-
2012-ci ilədək Azərbaycan iqtisadiyyatı neft üzərində qurulmuşdusa (hələ bir müddət bundan sonra da belə olacaq), artıq belə görünür ki, Azərbaycan hökuməti post-neft iqtisadiyyatının yükünü də Dövlət Neft Şirkətinin (SOCAR) belinə yükləmək qərarına gəlib... Əslində post-neft dövrü o demək deyil ki, neft bitdi və ya Azərbaycan neft ixrac edən ölkədən neft idxal edən ölkəyə çevrildi. Bunun geniş mənada anlamı odur ki, neftdən kənar iqtisadiyyat əslində ona görə mövcuddur ki, neft gəliri var. Və... hökumət də bunu gözəl dərk etdiyindən 2013-cü ildən başlayaraq Neft Fondunun vəsaitlərinin geniş miqyasda neft layihələrinin maliyyələşdirilməsinə yönəltməyə qərar verib.
SOCAR - BÜTÜN LAYİHƏLƏRİN OPERATORU
Neft Fondunun 2013-cü il üçün təsdiq edilmiş büdcəsinə nəzər yetirsək, maraqlı bir mənzərəni müşahidə edərik. Artıq neft vəsaitlərinin neft və qaz layihələrinə yönəldilməsi ön plana keçir. Bu proses 2020-ci il daxil olmaqla davam edəcək (bəzi layihələrdə daha çox). Nəzərə alsaq ki, bir müddət sonra Neft Fondundan dövlət büdcəsinə transfertlər azalmalıdır, onda bu sahənin hökumət üçün nə dərəcədə əhəmiyyət kəsb edəcəyini anlamaq heç də çətin deyil. Əsas məsələ də odur ki, adıçəkilən 4 istiqamətin hamısının başında SOCAR durur. Nədir elə bunlar?
BÖYÜK NEFTDƏN SONRAKI MƏRHƏLƏ
Neft-Qaz və Neft-Kimya Kompleksinin tikintisi layihəsinə əslində Azərbaycan hökuməti adi bir emal sənayesinin kimi deyil, post-neft dövrünün əsas istehsal obyekti kimi yanaşır. Çünki reallıqda bu kompleksin tam gücü ilə işləməsi 2020-ci ildən sonrakı dövrə təsadüf edəcək. Azərbaycan neft məhsullarının ixracı üzrə region bazarlarında real üstünlüklərə malikdir və bundan yararlanacaq. Bundan əlavə, kimya məhsulları və yarımfabrikatların geniş çeşiddə ixracı üçün imkanlar da ortaya çıxacaq, o cümlədən, yerli bazarda orta səviyyədə istehsala nail olmaq şərti ilə.
SOCAR-ın İzmirdəki Neft Emalı Zavoduna edilən yatırımlar 2020-ci ilədək özünü ödəməli və sonrakı dövrdə Azərbaycana mənfəət gətirməlidir. Bu zavodun işə düşməsi dolayısı ilə SOCAR-ın nəzarət etdiyi «Petkim» neft-kimya kompleksinin məhsuldarlığına ciddi təsir etməli və ordan əldə edilən gəlirlik səviyyəsini də artırmalıdır.
Ancaq SOCAR-ın Türkiyədə əldə etdiyi mənfəət, çox güman ki, uzun illər onun iri layihələri həyata keçirmək üçün banklardan əldə etdiyi kredit resurslarının qaytarılmasına sərf olunacaq. Bir şeyə də diqqəti yetirmək gərəkdir ki, SOCAR-ın özünün hasil etdiyi xam neft ildən ilə getdikcə azalır. Bundan sonra artıma ümid də yoxdur, çünki ölkədə neft hasilatı 2 ildir ki, enməyə başlayıb.
TANAP qaz kəmərinə Azərbaycan üçün hansısa bir gəlir gətirən layihə kimi baxmaq sadəlövhlük olardı, çünki o, hələ uzun müddət ancaq «pul aparan layihə» kimi gündəmdə olacaq. Ancaq Azərbaycan üçün bu mərhələdə onun önəmi öz qazını dünya bazarına çıxaran ən optimal marşrutun əsas hissəsi rolunu oynamasıdır.
Ona görə də, bu layihələrdən gələn gəlirlərin Azərbaycana elə bir iqtisadi təsiri olacağını söyləmək çətindir. Əsas məsələ onların vasitəsilə digər sahələrin hərəkətdə saxlanmasına nail olmaqdır.
NƏTİCƏ
Yaxın 8 ildə Neft Fondundan yuxarıda adıçəkilən 4 istiqamət üzrə layihələr tam maliyyələşələrsə, SOCAR-a $30 mlrd-dan çox vəsait ayrılmalıdır. Bundan əlavə, Azərbaycanda həyata keçiriləcək «Şah-dəniz» yatağının «Mərhələ-2» layihəsinin kapital qoyuluşlarının qiyməti də bu həddə çatıb. Xarici şirkətlərin digər layihələri ilə birgə neft sektoruna qoyulacaq kapital $50 mlrd-a yaxın güman edilir. Onda milli iqtisadiyyatın hansısa sahəsi neft-qaz sektoru ilə rəqabət aparmağa hətta 10 ildən sonra belə şanslıdırmı?
Əslində, bu sual hökuməti heç maraqlandırmır da. Ona görə ki, orta gələcəkdə neft gəliri yetərli olmadığı zaman, həmin gəlirin müəyyən hissəsini yaradan SOCAR olmalıdır ki, yerdə qalan iqtisadiyyat onun fəaliyyətindən qidalansın...

1. Qaradağ rayonunda Neft-Qaz və Neft-Kimya Kompleksinin tikintisi layihəsi. Onun tikintisi 2013-cü ildə başlamalı və 2020-ci ilin dekabrında neft emalı zavodunun tikintisi ilə sona çatmalıdır. SOCAR hələ ki, tam sahibidir bu meqa-obyektin. Bu il üçün Fonddan işlərin həyata keçirilməsi üçün 212 mln manat vəsaitin ayrılması nəzərdə tutulub. SOCAR-ın rəsmi açıqlamasına görə, kompleksin tikinti xərcləri $14 mlrd, bank faizləri ilə onun dəyəri $17 mlrd-a yaxın olacaq.
2. SOCAR-a məxsus Türkiyə Respublikasında «Star» neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə cari ildə 596.6 mln manat xərclənməsi planlaşdırılır. Ümumilikdə isə, tikintisi 2016-cı ildə başa çatması planlaşdırılan zavodun $6 mlrd-a ərsəyə gələcəyi gözlənilir.
3. Türkiyə ərazisində tikiləcək magistral qaz kəməri (TANAP) layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə 2012-ci ildə Neft Fondundan 86.35 mln manat vəsait ayrılıb.
Boru xəttinin I hissəsi 2018-ci ilin II rübündə işə düşməlidir. Onun dəqiq dəyəri bəlli deyil, çünki texniki-iqtisadi əsaslandırma hələ tam başa çatmayıb, nə avadanlıqların alınması, nə də tikinti sahələri üzrə tenderlər keçirilməyib. Ancaq TANAP daim inkişaf edən layihə olacaq, yəni o, 3 mərhələdə 2025-2026-cı ilədək genişləndiriləcək ki, buna da böyük kapital tələb olunacaq. Təkcə ilk mərhələnin tikintisinin qiyməti 8-10 mlrd. avro dəyərləndirilir ki, bunun da 51%-i SOCAR-ın payına düşəcək.
4. Xəzər dənizində yeni müasir üzən qazma qurğusunun tikinti layihəsi. Bunun icra edilməsi üçün 2013-cü ildə 388.5 mln manat neft vəsaitinin xərclənməsi nəzərdə tutulub. Qeyd edək ki, layihənin sifarişçisi qismində «Caspian Drilling Company» (SOCAR-ın törəmə şirkəti) çıxış edir. Bakıda 4 üzən qazma qurğusunun tikintisi nəzərdə tutulur. Nəzərə alsaq ki, 1 qazma qurğusunu təqribən 2 ilə tikirlər, onda ümumən layihənin icrasına 8 il sərf olunacaq. SOCAR bəyan edir ki, hər bir qurğu $1 mlrd. ola bilər. Ancaq son məlumatlara görə, tenderdə belə bir şərt qoyulub ki, eyni layihə əsasında tikilsin bu qurğular, sadəcə sonuncu yeni nəslə modernizə edilmək prinsipi ilə yığılmalıdır. Bu isə ona əsas verir ki, layihə $3 mlrd-a da başa gələ bilər.
2. SOCAR-a məxsus Türkiyə Respublikasında «Star» neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə cari ildə 596.6 mln manat xərclənməsi planlaşdırılır. Ümumilikdə isə, tikintisi 2016-cı ildə başa çatması planlaşdırılan zavodun $6 mlrd-a ərsəyə gələcəyi gözlənilir.
3. Türkiyə ərazisində tikiləcək magistral qaz kəməri (TANAP) layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə 2012-ci ildə Neft Fondundan 86.35 mln manat vəsait ayrılıb.
4. Xəzər dənizində yeni müasir üzən qazma qurğusunun tikinti layihəsi. Bunun icra edilməsi üçün 2013-cü ildə 388.5 mln manat neft vəsaitinin xərclənməsi nəzərdə tutulub. Qeyd edək ki, layihənin sifarişçisi qismində «Caspian Drilling Company» (SOCAR-ın törəmə şirkəti) çıxış edir. Bakıda 4 üzən qazma qurğusunun tikintisi nəzərdə tutulur. Nəzərə alsaq ki, 1 qazma qurğusunu təqribən 2 ilə tikirlər, onda ümumən layihənin icrasına 8 il sərf olunacaq. SOCAR bəyan edir ki, hər bir qurğu $1 mlrd. ola bilər. Ancaq son məlumatlara görə, tenderdə belə bir şərt qoyulub ki, eyni layihə əsasında tikilsin bu qurğular, sadəcə sonuncu yeni nəslə modernizə edilmək prinsipi ilə yığılmalıdır. Bu isə ona əsas verir ki, layihə $3 mlrd-a da başa gələ bilər.
BÖYÜK NEFTDƏN SONRAKI MƏRHƏLƏ
Neft-Qaz və Neft-Kimya Kompleksinin tikintisi layihəsinə əslində Azərbaycan hökuməti adi bir emal sənayesinin kimi deyil, post-neft dövrünün əsas istehsal obyekti kimi yanaşır. Çünki reallıqda bu kompleksin tam gücü ilə işləməsi 2020-ci ildən sonrakı dövrə təsadüf edəcək. Azərbaycan neft məhsullarının ixracı üzrə region bazarlarında real üstünlüklərə malikdir və bundan yararlanacaq. Bundan əlavə, kimya məhsulları və yarımfabrikatların geniş çeşiddə ixracı üçün imkanlar da ortaya çıxacaq, o cümlədən, yerli bazarda orta səviyyədə istehsala nail olmaq şərti ilə.
SOCAR-ın İzmirdəki Neft Emalı Zavoduna edilən yatırımlar 2020-ci ilədək özünü ödəməli və sonrakı dövrdə Azərbaycana mənfəət gətirməlidir. Bu zavodun işə düşməsi dolayısı ilə SOCAR-ın nəzarət etdiyi «Petkim» neft-kimya kompleksinin məhsuldarlığına ciddi təsir etməli və ordan əldə edilən gəlirlik səviyyəsini də artırmalıdır.
Ancaq SOCAR-ın Türkiyədə əldə etdiyi mənfəət, çox güman ki, uzun illər onun iri layihələri həyata keçirmək üçün banklardan əldə etdiyi kredit resurslarının qaytarılmasına sərf olunacaq. Bir şeyə də diqqəti yetirmək gərəkdir ki, SOCAR-ın özünün hasil etdiyi xam neft ildən ilə getdikcə azalır. Bundan sonra artıma ümid də yoxdur, çünki ölkədə neft hasilatı 2 ildir ki, enməyə başlayıb.
TANAP qaz kəmərinə Azərbaycan üçün hansısa bir gəlir gətirən layihə kimi baxmaq sadəlövhlük olardı, çünki o, hələ uzun müddət ancaq «pul aparan layihə» kimi gündəmdə olacaq. Ancaq Azərbaycan üçün bu mərhələdə onun önəmi öz qazını dünya bazarına çıxaran ən optimal marşrutun əsas hissəsi rolunu oynamasıdır.
Ona görə də, bu layihələrdən gələn gəlirlərin Azərbaycana elə bir iqtisadi təsiri olacağını söyləmək çətindir. Əsas məsələ onların vasitəsilə digər sahələrin hərəkətdə saxlanmasına nail olmaqdır.
NƏTİCƏ
Yaxın 8 ildə Neft Fondundan yuxarıda adıçəkilən 4 istiqamət üzrə layihələr tam maliyyələşələrsə, SOCAR-a $30 mlrd-dan çox vəsait ayrılmalıdır. Bundan əlavə, Azərbaycanda həyata keçiriləcək «Şah-dəniz» yatağının «Mərhələ-2» layihəsinin kapital qoyuluşlarının qiyməti də bu həddə çatıb. Xarici şirkətlərin digər layihələri ilə birgə neft sektoruna qoyulacaq kapital $50 mlrd-a yaxın güman edilir. Onda milli iqtisadiyyatın hansısa sahəsi neft-qaz sektoru ilə rəqabət aparmağa hətta 10 ildən sonra belə şanslıdırmı?
Əslində, bu sual hökuməti heç maraqlandırmır da. Ona görə ki, orta gələcəkdə neft gəliri yetərli olmadığı zaman, həmin gəlirin müəyyən hissəsini yaradan SOCAR olmalıdır ki, yerdə qalan iqtisadiyyat onun fəaliyyətindən qidalansın...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.