-
Gürcüstana maraq təkcə bu ölkənin Cənubi Qafqazda mühüm geosiyasi həlqə olması ilə bağlı deyil, digər iki Qafqaz ölkəsi də geosiyasi sövdələşmələrdə geri qalmır. Bu həftə Gürcüstan üçün bir qədər əlamətdar oldu, yeni baş nazir özünün səlahiyyətlərinin icrasına başlamasının 100-cü gününü qeyd etdi. Biz adətən prezidentlərin 100 günlüyünə adət etmişik, amma nə etmək olar, görünür, buna da alışmaq lazım gələcək. Hər şey oldu, o cümlədən də böyük mətbuat konfransı. İndi həmin konfransda səslənən bütün fikirlərin təfərrüatına varmayacağıq. Gürcüstan bizim üçün hansı mənada maraq kəsb edir? Qafqazın bu ölkəsində seçki saxtalaşdırılmadı, hakimiyyət seçki yolu ilə dəyişdi və indi bu zəmində qurulan siyasi təmaslar, baş nazirlə prezidentin münasibətləri bizim üçün çox böyük maraq kəsb edir. Bir dəfə yazmışdıq ki, hakimiyyəti elə almaq lazımdır ki, onu verən buna peşman olmasın. B. Ivanishvili (B. İvanişvili) bu qaydaya o qədər də rəvan əməl etmir, prezidentlə baş nazirin münasibətləri ilk gündən kritik həddə olub. Bu həftə keçirdiyi mətbuat konfransında baş nazir bildirib ki, o, prezidentə qarşı təzyiqləri stimullaşdırmayacaq, onu, necə deyərlər, rahat buraxacaq. Amma buna nə qədər inanmaq olar? Elə məsələ də bundadır. Baş nazir konfransda çıxışında onu da bildirib ki, prezidentin parlamentdəki çıxışını dinləməyə gəlməyəcək, çünki V. Saakashvili-nin (M. Saakaşvili) nə deyəcəyi ona çox yaxşı məlumdur. Bir sözlə, qonşu ölkədə siyasi münasibətlər bu həddədir. Bura həbsləri, hüquqi təqibləri də əlavə etsək, vəziyyətin heç də ürəkaçan olmaması qənaətinə gələrik. Siyasi dialoq əvəzinə daha çox siyasi revanşizm müşahidə olunan ölkədə hamı səbirsizliklə prezidentin səlahiyyət müddətinin bitməsini, yeni konstitusiyanın qəbulunu gözləyir.
Müxtəlif siyasi cinahlara aid olan siyasətçilərin kontaktı bir qədər çətin alındı. Bu düyünün açılması həm də ona görə əhəmiyyətlidir ki, hazırda bütün uğursuzluqları baş nazir prezidentlə, prezident isə əksinə, baş nazirlə bağlayır. Baş nazir B. Ivanishvili-nin 100 gündən sonra danışmağa predmeti oldu – Rusiya bu ölkəyə qarşı ticarət embarqosunu götürdü. İndi baş nazir bu ilin ölkədə aqrar sıçrayış ili olacağını iddia edir. Təbii ki, Rusiya bazarı Gürcüstan üçün mühüm əhəmiyyət kəsb edir. Burada qeyd edək ki, belə vəziyyət Gürcüstanda yaşayan azərbaycanlıların da maraqlarına cavab verir. Baş nazir tədricən onların da problemlərinin həll ediləcəyini vəd edir. Amma vəd eşitmək yerli azərbaycanlılar üçün yeni bir şey deyil, gəlib-gedən bütün hakimiyyətlərdən onlara bir qayda olaraq vədlər qalır. Nə demokrat adlandırdığımız M. Saakashvili (M. Saakaşvili), nə partokrat E. Shevardnadze (E. Şevardnadze) onların problemini həll etmədi. Doğrusu, yeni baş nazirlə bağlı da elə ümidli deyilik.
BALANSLAŞDIRILMIŞ SİYASƏT – BU DƏFƏ GÜRCÜSTANDA…
Baş nazir onun xarici siyasət kursu ilə bağlı deyilənləri bu vaxta qədər tam rədd edib. 100 günün hesabatında da belə oldu, B. Ivanishvili bir daha hamını əmin etdi ki, Gürcüstanın əsas tərəfdaşı ABŞ olacaq. Amma o, Rusiya ilə bağlı bu günə qədər verdiyi vədləri də unutmur. Artıq şimal ölkəsi ilə bu xüsusda danışıqlar aparılır. Baş nazir ölkə ərazisindəki tanınmamış respublikalarla da təmaslar yaratmağa cəhd edir, Cənubi Osetiyanın bəzi rayonları mərkəzi Gürcüstandan qaz almağa başlayıb, bundan başqa baş nazir Abxaziyadan keçən şimal yolunun da açılacağını bildirir. Onun siyasətində prinsipcə rasional elementlər axtarmaq olar, çünki ABŞ nə qədər böyük ölkədirsə, Gürcüstan bir o qədər balaca və həm də ABŞ-dan çox uzaqda olan ölkədir. Həm də prezidentin bu vaxta qədər NATO ilə bağlı apardığı israrlı siyasət bir nəticə vermədi, Alyans Gürcüstanı öz sıralarına qəbul etmədi. Düzdür, bu məsələdə Rusiyanın da təzyiqləri az rol oynamadı. Amma nə etmək olar? Bu, siyasətdir. Burada bəzən iki üstə gəl iki beş də ola bilir… Çox maraqlıdır ki, bu yaxınlarda M. Saakashvili baş nazirin xarici siyasəti «erməniləşdirmə»sindən narazılıq etmişdi. Amma B. Ivanisvili bütün qonşu dövlətlərlə yaxşı münasibətlər qurmağa çalışdığını bildirir və hətta bu yaxınlarda Türkiyəyə səfər edəcəyini deyir.
KİÇİK SÖZARDI
100 gün Gürcüstanda belə ötdü. İndi onun davamını gözləmək qalır. Doğrusu, yeni baş nazir artıq bir siyasətçi kimi heç də hamıda etimad hissi oyatmır. Belə bir deyim var ki, yaxşı biznesmen hələ yaxşı siyasətçi olmaq demək deyil. Amma başqa alternativ də yoxdur. Gürcüstan bu ssenarini də keçməlidir, ən azı ona görə ki, həyat bitməyib, o davam edir…
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir