-
Politoloqlar avtoritarizmi simbioz siyasi sistem hesab edirlər. Burada həm totalitarizmin, həm də zəif demokratiyanın elementləri olduğu üçün onun hüdudlarındakı siyasi prosesləri proqnozlaşdırmaq da çətin olur. Kim deyə bilərdi ki, Ermənistanda etirazlar belə vüsət alacaq? Düzdür, vaxtından qabaq irəli qaçmaq, tələsik nəticələr çıxarmaq istəmirik, çünki belə quruluşlarda özlərini demokrat kimi göstərmək, amma totalitar qaydalarla hərəkət etmək və lazım gələndə totalitar üsullardan yararlanmaq hissi güclü olur. Amma baş verənlər şüurumuzda kök salmış ənənəvi «Oyundur!» qəlibinə də uyğun gəlmir. Deməli, bu proseslər haqqında düşünmək və onlarla bağlı nəticələr çıxarmaq olar.
Ermənistanda seçkiyə demokratik görkəm vermək üçün çox şey edildi: bizdə olduğu kimi nəticəni (ilkin olsa da!) 90-100 faiz göstərmədilər, ən güclü rəqibləri seçkidən əvvəl neytrallaşdırdılar ki, onlar seçki prosesində ciddi problemlər yarada bilməsin. Amma hətta məhdud çərçivədə, irəlicədən çox diqqətlə cızılmış siyasi sxemdə belə qüsur tapıldı - namizədlərdən biri güclü etiraz dalğası yaratmağa cəhd etdi. Rəsmi Yerevan bu mərhələdə də demokratik görüntü yaratmaq istədi: etirazçıların liderini prezident özü qəbul etdi. Amma nəticə planlaşdırılan kimi olmadı, tərəflər ortaq fikrə gələ bilmədi. İndi siyasət meydanında rəsmən ən çox səs topladığı elan edilən namizədlə (ilkin məlumatlara görə!) ikinci kimi təqdim olunan namizəd üz-üzə dayanıb. Onların yeri hər an dəyişə bilər. Maraqlıdır ki, Rusiya mətbuatı bu perspektivi irəlicədən görə bilməmişdi, onlar öz forpostlarındakı seçkilər haqqında hər şeyin əvvəlcədən məlum olduğu qənaətinə gəlmişdilər. Bəli, Moskva indiki prezidenti birmənalı şəkildə müdafiə etdi. Elə Qərb dairələri də buna qarşı getmədilər. Rəsmi nəticələr elan olunmamışdan Qərbin bəzi dairələrinin seçki ilə bağlı hətta pozitiv münasibəti də səsləndirildi. Amma Qərbin münasibəti ilə Rusiyanın dəstəyi arasında ciddi fərq var: Qərb bütün hallarda özü üçün geriyə yol qoyur, manevr imkanlarını tamam tükəndirmir. Onun seçki ilə bağlı münasibətində bir xeyli qüsurlar və iradlar da səsləndirilmişdi. Sonda bu seçkinin də «irəliyə doğru bir addım» olduğu deyilsə də, ümumi tonda ciddi bir narazılıq hissi də duyulurdu.
ERMƏNİSTAN QƏRBƏ DOĞRU İSTİQAMƏTLƏNƏ BİLƏRMİ?
Hər şey ola bilər. Qərb ölkələri Ermənistanın Rusiya ilə siyasi izdivacına səbirlə yanaşırlar. Bunun səbəbi olmamış deyil. Məsələ bundadır ki, ABŞ-da və digər Qərb ölkələrində də Ermənistanın dəstəyi az deyil, çünki bu ölkələrdəki erməni diasporu ciddi siyasi amilə çevrilə bilib. Düşünürük ki, elə Rusiya da bu faktın fərqindədir. Bəzən soruşurlar ki, nə səbəbə Rusiya Ermənistandan belə möhkəm yapışıb? Təbii, bunun ən əsas səbəbi odur ki, bu ölkə Qafqazlarda həqiqətən də Rusiyanın geosiyasi missiyasının ifaçısına çevrilib. Amma bunu birtərəfli və təmənnasız münasibətlər kimi yozmaq olmaz. Rusiya da dərk edir ki, Ermənistan hər an siyasətini dəyişə və Qərbə tərəf meyllənə bilər. Onun üçün bu qapılar həmişə açıqdır, güclü erməni diasporu bu yolu da açıq saxlayıb və hər an Ermənistanın yeni geosiyasi izdivacına «şahidlik» etməyə hazırdır. Qərəz, nə Rusiya Ermənistanın, nə də Ermənistan Rusiyanın «qara gözlər»inə aşiq olmayıb, qarşılıqlı şəkildə yararlanma var və bu yararlanmanın bu gün üçün ən əsas nəticəsi Azərbaycan torpaqlarının işğalıdır.
S. SARKISIAN BİR SİYASİ DÖVRÜ TƏCƏSSÜM ETDİRİRMİ?
Ermənistanda kriminal Qarabağ siyasi klanından bir usanmaq var. Bunu duymaq o qədər də çətin deyil – mərkəz əyalətin hegemonluğunu və despotiyasını həmişə çətin həzm edir. R. Kocharian-dan (R.Koçaryan) başlayaraq Qarabağ siyasi elitası mövqelərini möhkəmləndirməyə başladı, hətta bunun üçün qan tökməkdən də çəkinmədilər.
Bu era - kriminal Qarabağ siyasi elitasının hökmranlığı bitməlidir. Bəlkə də bu gün bu prosesin işartılarını görürük. Amma nəticələrlə tələsmək də elə bir şey deyil, çünki mərkəz erməniləri Qarabağ siyasi klanına nifrət etsə də Qarabağa biganə deyil. Ona görə də dözürlər. Ermənilərin etnik psixologiyası bizim bəsit ideoloji ştamplara sığmır. Biz hələ də deyirik ki, sadə xalqın bu məsələlərə heç bir dəxli yoxdur, hamısını mafiya edir. Amma belə deyil, sadə xalq da Qarabağı Ermənistanın tərkibində görmək istəyir. Məsələnin qəlizlik gətirən tərəfi də elə budur. Amma reallıq hissi də var. Mərkəzi siyasi elitanı təmsil edən L. Ter-Petrosyan sonda bəzi reallıqları başa düşmək üçün özündə güc tapdı, baxmayaraq ki, Azərbaycanın əraziləri məhz onun dövründə işğal olunmuşdu. Ümid edirik ki, reallıq hissi onu tərk etməyib və ən əsası o hissi digər erməni siyasətçiləri də bölüşürlər. Hər halda, Serzh Sarkisian-ın hərbi ritorikasına bir gün nöqtə qoyulmalıdır. Bəlkə həmin gün yetişib? İndi aydın olan budur ki, Qarabağ siyasi klanının iki təmsilçisinin dövründə ölkələr arasında münasibətlər daha da kəskinləşdi, silahlanma və hərbi ritorika özünün pik nöqtəsinə çatdı və bunun heç bir tərəf üçün faydası olmadı. Artıq bu nöqtədən uzaqlaşmaq vaxtıdır. Amma bu, düşünülən qədər də asan deyil, çünki siyasətdə vədlərdən və şüarlardan geri çəkilmək həmişə çətin olur…
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir