-
Əylisli “Daş yuxular” gördü.
“Ar olsun Əylisliyə!”
“Bizi erməniyə satdı”.
“Ayıb olsun “Əkrəmə”!”
Elşad bomba partlatmaz oldu.
Gülər daha gülməz oldu.
Əsgərlər ölməz oldu.
İsmayıllı təzədən ancaq mənim soyadıma çevrildi...
“Məhv olsun belə xalq yazıçısı!”
Ölkədə bu qədər problem varkən, tükünü belə tərpətməyən “aksiyaçılar” Əylislinin romanını tabuta qoydu.
“Yerə girsin o roman!”
Hətta millət vəkili olan yazıçı bir saytda bu olayı tüpürcəklədi.
Düz ortasına!!!
Nə vermişdilər kəsdilər.
Düz dibindən!
Ağlagəlməz sözlər yağdırdılar.
Düz üzünə!!!
Hamı onu nişan aldı.
Düz ürəyindən!
Xxx
Bu nə ölkədir, Tanrım?!
Bu nə şəhərdir?
Bu necə camaatdır?
Bu necə xalqdır?
Bu necə millətdir?
Bu necə cəmiyyətdir?
Dünənəcən 37-ni qınayanlar indi 37-ni körükləyir...
Yaşasın 37?
Yaşasın 37??
Yaşasın 37???
Daha o dövrlərdən kövrələ-kövrələ, qıvrıla-qıvrıla, göynəyə-göynəyə yazmağa dəyərmi?

Bunlar müəllifin şəxsi mülahizələridir.
"Daş Yuxular" romanına görə yazar Əkrəm Əylisliyə qarşı hücumlar barədə sən də fikirlərini aşağıdakı foruma yaza bilərsən.
"Daş Yuxular" romanına görə yazar Əkrəm Əylisliyə qarşı hücumlar barədə sən də fikirlərini aşağıdakı foruma yaza bilərsən.