Belə Azərbaycan olarmı?

Bakıda «Əsgər ölümünə son» aksiyası

(“Əsgər ölümünə son” aksiyasında şəhid anasının yanında dayanıb bu sözləri təkrarlayan gənc qıza)

.




Olmaz!
Belə Azərbaycan olmaz!
Bunu sən də bilirsən, mən də biilirəm, o da bilir.
Bunu bəlkə də, hamımız bilirik.
Olmaz!!!
Belə Azərbaycan olmaz!!!
Oğlunun əsgərlik yaşı çatanda “onu bir də görə biləcəyəmmi”—deyə gecələr yata bilməyən ananın dərdinə çarə bulmayan dövlət nədən sevilsin?
Bir oğlu məzarda, o biri oğlu hospitalda yatan, dərd əlindən ... Fəvvarələr meydanına çıxan əsgər anasının səsini susduran bığıburma polis niyə xoşlansın?
Kişiləri bir yana, qadınları (millət vəkili!) dələduzluqda, korrupsiyada suçlanan bir ölkə niyə öyülsün?
Göz görə-görə dələduzu, oğrunu, rüşvətxoru, saxta seçkini …müdafiə edən hüquq sistemi nədən alqışlansın?
--Bəs jurnalisti qapısının kandarında ağzından güllələnən,
--Yazıçısı evinin astanasında qanına qaltan edilən,
--Gənci əyləndiyi kafedən qısa şalvarda polisə aparılan,
--Qadını qolundan sındırılan,
--Kişisi aylarla-illərlə saxta narkotik ittihamıyla həbsxanalarda çürüyən…
--Qəzetləri qan-qada püskürən…
--Amma televiziyası çal-çağır çalan…
...bir ölkəni Vətən saymaq olarmı?
Görəsən olarmı?
Bəlkə o gənc qız bu sualı təkrarlamaqda haqlıdır?
Sizcə, belə Azərbaycan olarmı?
Olarmı?!

Bunlar müəllifin şəxsi mülahizələridir.
Sən də fikirlərini aşağıdakı foruma yaza bilərsən.