdu. Azərbaycan bir növ tək qalırdı və öz tənhalığını Avropaya izah etmək üçün onun əlində tutarlı əsas, dəlil yox idi.
Soruşa bilərdilər ki, hətta Rusiyanın hərbi müttəfiqi olan Ermənistan Avropa ilə assosiasiya sazişi imzalaya bilirsə, bəs bunu Azərbaycana etməyə nə mane olur? Amma Ermənistanın son addımından sonra rəsmi Bakı rahat nəfəs aldı. Bu dəfə də o, özünün neytral qalmaq mövqeyini möhkəmləndirə bildi. Bakı indi nə Gömrük Birliyinə qoşulacaq, nə də assosiasiya sazişi imzalayacaq.
Belə bir məqamla kifayətlənməyərək o, həm də Avropanı bir daha enerji layihələri ilə şirnikləndirməyə cəhd edir ki, Avropanın Ermənistan kimi Azərbaycana qarşı da yönələ biləcək qınağını mülayimləşdirə bilsin.
Azərbaycan Rusiyaya Gömrük Birliyinə qoşulacağı halda verəcəyi xeyirdən artıq xeyir verir.
Həm də enerji məsələsi Bakının əlində həmişə bir siyasi kart olub. Bu kart bir daha seçki ərəfəsində də işə salınır ki, Avropa ölkələri onun keçirəcəyi seçkini məqbul hesab edə bilsin.
ŞƏRQ İNCƏ MƏSƏLƏDİR
Rusiya ilə münasibətlərə gəldikdə isə, onlar əvvəlki məcrada davam edəcək və böyük ehtimalla Rusiya seçkidən sonra yenə də İ.Əliyevi bir daha seçilməsi münasibətlə təbrik edən ilk ölkələrdən biri olacaq.
Məsələ bundadır ki, Azərbaycan bu ölkəyə bəlkə də Gömrük Birliyinə qoşulacağı halda verəcəyi xeyirdən artıq xeyir verir. O, Ermənistan kimi Rusiyadan təmənnasız hərbi yardım almır. Əksinə, Rusiyanın hərbi-sənaye kompleksinin əsas donorlarından biri kimi çıxış edir və öz hərbi sifarişlərinin miqdarını dörd milyard dollara çatdırıb.
Amma İ.Əliyev Qərbə də biganə deyil, çünki ən azı ona görə ki, Avropa Azərbaycanın ən böyük ticarət partnyorudur. Gömrük İttifaqından kənarda qalmaqla o, bir növ Avropanı razı salır və düşünür ki, Qərb onun hərəkətlərini anlayacaq, manevr imkanlarının məhdudluğunu başa düşəcək. Rəsmi Bakı Avropaya növbəti enerji layihəsi təklif etməklə ona çalışır ki, Avropada onun assosiasiya sazişinə qoşulmamasından yarana biləcək məyusluğu, bəlkə də sərt narazılığı bir az azaltsın.
Bəs əsl düzgün seçim haradadır? Nə qədər qəribə olsa da, ölkənin maraqları baxımından nəinki assosiasiya sazişindən, hətta Gömrük Birliyindən belə müəyyən fayda götürmək olardı, çünki söhbət ümumi bazarın yaranmasından gedir.
Düzdür, Avropa Birliyi ilə sıx inteqrasiyaya gediləcəyi təqdirdə bu bazarı kimin tutacağı bir qədər mübahisəlidir, çünki Azərbaycan məhsullarının yalnız MDB məkanında hansısa bir dəyəri var.
Amma İ.Əliyevi qorxudan heç də bu, deyil. Məsələ bundadır ki, assosiasiya sazişi həm də ciddi siyasi fundamentə - konkret siyasi prinsiplərə söykənir. Bu isə hakimiyyətin maraqlarına cavab vermir.
Bəlkə də İ.Əliyevin hərəkətlərini siyasi-iqtisadi baxımdan dərk etmək o qədər də asan deyil. Amma bunun psixoloji tərəfini başa düşmək olar - Əliyev Azərbaycanın şəriksiz sahibi olmaq istəyir. Siyasi, iqtisadi müstəqilliyi də ilk növbədə özünün müstəqilliyi kimi başa düşür. Nahaq yerə demirlər ki, Şərqdə həmişə bir nəfər, yalnız idarə edənlər azad olub…
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir