Növbəti Roma Papası qaradərili də ola bilər

Benedict XVI-nın potensial varisləri

-
XVI Benedict-in qəfil istefasının ardınca ən şanslı namizədlər Afrika və Cənubi Amerikanı təmsil edirlər.

İki afrikalı kardinal real namizəd hesab olunurlar və bu o deməkdir ki, papalıq vəzifəsi ilk dəfə olaraq Avropanın əlindən çıxa bilər

Mətbuat yazır ki, qanalı kardinal Peter Turkson və nigeriyalı kardinal Francis Arinze erkən orta əsrlər nəzərə alınmazsa, ilk qaradərili Roma Papası olmağa real namizəd sayılırlar.

Qeyri-rəsmi namizədlərin arasında bir kanadalının və latın amerikalılarının olduğunu nəzərə alsaq, papanın Avropadan olması ənənəsi pozula bilər.

Latın amerikalı Odilo Scherer hazırda San-Paulunun böyük dyakonluğunun arxiyepiskopudur.

Vatikanın Şərq kilsələri departamentinə rəhbərlik edən İtaliya-Argentina əsilli Leonardo Sandri-nin də seçilmək imkanları az deyil.

65 yaşlı braziliyalı Joao Braz de Avize-nin 2011-ci ildən bəri Vatikana yeni ab-hava gətirdiyi bildirilir. O, vətəni Braziliyada «azad ilahiyyat» cərəyanına aid olan icmaları dəstəkləyir, lakin deyir ki, onların müvəkkili deyil.

Azad ilahiyyat cərəyanı ilk növbədə yoxsulların maraqlarını təmsil edir.

Ali dini vəzifəyə hətta Kvebekin çox nüfuzlu kardinalı Marc Ouellet seçilsə də, Avropa və Aralıq hövzəsi nümayəndələrinin 2000 illik dini hökmranlığına son qoyulacaq.
Yepiskoplar Şurasının prefekti kimi, keçmiş Kvebek arxiyepiskopu bütün dünya boyunca katolik keşişlərin seçilməsi və təyinatı ilə məşğul olub.

O, poliqlotdur və uzun illər Cənubi Amerikada missioner fəaliyyəti ilə məşğul olub.
Məhz buna görə də, qısqanc Avropa kardinalları üçün Marc Ouellet-in namizədliyi Afrika və Avropa nümayəndələri arasında kompromis variant ola bilər.

ƏN RİSKLİ PROQNOZ

Benedict XVI


Ümumiyyətlə isə, Roma Papasının kim olacağı barədə proqnoz vermək çox riskli bir iş sayılır.

Hətta ən səriştəli müşahidəçilər üçün vaxtilə Şərqi Avropa nümayəndəsi II John Paul-un Papa seçilməsi alman Joseph Ratzinger-in seçkisi qədər gözlənilməz olub.
Belə xəbərlər də var ki, Vatikanın iki vəzifəli rəsmisi növbəti papanın Cənubi Amerikadan ola biləcəyi barədə ehtimalı «ağızlarından qaçırıblar».

«Mən Cənubi Amerikadan çox sayda yepiskoplar və kardinallar tanıyıram ki, dünya kilsəsinin məsuliyyətini çiyinlərinə götürməyə qadirdirlər», - arxiyepiskop Gerhard Mueller deyib.

Alman əsilli arxiyepiskop «Duesseldorf's Rheinische Post» qəzetinə müsahibəsində deyib ki, «Dünya Kilsəsinin təliminə görə, Xristianlıq heç də təkcə Avropada mərkəzləşməyib».

Vatikanın Xristianlığın birliyi departamentinin rəhbəri isveçrəli kardinal Kurt Koch isə Sürixdə çıxan «Tagesanzeiger» qəzetinə deyib ki, Kilsənin gələcəyi Avropada deyil.

«Çox yaxşı olardı ki, növbəti konklavda (kardinalların gizli səsverməsi) Afrika və Cənubi Amerika nümayəndələri də olsunlar», - deyib Gerhard Mueller.

QARADƏRİLİ PAPALAR OLUB

Bəzi üləmalar 189-199-cu illərdə papalıq etmiş I Victor-un ilk qaradərili kardinal olduğuna əmindirlər.

Onların fikrincə, digər iki qaradərili Papa - Miltilades (311-314) və I Gelasius (492-496) olublar.

Vatikan

Hərçənd, zaman papaların kilsələrdəki şəkillərini o qədər tutqunlaşdırıb ki, kimin qara, kimin ağ olduğunu söyləmək çətindir.

İlk potensial qaradərili papa kimi kardinal Turkson-un adı daha tez-tez çəkilir. O, hazırda Ədalət və Sülh Papa Şurasının rəhbəridir.

64 yaşlı Turkson papa vəzifəsi üçün həm də xeyli «gəncdir».

Buna baxmayaraq, Benedict-in qəfil istefası 80 yaşlı kardinal Arinze-ni «daha salamat namizəd» edir.

Lakin Kardinallar Kollegiyası Papa hakimiyyətini hər halda Avropada saxlamaq istəsələr, Milan kardinalı Angelo Scola-nın namizədliyi üzərində dayana bilərlər.

Daha iki potensial Avropa namizədi kardinallar - Gianfranco RavasiOscar Rodriguez Maradiaga-dır.

Dünya katoliklərinin yalnız 25 faizi Avropada yaşasa da, seçkidə iştirak edəcək kardinalların yarısı bu qitəni təmsil edir.

II John Paul 1523-cü ildən bəri ilk qeyri-italyan Papa idisə, onun xələfi XVI Benedict ilk alman Papa oldu.

İndi görək Vatikanın yeni sahibi həm də «ilk» titulunu daşıyacaqmı.