-
Bu ildən deyəsən gileylənmək lazım gəlməyəcək. Heç bir ay ötməyib, amma adam artıq siyasi xəbərlərin pressinqini hiss edir. Belə təsəvvür yaranır ki, il siyasi baxımdan gərgin keçməyi vəd edir. Hətta siyasi qüvvələrin ənənəvi spektrində yeni vektorların peyda olması da istisna olunmur. Təsadüfi deyil ki, ölkənin əsas aparıcı media orqanları və burada çalışan analitiklər məhz baş verən proseslərin ölkə siyasətində hansı dəyişikliklərə gətirib çıxaracağını başa düşməyə cəhd edirlər. Bir-iki gündür ki, siyasi gündəmi üçüncü siyasi qüvvə haqqında təhlillər zəbt edib. Ziyalılar Forumuna istinadən səslənən fikirlərdə prezident seçkisinə yeni qüvvənin qatılacağı haqda xəbərlər yayılır. Bir tərəfdən bu, adi haldır. Hər seçki dövründə bir qayda olaraq üçüncü qüvvə haqqında danışılır, artıq buna bir qədər adət də etmişik. Amma əvvəllər onu «çıraqla axtarmaq» lazım gəlirdisə bu dəfə hətta siyasi ünvanı da göstərmək mümkündür. İstisna deyil ki, həmin üçüncü qüvvə ya elə adını çəkdiyimiz Forumdan başlanğıc götürəcək, ya da onun müdafiə etdiyi qüvvə olacaq, çünki bu quruma yaxın fəallar belə işin getdiyini inkar etmirlər. Amma maraqlıdır ki, digərləri bu işdən tamam xəbərsiz olduqlarını bildirirlər. Təsadüfi deyil ki, məhz bu arada mətbuata hakimiyyətlə müxalifəti görüşdürmək məqsədilə keçirilən müzakirələr haqda məlumatlar, 2003-cü ildə mühafizəkar siyasi qüvvələrin təqsiri ucbatından baş tutmayan böyük dəyişikliklər və hətta siyasi islahatlar haqda informasiyalar sızdırılır. Son vaxtlar geniş rezonans almış məşhur video qalmaqalının da elə həmin mühafizəkarları siyasi səhnədən sıxışdırıb çıxarmaq məqsədi güddüyü haqda fərziyyələr səsləndirilir. Qərəz, ölkənin peşəkar siyasi dairələrində düşünmək və bəyanat vermək üçün mövzu kasadlığı duyulmur. Amma bir məsələ var ki, qaynar informasiyalar oxucu kütləsi toplamaq üçün nə qədər əlverişlidirsə, təhlil üçün bir o qədər yararsızdır, çünki təhlil soyuq mühakimələrə daha çox üstünlük verməyə alışıb.
AZƏRBAYCAN WİKİLEAKS-İ
Sözsüz, son bir-iki ayın siyasi mövzusu video qalmaqalı hesab edilə bilər. İnsanlar heç cür inana bilmirlər ki, belə bir qalmaqal ölkə siyasətində tam təsirsiz ötüşsün. Onlar müəyyən mənada haqlıdır. Amma ölkənin siyasi ab-havası haqda məlumatlı olanlar bunu sakit qarşılayırlar, çünki bu vaxta qədər o qədər oxşar qalmaqallar və açıqlamalar olub ki, onlara görə istefa verən olsaydı indi hakimiyyətdə adam qalmazdı. Bir məsələ var ki, insanlar bu məsələnin nəticəsində istefalar gözləyirsə, deməli onlar bunu istəyirlər. Ən çox istefası gözlənilən adamlar artıq özlərinin tamam ahıl çağlarındadır və bu baxımdan onların istefası bir o qədər də qeyri-real görünmür. Amma Azərbaycanda bir siyasi ənənə formalaşıb – atalar siyasi estafeti oğullara ötürürlər. Məhz buna görə də siyasi sistemin total şəkildə dəyişməyəcəyi təqdirdə belə istefaların hansı müsbət nəticələrə gətirib çıxaracağı bir qədər mübahisəlidir. O ki qaldı, gərgin siyasi fonda hakim partiyanın hələ də susmasına, özünün «namizədinin adını çəkməməsinə», düşünürük ki, bu, bir zaman məsələsidir, artıq bir neçə dəfə namizədin İ. Əliyev olacağı bildirilib. Sadəcə, onun rəsmiləşdirilməsi qalıb. Hakimiyyət tələsmir və onun tələsəsi yeni bir ünvanı da yoxdur. Güman edirik ki, müxalifət seçkiyə münasibətdə o qədər tələsir ki, hətta bu seçkinin əvvəlkilərdən fərqini də unudur. Bəlkə də seçkidə özünün iştirakını şərtləndirmək müxalifətin maraqlarına daha çox cavab verərdi. İndisə sanki müxalifət demək istəyir ki, biz hazırıq, buyurun, seçkini keçirin. Zənnimizcə, elə hakimiyyətin ehtiyat etdiyi əsas siyasi ünvan da ənənəvi müxalifət deyil, çünki onların siyasi davranışını proqnozlaşdırmaq elə də çətinlik törətmir. Hakimiyyət də tamam başqa bir siyasi vektorun meydana çıxa bilməsindən ehtiyat edir.
BURA AVROPA DEYİLSƏ…
Bəli, bura Avropa deyil. Avropa mentaliteti, düşüncəsi siyasi qalmaqallara daha həssas olur. Fikriniz Gürcüstana getməsin. Gürcüstan bir daha sübut etdi ki, onun insanlarına Avropa siyasi davranış tərzi daha yaxındır. Hətta fərz etmək çətindir ki, hansı siyasi qalmaqal olmalıdır ki, o, Azərbaycan cəmiyyətinə ciddi təsir etmiş olsun. Əslində Quba hadisələri mentalitetin güzgüsü oldu. Başqa məsələlərə gələndə isə, nə deputat mandatlarının bazara çıxarılması, nə böyük və kiçik məmurların sərvəti, nə hətta ən səbirli adamı belə hövsələdən çıxaracaq işgəncə faktları orta statistik azərbaycanlını heyrətləndirmək iqtidarında deyil. Bəlkə də bütün bunların bir qədər passiv ifadəsi - seçkidə izharı daha ehtimallı ola bilərdi. Amma kim deyə bilər ki, bu il keçiriləcək seçki əvvəlkilərdən tamam fərqlənəcək?
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir