-
HƏR ŞEYİ BİLİRLƏR, AMMA…
Periodik olmasa da, təbii proseslər kimi elə siyasi proseslərdə də bir qabarmalar və çəkilmələr olur. Bir də görürsən ki, müxalifət hansısa siyasi təşəbbüslə gündəmi zəbt edir və yaxud da ki, hakimiyyət önə çıxır və bir neçə gün diqqəti özünə cəlb edir. Təsadüfi deyil ki, müxalifətin Milli Şuradakı proseslərlə zəbt etdiyi gündəmi hakimiyyət M. Əliyevanın namizədliyini aktuallaşdırmaqla kompensasiya edə bildi.
Etiraf edək ki, bu addım heç də uğursuz alınmadı, ən azı Milli Şuranın uğurlu başlanğıcını gündəmdən sıxışdıra bildi. Hiss olunur ki, insanlar yenilik istəyir və bunun üçün hətta süni şəkildə yenilik adı ilə təqdim olunanları da qəbul etməkdən çəkinmir, amma bu, yenilin reallaşması üçün özünü əziyyətə salmaq istəmir.
Ona görə də hakimiyyətin təbii təbliğat üstünlüklərini nəzərə almasaq, müxalifətlə hakimiyyətin media və efir potensialı arasında bir təqribi bərabərlik işarəsi qoymaq olardı: onlar hər ikisi eyni dərəcədə cəmiyyətlə kommunikasiyaya girir.
Bəli, əvvəllər siyasi müxalifətin ciddi efir problemi vardı. Artıq o da qismən aradan qalxıb, məhdud şəkildə olsa belə, hələ hakimiyyətlə müqayisəyə gəlməsə də, müxalifət də efirin verdiyi imkanlardan yararlana bilir.
Ona görə də «Təbliğat çəkişməsi özünün doyuma mərhələsinə çatıb» desək, bir o qədər də yanılmarıq, çünki insanlar həm hakimiyyət, həm də müxalifət haqqında nə bilmək mümkündürsə, onu bilirlər.
SOSİAL PASSİVLİYİN SƏBƏBİ NƏDİR?
Elə bu səbəbdən bu gün məlumatsızlıqdan danışmaq elə də düzgün deyil. Çox çətinliklə olsa da, əhatə dairəsi geniş olmasa da, hər halda məlumat əldə etmək mümkündür. Problem məlumata qarşı olan reaksiyada, daha dəqiq desək, həmin məlumatın yaratdığı sosial davranış tərzindədir.
Əgər insan məlumatsızdırsa, onun passivliyini başa düşmək olar. Ən çətini məhz məlumatlı insanın sosial passivliyini izah etməkdir. Azərbaycanda indi belə hal müşahidə olunur: insanlar bəzən lazım olandan da çox bilirlər, amma bu bilgilər onları sosial hərəkətə təhrik etmir.
Etiraz edib demək olar ki, bütün bu bilgilər toplanaraq son nəticədə insanların seçkidəki münasibətlərində özünü təzahür etdirəcək. Bu fikri qəbul etmək olardı, əgər bu gün dünyada gedən proseslər olmasaydı.
İKİ ÖLKƏNİN BİR DƏRSİ…
Əvvəlcə Türkiyədə, sonra da Braziliyada cərəyan edən proseslər göstərdi ki, insanlar qeyri-seçki vaxtlarında da eşidilmək istəyirlər, eşidilmək üçün təkcə seçkiləri gözləmək lazım deyil. Xüsusən nəzərə alanda ki, elə ölkələr var ki, orada hətta seçki vaxtı da eşidilmək problemdir.
SOSİAL ŞƏBƏKƏLƏRDƏN CANLI ÜNSİYYƏTƏ DOĞRU…
Beləliklə, son illərin təcrübəsini yekunlaşdırsaq, demək olar ki, artıq canlı ünsiyyətə keçid zəruridir. Burada isə artıq hakimiyyətlə müxalifət arasında bərabərlik işarəsi qoymaq mümkün deyil. Hakimiyyət müqayisə olunmaz dərəcədə üstün imkanlara malikdir: o, müxalifətin cəmiyyətlə canlı ünsiyyətinə əngəllər törədir, müxalifət fəallarını təqib edir, bəzən onları şərləyərək tutdurur, bir sözlə, çalışır ki, insanların siyasi fikir və düşüncələri maddiləşməsin, onlar elə irreal olaraq qalsın.
Müxalifət də nəzərə almır ki, bütün imkanlar, təşkilatlanma məsələləri bir növ tramplindir, daha açıq fəaliyyətə keçid üçün vasitədir. İndi internet az qala partiyaların mənzil-qərargahını əvəz edir. Amma bu, o demək deyil ki, fəaliyyəti bütünlüklə sosial şəbəkələrə, internetə keçirmək olar.
Belə olsaydı insanlar real həyatdan tam imtina edər, özlərinin ən zəruri ehtiyaclarını belə internet vasitəsilə təmin edərdilər. Amma belə deyil. Real həyat da var və o, ən azı normal insanlar üçün öz aktuallığını hələ itirməyib, xüsusən nəzərə alanda ki, normal insanlar «deviant»larla, «avtonomlar»la müqayisədə həmişə üstünlük təşkil edirlər.
Bütün bu səbəblərdən bu gün müxalifətin səyləri sanki lal fonda cərəyan edir. Hakim partiya üçün bu, bir o qədər də əhəmiyyət kəsb etmir, çünki onları cəmiyyətin sükutu qane edir. Bəlkə də avtoritar hakimiyyətlər «Sükut razılıq əlamətidir!» tezisindən ən çox yararlananlardır. Onları daha çox beynəlxalq təşkilatların və böyük dövlətlərin reaksiyası maraqlandırır. Hazırda belə güman etmək olar ki, hakimiyyət bu istiqamətdə ciddi iş aparır.
SƏN UZAQ, YAŞIL ADA…
Bəs müxalifət nə edir? Vahid namizəd məsələsinin əvvəlcə iyunun 28-də həll ediləcəyi deyilsə də, sessiya iyulun 2-nə qədər təxirə salındı. İndi bu istiqamətdə hiss olunacaq fəaliyyətlə Milli Şuranın sədri məşğul olur. Amma onun fəaliyyətini hələ ki, daha çox məhz o, özü hiss edir. Müxalifətin böyük kəsimi yalnız sədrin dediklərinə inanmaq məcburiyyətindədir: onların bəzilərinin hərəkət imkanları məhdudlaşdırılıb, digərlərinin isə belə imkanları demək olar ki, heç vaxt olmayıb.
Milli Şura sədrinin dediklərinə, keçirdiyi görüşlərə zərrə qədər də olsun kölgə salmaq istəməzdik. İctimai kommunikasiya məsələlərində R. İbrahimbəyov heç də naşı adam deyil.
Amma siyasi kommunikasiya məsələləri bir qədər başqa məsələdir. Onun hansı uğurla siyasi danışıqlar aparmasından, kimlər tərəfindən qəbul edilməsindən bir o qədər də məlumatlı deyilik. Hər halda, bu vaxta qədər onu qəbul edən, onunla görüşən adamlar arasında böyük adlara təsadüf olunmur.
Adi, tanışlıq xarakterli görüşlərə qaldıqda, bu, hər bir ictimaiyyət və siyasət fəalının təcrübəsində olub. Hətta adi ictimai fəallar üçün heç vaxt Dövlət Departamenti və yaxud da Konqres qeyri-adi, əlçatmaz bir ünvan olmayıb. Hamı bu yolu keçib və belə görüşlərdə iştirak edib, hətta bundan da ciddi proqramlara təsadüf olunub.
Siyasətdə bir adamlara, konkret şəxslərə dəstək olur, bir də ümumi prosesə. Qərb ölkələri həmişə müxalifətin seçkiyə qatılmasında maraqlı olub. Kimin üçünsə bu, ölkədə demokratik vərdişlərin artması baxımından önəm kəsb edib, digərləri üçün o, sadəcə hesabatlarda «Azərbaycan demokratiya istiqamətində irəliyə doğru daha bir addım atdı!» yazmaq üçün lazım olub.
Ona görə də istər-istəməz sual yaranır: görən, müxalifət düşərgəsində işlər həqiqətən də qaydasında gedirmi?
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
HƏR ŞEYİ BİLİRLƏR, AMMA…
Periodik olmasa da, təbii proseslər kimi elə siyasi proseslərdə də bir qabarmalar və çəkilmələr olur. Bir də görürsən ki, müxalifət hansısa siyasi təşəbbüslə gündəmi zəbt edir və yaxud da ki, hakimiyyət önə çıxır və bir neçə gün diqqəti özünə cəlb edir. Təsadüfi deyil ki, müxalifətin Milli Şuradakı proseslərlə zəbt etdiyi gündəmi hakimiyyət M. Əliyevanın namizədliyini aktuallaşdırmaqla kompensasiya edə bildi.
Etiraf edək ki, bu addım heç də uğursuz alınmadı, ən azı Milli Şuranın uğurlu başlanğıcını gündəmdən sıxışdıra bildi. Hiss olunur ki, insanlar yenilik istəyir və bunun üçün hətta süni şəkildə yenilik adı ilə təqdim olunanları da qəbul etməkdən çəkinmir, amma bu, yenilin reallaşması üçün özünü əziyyətə salmaq istəmir.
Ona görə də hakimiyyətin təbii təbliğat üstünlüklərini nəzərə almasaq, müxalifətlə hakimiyyətin media və efir potensialı arasında bir təqribi bərabərlik işarəsi qoymaq olardı: onlar hər ikisi eyni dərəcədə cəmiyyətlə kommunikasiyaya girir.
Bəli, əvvəllər siyasi müxalifətin ciddi efir problemi vardı. Artıq o da qismən aradan qalxıb, məhdud şəkildə olsa belə, hələ hakimiyyətlə müqayisəyə gəlməsə də, müxalifət də efirin verdiyi imkanlardan yararlana bilir.
Ona görə də «Təbliğat çəkişməsi özünün doyuma mərhələsinə çatıb» desək, bir o qədər də yanılmarıq, çünki insanlar həm hakimiyyət, həm də müxalifət haqqında nə bilmək mümkündürsə, onu bilirlər.
SOSİAL PASSİVLİYİN SƏBƏBİ NƏDİR?
Elə bu səbəbdən bu gün məlumatsızlıqdan danışmaq elə də düzgün deyil. Çox çətinliklə olsa da, əhatə dairəsi geniş olmasa da, hər halda məlumat əldə etmək mümkündür. Problem məlumata qarşı olan reaksiyada, daha dəqiq desək, həmin məlumatın yaratdığı sosial davranış tərzindədir.
Əgər insan məlumatsızdırsa, onun passivliyini başa düşmək olar. Ən çətini məhz məlumatlı insanın sosial passivliyini izah etməkdir. Azərbaycanda indi belə hal müşahidə olunur: insanlar bəzən lazım olandan da çox bilirlər, amma bu bilgilər onları sosial hərəkətə təhrik etmir.
Əvvəlcə Türkiyədə, sonra da Braziliyada cərəyan edən proseslər göstərdi ki, insanlar qeyri-seçki vaxtlarında da eşidilmək istəyirlər, eşidilmək üçün təkcə seçkiləri gözləmək lazım deyil.
İKİ ÖLKƏNİN BİR DƏRSİ…
Əvvəlcə Türkiyədə, sonra da Braziliyada cərəyan edən proseslər göstərdi ki, insanlar qeyri-seçki vaxtlarında da eşidilmək istəyirlər, eşidilmək üçün təkcə seçkiləri gözləmək lazım deyil. Xüsusən nəzərə alanda ki, elə ölkələr var ki, orada hətta seçki vaxtı da eşidilmək problemdir.
SOSİAL ŞƏBƏKƏLƏRDƏN CANLI ÜNSİYYƏTƏ DOĞRU…
Beləliklə, son illərin təcrübəsini yekunlaşdırsaq, demək olar ki, artıq canlı ünsiyyətə keçid zəruridir. Burada isə artıq hakimiyyətlə müxalifət arasında bərabərlik işarəsi qoymaq mümkün deyil. Hakimiyyət müqayisə olunmaz dərəcədə üstün imkanlara malikdir: o, müxalifətin cəmiyyətlə canlı ünsiyyətinə əngəllər törədir, müxalifət fəallarını təqib edir, bəzən onları şərləyərək tutdurur, bir sözlə, çalışır ki, insanların siyasi fikir və düşüncələri maddiləşməsin, onlar elə irreal olaraq qalsın.
Müxalifət də nəzərə almır ki, bütün imkanlar, təşkilatlanma məsələləri bir növ tramplindir, daha açıq fəaliyyətə keçid üçün vasitədir. İndi internet az qala partiyaların mənzil-qərargahını əvəz edir. Amma bu, o demək deyil ki, fəaliyyəti bütünlüklə sosial şəbəkələrə, internetə keçirmək olar.
Belə olsaydı insanlar real həyatdan tam imtina edər, özlərinin ən zəruri ehtiyaclarını belə internet vasitəsilə təmin edərdilər. Amma belə deyil. Real həyat da var və o, ən azı normal insanlar üçün öz aktuallığını hələ itirməyib, xüsusən nəzərə alanda ki, normal insanlar «deviant»larla, «avtonomlar»la müqayisədə həmişə üstünlük təşkil edirlər.
Müxalifətin böyük kəsimi yalnız sədrin dediklərinə inanmaq məcburiyyətindədir: onların bəzilərinin hərəkət imkanları məhdudlaşdırılıb, digərlərinin isə belə imkanları demək olar ki, heç vaxt olmayıb.