-
İNANMIRLAR, AMMA YENƏ DƏ MARAQLANIRLAR…
Bilərək ki, İranda seçki faktiki olaraq rejimə sadiq olanların sırasından seçmək deməkdir, yenə də insanlar, dünya mediası bu ölkədəki seçkilərə maraq göstərir. Bu, SSRİ vaxtında mövcud olan təcrübəni xatırladır. O vaxt hamı SSRİ-də baş verən hakimiyyət dəyişikliklərini maraqla izləyirdi, çünki hamının gözlədiyi adam məhz kommunistlərin arasından çıxa bilərdi, başqa bir variant mümkün deyildi.
Sonda həqiqətən də belə oldu - kommunistlərin arasından M. Gorbachev, B. Yeltsin kimi siyasət adamları çıxdı və onlar rejimi dəyişdilər. İndi İran da belədir. Hərçənd bu ölkədə siyasətçilərin mühafizəkarlara, islahatçılara bölünməsinin özü bir şərtilikdir, amma bu dəfə də seçkini altı nəfər arasında yeganə islahatçı adlandırılan H. Rohani uddu.
Dostlarının və rəqiblərinin «diplomat şeyx» adlandırdığı bu adam da seçki dövründə gen-bol vəd verdi. Vədlər insan haqları bəyannaməsi hazırlamaqdan tutmuş Azərbaycan dili və ədəbiyyatı akademiyası açmağa qədər böyük bir ictimai-siyasi spektri əhatə etdi.
Bu spektrin hər bir detalı üzərində dayanmaq, onların nə qədər real olduğunu araşdırmaq olardı. Amma buna lüzum yoxdur, çünki İran siyasətinə çox adam islahatçı biçimində daxil olub, fəqət ona ayrılan dövrü mühafizəkar kimi başa vurub.
Həm də belə bir sual yaranır ki, məsələn, nədən insan haqları ilə bağlı bu vaxta qədər qəbul edilmiş beynəlxalq sənədlər yeni İran prezidentini qane etmir? Və yaxud da ki, azərbaycanlılara ana dilində oxumağa icazə verməyin, ya da ki, Azərbaycan dilinə ikinci dövlət dili statusu verməyin vaxtı deyilmi?
H. RUHANİ SİSTEMİN ÖVLADI KİMİ…
H. Rohani-nin «xidməti list»inə söz ola bilməz, kifayət qədər təcrübəli siyasətçidir. Amma onun rejimlə problemi olmayıb, hətta bir vaxt Ayatollah Khomeini-nin yaxın köməkçilərindən olub.
İndiyə qədər onun ciddi bir islahatçı platforma ilə çıxış etdiyini, rəsmi siyasi kursa müqavimət göstərdiyini də görən olmayıb. O, mövcud rejimdə özünə uğurlu siyasi karyera təmin edən adam kimi tanınıb…
Adam bir günün içində islahatçı ola bilməz, baxmayaraq ki, bəzi avtoritar və totalitar ölkələrin təcrübəsində bu fikri təkzib edən faktlara da rast gəlmək mümkündür. Amma bütün hallarda statistik faktlar göstərir ki, bəzən həqiqi islahatçılar hələ hakimiyyətə gəlməmişdən öncə proseslərə öz fərqli baxışları ilə seçilirlər.
Bunun klassik nümunələrindən biri D. Syaopin olub. Bu adam «ulu öndər» Mao Zedong (M. Tszedun) tərəfindən təqiblərə məruz qalmışdı, partiya sıralarında fərqli bir baxışın, fraksiyanın meydana çıxmasına səbəb olmuşdu. Amma H. Rohani nəinki Khomeini kursu ilə ixtilafda olmayıb, hətta onun indiki dini liderlə - Ə. Khamenei ilə çox yaxşı münasibətdə olduğu bildirilir.
İRANDA «VAHİD NAMİZƏD» MƏSƏLƏSİ
İranda hələ ki rejimlə siyasi ixtilafda olan adamı, siyasi dissidenti seçkiyə buraxmırlar.
Bəlkə də ona görə orada «vahid namizəd» problemi yaranmır, baxmayaraq ki, seçkilər vaxtı bütün namizədlər təxminən eyni bir siyasi spektri təmsil edir və çox böyük uğurla onları bir nəfərlə əvəz etmək olardı, çünki namizədlərin arasında bir qayda olaraq əsl müxalif fikirli insanlara təsadüf olunmur, onların hamısı demək olar ki, eyni sözləri deyir. Namizədlərin çoxluğu isə daha çox rejimə demokratik fasad, görüntü yaratmaq üçün nəzərdə tutulur.
Mollalar o vaxt vahid siyasi cəbhə yaradardılar ki, seçkiyə həqiqətən də onlardan fərqli düşünən və onları təmsil etməyən bir adam qatılardı. Bu gün elə bir adam yoxdur. O, dünən də olmayıb…
Amma insanlar arasında islahat ümidləri və gözləntiləri var. Demək olar ki, hər seçkidə bu ümidlər təzahür edir.
Amma onlar doğrulmur. Bəs H. Rohani böyük siyasətə gəlişi ilə hansı yeniliyə imza atacaq, siyasətdə nə dəyişəcək?
SİYASİ OBRAZLAR DƏYİŞƏCƏK…
Böyük ehtimalla əvvəlki prezidentin Latın Amerikası liderlərini, bir az da rusiyalı V. Zhirinovsky-ni xatırladan çıxışları və jestləri siyasətdən çəkiləcək. Ortaya təmkinli, hər bir sözünü ölçüb-biçən, danışmağı o qədər də sevməyən, ifrat populizmə meylli olmayan siyasətçi obrazı çıxacaq.
Bir növ siyasi obrazlar dəyişəcək. Amma nə daxili, nə də ki, xarici siyasətdə böyük dəyişikliklər olmayacaq. Baxmayaraq ki, H. Rohani xarici siyasətdə böyük qarşıdurmaların tərəfdarı olmayan bir adam kimi tanınır. Amma o da var ki, qarşıdurmaların azalması üçün o, bu vaxta qədər elə bir iş görməyib, həmişə rəsmi siyasi kursa sadiq olub…
BÖYÜK SİYASƏT QARŞIDURMASIZ KEÇİNMƏYƏCƏK…
Ona görə də qarşıdurma labüddür. O, hansı formada təzahür edəcək? Yenə də iqtisadi sanksiyalar formasında davam edəcək, yoxsa hərbi qarşıdurmaya qədər gəlib çıxacaq? Bunu zaman göstərəcək.
Bir məsələ var ki, Qərb ölkələri hələ İranla hərbi qarşıdurmaya getməkdən çəkinirlər. İqtisadi sanksiyaların nəticələri artıq özünü büruzə verir. Belə bir detal da diqqəti çəkir ki, seçkilərdə namizədlər iqtisadi problemlərə daha çox diqqət yetirməyə başlamışdılar.
Bu da təsadüfi deyil. Avropa ölkələri İrandan ixrac etdikləri neftin həcmini 20-25 faiz, bəzi ölkələr isə hətta 40-45 faiz azaldıblar. Bundan başqa ölkənin xarici banklardakı valyuta resursları dondurulub, bu isə nə az, nə çox, milyardlarla dollar vəsait deməkdir.
Hərbi müdaxiləyə gəldikdə isə, lokal müdaxilələrin, məsələn, İsrailin açıq müdaxiləsinin böyük effekt verəcəyi, İranı nüvə proqramından çəkindirəcəyi güman edilmir. Bu vaxta qədər İranın nüvə proqramına maneələr yaratmaq üçün çox şey edilib. Onun nüvə obyektlərinə kompüter hücumu təşkil edilib, dörd nüvə alimi qətlə yetirilib.
Amma bunlar istənilən effekti verməyib. H. Rohani isə nüvə məsələsində göydən düşmə adam deyil. O, bu vaxta qədər Qərb ölkələri ilə bu danışıqları aparan əsas adam olub…
BİR DAHA M. GORBACHEV FENOMENİ HAQDA…
Bir az əvvələ qayıdaraq qeyd edək ki, siyasət olimpinə çatana qədər elə M. Gorbachev da islahatçılıq əlamətləri nümayiş etdirməmişdi, sistemin ən sadiq qullarından biri olmuşdu. Amma gələndən sonra tamam başqa şey oldu.
H. Rohani bu yolu təkrar edə bilərmi?
Güman etmirik. Bunu indidən təxmin etmək çətindir. Baxmayaraq ki, molla rejiminə də xitam vermək üçün ciddi siyasi əsaslar heç də keçmiş SSRİ-dən az deyil…
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.