-
Gümüşün anti-bakterial keyfiyyətlərə malik olduğu hələ qədimlərdən bəllidir, lakin bu qiymətli metalın bakteriyaları öldürməsi mexanizmi haqqında çox az məlumat var.
İndi isə alimlər aşkar ediblər ki, antibiotiklərə gümüşün kiçicik miqdarının əlavə edilməsi onların effektini 10 dəfədən 1000 dəfəyədək artıra bilər.
ABŞ alimlərinin bir qrupu «Science Translational Medicine» tibb jurnalında yazırlar ki, sınaq şüşələrində və siçanlar üzərində aparılan təcrübələr gümüşün antibiotiklərin bakteriyanın membranını yarmasına xeyli kömək etdiyini göstərib. Metal, həmçinin, adətən toksik reaktivlərin və oksigen birləşmələrinin aşırı yaranmasına kömək edir ki, bu da bakteriyaların ölümünə səbəb olur.
HƏLƏ QƏDİM MİSİRLİLƏR...
Tədqiqatın müəlliflərindən biri, Boston Universitetinin professoru Jim Collins AzadlıqRadiosuna deyib ki, bu mexanizm müqavimətli bakteriya ştamblarının antibiotiklərə qarşı həssaslığını artırır. O bildirir ki, gümüş potensial olaraq müasir antibiotiklərin bakteriyalara qarşı gücünü daha da artıra bilər:
«Gümüş minilliklərdir ki, bakteriyalara qarşı yeganə mübarizə vasitəsi olub. Hələ qədim misirlilər və qədim yunanlar bu metaldan istifadə ediblər. Lakin bizim tədqiqatımız göstərir ki, gümüşün bu keyfiyyətlərindən tamamilə başqa şəkildə istifadə etmək olar. Bu, hazırda geniş şəkildə istifadə olunan antibiotiklərə gümüşün kiçicik, hətta cüzi miqdarını əlavə etməyi nəzərdə tutur».
Gümüş «Qram metodu» ilə rənglənməyən, mövcud antibiotiklərə müqaviməti artan bakteriyaya qarşı vasitədir.
Rənglənməyən bakteriya pnevmoniya, qan infeksiyaları, yara və cərrahiyyə iltihabları, habelə meningit kimi xəstəliklərə səbəb olur.
J.Collins deyir ki, antibiotiklərə müqavimətli bakteriya ştambları anti-mikrob terapiyasının yeni yollarını axtarmağa məcbur edir:
«Bu, antibiotiklərdən istifadənin və aşırı istifadənin əsas və artmaqda olan böhranıdır. Başqa bir problem budur ki, yeni antibiotiklərin tapılması və inkişaf etdirilməsi çətinləşir. Nəticə isə bu ola bilər ki, biz insanlara keçən bakteriyaların əksəriyyətinə qarşı mübarizədə aciz qala bilərik».
TƏLƏSMƏK LAZIM DEYİL
Gələcək tədqiqatlarda gümüşün, məsələn, antibiotik həblərə necə əlavə olunması araşdırılacaq.
Yeni araşdırma göstərir ki, antibiotiklərə gümüşün çox az miqdarda əlavəsi sağlamlıq üçün ziyansızdır.
Lakin London Gigiyena və Təbabət Məktəbindən doktor Ruth McNerney bu qənaətdədir ki, alimlər gümüşü antibiotiklərə əlavə etməzdən əvvəl bu metalın toksikliyi barədə düşünməlidirlər:
«Biz gümüşün toksiklik xüsusiyyətini dəqiq öyrənməliyik, yəni bilməliyik ki, bu metal adamların böyrəklərinə və ya qara ciyərlərinə necə təsir göstərə bilər. Bu, həm də antibiotikləri daha toksik edə bilər. Lakin ümumilikdə, bu, maraqlı araşdırmadır».
McNerney deyir ki, əlavə olunacaq gümüşün miqdarının kiçik olması antibiotiklərin qiymətinə o qədər də təsir etməyəcək.