-
Hakim partiyanın nümayəndələri Milli Şuranın sədri R. İbrahimbəyovun qeydə alınmayacağı və ona imza vərəqələrinin verilməyəcəyi haqda bəyanatları elə birbaşa və açıqlıqla dilə gətirirlər ki, adamda belə təsəvvür yaranır ki, namizədlərin qeydiyyatı məsələsi Mərkəzi Seçki Komissiyasında yox, elə Yeni Azərbaycan Partiyasının qərargahında həll olunur.
Düzdür, Milli Şura sədrinin vətəndaşlıq məsələsinin ən azı yaxın dövrdə həll olunacağına ümid onsuz da az idi, amma heç olmasa, nəzəri cəhətdən qəbul etmək olardı ki, bütün məsələlər öz təyinatı üzrə həll edilir, o cümlədən də seçki ilə bağlı məsələlər.
O ki qaldı Milli Şuranın seçki ilə bağlı qayğılarına, R. İbrahimbəyov özünün vətəndaşlıq məsələsinin avqustun 15-dən sonra həll ediləcəyini dilə gətirmişdi. Artıq bu vaxt yetişib. Günləri saymaq olar. Xüsusən də nəzərə alanda ki, onlar bir o qədər də çox deyillər. Belə ki Şura avqustun 19-da özünün yekun sessiyasına toplaşmalı və namizədlik məsələsinə birdəfəlik aydınlıq gətirməlidir. Amma bu, göründüyü qədər də asan deyil.
SİYASİ LABİRİNT
Milli Şura özünün yaratdığı siyasi labirintə düşüb. Real siyasi namizədlərin keçid dövrü ilə bağlı şərtlə razılaşmaması, digərlərinin isə özünü reallaşdıra bilməməsi Milli Şuranın əsas probleminə çevrilib.
İndi belə təsəvvür yaranır ki, Milli Şura öz gücünə o qədər əmindir ki, istənilən adamı namizəd edəcəyi təqdirdə onun seçkidə qalib olacağını zənn edir. Amma belədirmi? Təbii ki, yox.
Amma özünə əminliklə bahəm təşkilatda vəziyyətin mürəkkəbliyini duymaq tendensiyası da hiss olunur. Güman edirik ki, avqustun 18-nə təyin olunmuş aksiya da bir növ vəziyyətdən çıxmaq, diqqəti Milli Şuranın düşdüyü ağır seytnot vəziyyətindən yayındırmaq məqsədi güdür.
Amma alınacaqmı? Məsələ də elə bundadır - təəssüf ki, bəzi hallarda insanların arzuları ilə imkanları heç də üst-üstə düşmür. Artıq indidən demək mümkündür ki, aksiya uğursuzluğa məhkumdur. Səbəbi? Çox sadədir. İnsanlar hələ də 2003-cü ildə verilmiş vədi - «Siz Qələbə meydanına gəlin, ordan o tərəfə sizi mən aparacam!» sözlərini unutmayıblar.
Həm də hər şeyin bir əsası olur. İnsanlar haqlı olaraq düşünə bilərlər ki, görən bunlar kimə etiraz edir? Bəlkə özlərinə etiraz edirlər ki, üç aydır bir namizəd məsələsini həll edə bilmirlər?
Cavab tapmaq çətindir. Ələlxüsus də o halda ki, cavab yoxdur. Hiss olunur ki, hətta Milli Şura sədrinin özü bu siyasi «oyun»u tərk etmək istəyir. Prinsipcə, o, çətin vəziyyətdən çıxmağın bir yolunu deyib: R. İbarihimbəyov vahid namizəd kimi qalır, amma digər müxalifət liderləri də öz namizədliklərini irəli sürürlər. Milli Şura sədri qeydə alınacağı təqdirdə həmin namizədlər təbliğat mərhələsindən sonra öz namizədliklərini onun xeyrinə geri götürürlər.
Amma Şuranın digər liderləri «ehtiyat vahid namizəd» müəyyən etməkdə israrlıdırlar. Təbii ki, Milli Şura sədrinin namizədliyi olmayacağı təqdirdə bu təşkilatın bütün konsepsiyası( iki illik keçid dövrü, parlament respublikası və s. və i.) heç olur. Amma seçkidən kənarda qalmaq da yaxşı bir şey vəd etmir.
Eləcə də nəyin bahasına olursa-olsun Milli Şura çətiri altında da seçkiyə getmək heç də ən uğurlu çıxış yolu deyil. «Ehtiyat vahid namizəd» kimi elə adamların adları çəkilir ki, bunu yalnız bir cür yozmaq olar - ölkənin aparıcı müxalifəti tamam siyasi iflasa uğrayıb…
V. PUTİN-İN İMZALAMALI OLDUĞU DAHA BİR SƏNƏD…
Rusiya prezidenti Bakıda beş, ya altı sənəd imzalatdırdı. Amma onun imzalamalı olduğu daha bir sənəd var ki, o da Azərbaycanla, daha doğrusu, onun müxalifəti ilə bağlıdır - söhbət R. İbrahimbəyovun vətəndaşlıq məsələsindən gedir…
Düşünürük ki, Putin Bakıya gəlişilə, özü də analoqu olmayan gəlişilə (hərbi gəmilərin müşayiətilə!) bu məsələdə də nöqtəni qoydu. Milli Şuranın sədri müxalifət üçün hansı aspektdən maraqlı idi?
Açığı güman edilirdi ki, o, Rusiyanın siyasi dairələrinə müəyyən bir çıxış tapa bilər. Amma indi bu siyasi duman da çəkildi. Bəzi müxalifət liderləri bilməlidir ki, Milli Şuranın təsis yığıncağında hələ formalaşmamış bir siyasi təşkilatı geosiyasi seçim etməyə məcbur etməklə onlar Rusiyaya aparan onsuz da bağlı qapılara daha bir qıfıl asdılar.
V. Putin-in gəlişinin müxalifətə tək bir xeyri oldu. Qoy, indi cəmiyyət də, hakimiyyət yönümlü qəzetlər də, hakim partiyanın ideoloqları da bir daha baxıb görsünlər ki, «Rusiyanın layihəsi»ndə kimlər iştirak edir? V. Putin ilə birgə Rusiya gəmilərinin göyərtəsinə çıxanlar, yoxsa başqaları?...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Hakim partiyanın nümayəndələri Milli Şuranın sədri R. İbrahimbəyovun qeydə alınmayacağı və ona imza vərəqələrinin verilməyəcəyi haqda bəyanatları elə birbaşa və açıqlıqla dilə gətirirlər ki, adamda belə təsəvvür yaranır ki, namizədlərin qeydiyyatı məsələsi Mərkəzi Seçki Komissiyasında yox, elə Yeni Azərbaycan Partiyasının qərargahında həll olunur.
Düzdür, Milli Şura sədrinin vətəndaşlıq məsələsinin ən azı yaxın dövrdə həll olunacağına ümid onsuz da az idi, amma heç olmasa, nəzəri cəhətdən qəbul etmək olardı ki, bütün məsələlər öz təyinatı üzrə həll edilir, o cümlədən də seçki ilə bağlı məsələlər.
O ki qaldı Milli Şuranın seçki ilə bağlı qayğılarına, R. İbrahimbəyov özünün vətəndaşlıq məsələsinin avqustun 15-dən sonra həll ediləcəyini dilə gətirmişdi. Artıq bu vaxt yetişib. Günləri saymaq olar. Xüsusən də nəzərə alanda ki, onlar bir o qədər də çox deyillər. Belə ki Şura avqustun 19-da özünün yekun sessiyasına toplaşmalı və namizədlik məsələsinə birdəfəlik aydınlıq gətirməlidir. Amma bu, göründüyü qədər də asan deyil.
SİYASİ LABİRİNT
Milli Şura özünün yaratdığı siyasi labirintə düşüb. Real siyasi namizədlərin keçid dövrü ilə bağlı şərtlə razılaşmaması, digərlərinin isə özünü reallaşdıra bilməməsi Milli Şuranın əsas probleminə çevrilib.
İndi belə təsəvvür yaranır ki, Milli Şura öz gücünə o qədər əmindir ki, istənilən adamı namizəd edəcəyi təqdirdə onun seçkidə qalib olacağını zənn edir. Amma belədirmi? Təbii ki, yox.
İnsanlar hələ də 2003-cü ildə verilmiş vədi - «Siz Qələbə meydanına gəlin, ordan o tərəfə sizi mən aparacam!» sözlərini unutmayıblar