-
«Mədəniyyət də bir siyasətdir» deyimi apolitik insanlarda qıcıq yaratsa da «Eurovision» müsabiqəsində Azərbaycanın Rusiyaya verdiyi xalın ətrafında yaranmış anlaşılmazlıq bizdə bu inamı bir az da artırdı.
Hətta iş o yerə çatdı ki, məsələyə İ. Əliyev özü qarışmalı oldu. Rusiyanın xarici işlər naziri S. Lavrov isə bildirdi ki, bu məsələ Azərbaycanla birgə araşdırılacaq və o, cavabsız qalmayacaq.
İndi məsələ müsabiqə bitəndən gündəmi zəbt edib, hamı onun təhqiqatına özünün töhfəsini verməyə çalışır. Amma bizim diqqətimizi tamam başqa bir detal cəlb etdi: rəsmi Bakı Rusiya sarıdan böyük narahatlıq keçirir…
Səbəb aydındır. Bu il ölkədə prezident seçkisi olacaq və Rusiyada səfərdə olan xarici işlər naziri E. Məmmədyarovun dediklərindən belə bəlli oldu ki, seçki başa çatana qədər rəsmi Bakı hətta Qarabağ problemində «taym-aut» götürməyə hazırlaşır.
Onsuz da Qarabağ problemi ilə bağlı danışıqlarda bir fasilə yaranmışdı. Xarici işlər nazirinin son açıqlamasından isə belə bəlli olur ki, bu il bu xüsusda hansısa irəliləyiş gözləməyə dəyməz.
Mahnı müsabiqəsi zamanı Rusiya Azərbaycana çox yüksək xal verdi. Bunun bir çaşdırıcı təsiri də oldu. Belə təsəvvür yarandı ki, bu vaxta qədər iki dövlət arasında mövcud olan gərginlik haqqındakı söhbətlər bir o qədər də əsaslı deyil. Rusiya tərəfi də dəfələrlə bəyan edib ki, Qəbələ RLS-lə bağlı əldə olunmuş razılaşma dövlətlərin münasibətlərinə heç bir xələl gətirməyib. Amma insanlar bir məsələyə diqqət yetirirlər: əgər Rusiyadan gələn və oralara gedən yoxdursa, deməli, vəziyyət heç də ürəkaçan deyil. Nə demək olar?
Sözsüz ki, heç də hər bir müşahidənin siyasi əsası olmur. Amma V. Putin-in İ. Əliyevə münasibətində yaranmış soyuqluğu da sezməmək mümkün deyil. Ən azı ona görə ki, o, prezident seçiləndən sonra D. Medvedev-in Dağlıq Qarabağla bağlı təşəbbüsünü davam etdirmədi. Hətta belə söhbətlər gəzdi ki, V. Putin İ. Əliyevin onun haqqında qalmaqallı saytda səsləndirdiyi fikirlərdən bərk inciyib.
Amma biz burada daha bir detalı da qeyd edərdik.
MÜXALİFƏT RUSİYAYA YOL TAPIR?
Seçkiyə hazırlaşan təkcə hakimiyyət deyil, bütün əngəllərə və yasaqlara baxmayaraq müxalifət də bunu edir. Ən çox diqqəti çəkən isə odur ki, müxalifət sıralarında da Rusiyanın siyasi dairələrinə girişi olan və bu ölkə tərəfindən maraqla qarşılana bilən insanlar peyda olub.
Bu vaxta qədər belə bir şey olmamışdı - kənarda hamı Azərbaycan müxalifətini rusofob bir qüvvə, qatı Qərb tərəfdarı kimi tanıyırdı. Amma artıq belə deyil. Bu stereotip yavaş-yavaş sıradan çıxır. Həm də belə bir təsəvvür yaranır ki, Azərbaycan müxalifətini təkcə siyasi marginallar təşkil etmir, onun sıralarında böyük ictimai çəkiyə malik olan insanlar da var.
Düzdür, müxalifət hələ həlledici proses qarşısındadır. Budur, may ayı da yekunlaşmaq üzrədir, Milli Şuranın təsis edilməsi üçün təyin edilən vaxt da yaxınlaşır.
Amma biz bu yazını müxalifətin inteqrasiya cəhdlərindəki incəlikləri tədqiq etmək üçün nəzərdə tutmamışdıq. Hərçənd həmin prosesdən həm də ölkə müxalifətinin son illərdə özü haqqında yaratdığı siyasi imicin də taleyi asılıdır.
Təbii ki, hakimiyyət bütün vasitələrlə Rusiya ilə münasibətlərdə gərginliyin mövcudluğunu inkar edir. Bu, ümumiyyətlə, onların siyasi ritorikası üçün xarakterikdir - hansısa dövlətlə hətta sıravi vətəndaşın belə hiss etdiyi problem olanda rəsmilər bunu inkar edirlər. Təbii ki, bunu normal siyasi məntiq kimi qəbul etmək olar, siyasətçilər öz ritorikalarına hər vaxt bir sərhəd qoyurlar.
Amma son proseslərə baxaq. Qəbələ RLS məsələsi bitmək üzrədir, Bakı artıq öz neftinin Rusiya marşrutu ilə ixracını dayandırıb, o, Avropa ölkələri ilə qazın bu regiona ixracı məsələlərini müzakirə edir, Rusiyanın Avrasiya İttifaqı ideyasına tamam etinasızlıq göstərir.
Hətta bəzi dairələrdə belə bir fikir yaranıb ki, Azərbaycan düşünülmüş şəkildə Rusiyadan uzaqlaşma yolunu tutub. Rəsmilər isə başqa ifadəyə üstünlük verirlər. Onlar deyir ki, ölkə, sadəcə özünün müstəqil siyasətini yürüdür. Maraqlısı isə odur ki, Rusiya mətbuatı öz növbəsində Azərbaycanla Qərb arasında yaranmış problemlərdən yazır.
Bu da təbiidir. Hamı Qafqazın daha bir ölkəsini özünə tərəf çəkməyə cəhd edir. Amma bir sual adama rahatlıq vermir: Azərbaycanın digər dövlətlərlə yaranmış problemlərinin neçə faizi onun dövlət maraqlarından, neçə faizi isə mövcud hakimiyyətin maraqlarından yaranır?
Bax, burada ən azı bərabərlik işarəsi qoymaq olardı…
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir