Bakıda maşını harda gəldi, saxlamaq mümkün olmaycaq.
Qanunsuz Parklanmaya Nəzarət Sistemi yaradılır. Sistem bir ilə işə düşəcək.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin baş direktoru Elnur Abdullayev 2012-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib ki,
yollarda yaranan tıxacların əsas səbəblərindən biri məhz qeyri-qanuni parklanmadır:
«Ötən il ərzində Mərkəz tərəfindən şəhərin əsas küçə və prospektlərində 12 815 ədəd qanunsuz parklanma faktları qeydə alınıb. Hazırda tıxac probleminin əsas səbəbi olan qanunsuz parklanmanın qarşısını almaq üçün Qanunsuz Parklanmaya Nəzarət Sistemi hazırlanır.
Bu sistem hazırda test rejimində fəaliyyət göstərir və istifadəyə tam hazırdır. Mərkəz tərəfindən tədbirlər görülür ki, müvafiq qanunvericiliyin qəbulundan sonra sistem tam gücü ilə fəaliyyət göstərsin. Sözügedən sistemin təxminən 1 ildən sonra istismara veriləcəyi gözlənilir».
E.Abdullayev onu da bildirib ki, Bakı şəhərinin müxtəlif rayonlarında 160-170 yerüstü parkinqin (hər parkinq 300-1000 avtomobil üçün) tikintisi nəzərdə tutulub ki, artıq bir neçəsinin tikintisinə başlanılıb. Eyni zamanda, taksilər üçün 3-4 iri parkinq inşa olunacaq.