Google-dan hərəkətli doodle

Google-un loqosu

-
Google hər əlamətdar gündə yeni bir doodle (loqo) hazırlamaqla yadda qalır. Tez-tez google-un ana səhifəsini açanda onun standart dizaynı əvəzinə hansısa mövzuya uyğun maraqlı bir şəkil görürsən: bu birdəfəlik diazyna da doodle deyilir.

Aprelin 22-də Google Dünya Günü münasibətiylə yeni doodle hazırlayıb.

Bu doodle-ni başqalarından fərqləndirən əsas xüsusiyyət onun hərəkətli görüntülər, animasiya kimi hazırlanmasıdır.

1969-cu ildə San Francisco-da keçirilmiş UNESCO Dünya Konfransında ictimai fəal John McConnell dünyanın vəziyyəti, gələcəyi haqda çıxış etmişdi. Bundan sonra hər il aprelin 22-də Dünya günü qeyd edilir.

Doodle-larda dünya ölkələri üçün önəmli günlərə, mədəni hadisələrə və tarixi şəxsiyyətlərə yer verilir.

İnternet istifadəçiləri, xüsusi hazırlanmış doodle-ları «click»-ləməklə, həmin tarixə aid xüsusi yazıları oxuya bilirlər.