-
Mövhumat 21 dekabrı ən qeyri-adi günlərdən birinə çevirdi. Təqvimin heç bir gününə belə diqqət ayrılmamışdı. Dərindən fikirləşəndə görürsən ki, insan həqiqətən də qəribə məxluqdur. Səninlə danışanda deyir ki, boş şeydir, heç nə olmayacaq, amma axırda da qayıdır ki, əşi, beş-on şam alıb ataq, birdən nəsə oldu… Hətta «son günləri» kef-damaq içində keçirmək istəyənlər də az deyil. Onların «məntiqi» birincilərə nisbətən daha «inandırıcı» görünür. Deyirlər ki, əşi, o boyda Günəş sönəndə bapbalaca şam nə edəcək?... Qərəz, həqiqətən də anlaşılmaz durumdur. Adam elə istəyir ki, bu bir gün də gəlib keçsin, insanlar toxtasın, sakitləşsin və hamı şamı da, yeməyi də «qiyamət günü» üçün yox, qarşıdan gələn yeni il bayramı üçün alsın. Bu yazını yazmağa açığı bir jurnalist marağı və bir də diplomlu astrofizik olmağım təhrik etdi. Ola bilsin, yazılanlar ilk baxışda bir az qəribə görünəcək, çünki biz uzaq, lap uzaq gələcəkdə (ən azı milyard ildən sonra!) baş verəcək sonu inkar etmirik. O ki qaldı yaxın vaxtlara, bu vaxta qədər dünya və onun sonu haqqında çox «proqnoz»lar olub, hamısı də sovuşub keçib. Amma bir məsələ var ki, hər şeyin başlanğıcı olduğu kimi sonu da olur. Astrofizika tamamilə ciddi şəkildə Yerdəki həyatın, Günəş sisteminin və hətta Kainat adlı nəhəngin özünün sonundan danışır. Amma… Elə məsələ də bu «amma»dadır...
GÜNƏŞ NƏ VAXT SÖNƏCƏK?
Bu tamamilə elmi məsələdir. Amma onun baş verməsi üçün bundan sonra hələ 5 milyard dəfə dekabrın 21-i olub keçməlidir. Alimlər Günəşin sönməsinin nəticəsində Yerdəki həyatın ən tezi bir milyard ildən sonra məhv olacağını deyirlər. Məsələ bundadır ki, Günəş öz daxilindəki hidrogen atomlarını tam yandırıb qurtarandan sonra qırmızı nəhəngə, daha sonra isə ətrafındakı örtüyünü tullayaraq ağ cırtdana çevriləcək. Deyim ki, qırmızı nəhənglər və ağ cırtdanlar ulduz evolyusiyasının tamamilə sübut olunmuş mərhələsidir.
Hətta ağ cırtdanları irəlicədən xəbər verdiyinə görə, hind mənşəli ABŞ astrofiziki S. Chandrasekhar (S. Çandrasekxar) 1983-cü ildə Nobel mükafatı da almışdı. Amma bir daha qeyd etməyi vacib sayırıq ki, belə oxşar hadisələr sabah, dekabrın 21-də deyil, milyard illərdən sonra baş verəcək. Bilmək olmaz, o vaxt bəlkə də Yerdə heç kim qalmayacaq, ya da yalnız kasıblar və bir də imkansızlar qalacaq, əksəriyyət isə kosmik miqrantlara çevrilərək, başqa ulduz sistemlərinə köçəcəklər. Təbii ki, sonuncunu dilxoşluğu, könül açmaq üçün yazdıq. Amma o da var ki, bir çox fantastik əsərlərin məzmunu məhz belə süjetlər üzərində qurulub…
YERDƏKİ HƏYAT DAŞA HANSI YOLLA MƏHV OLA BİLƏR?
Əgər texnogen (insanın özünün fəaliyyəti ilə bağlı olan) səbəbləri nəzərə almasaq, əsasən daha iki imkan nəzərdən keçirilir. Bunlardan biri Yerin maqnit sahəsinin qütblərinin inversiyasıdır. Bu vaxt bir müddətə maqnit sahəsi yox olur. Nəticədə Günəşdən və uzaq Kosmosdan gələn zərrəciklər Yeri əməlli-başlı bombardman edirlər. Amma bu prosesin Yerin həyat qatına – biosferə təsiri hələ öyrənilməyib, məlum deyil ki, bu zərrəciklər nə törədə bilərlər?
Həm də qütblərin inversiyası stoxastik, yəni təsadüfi prosesdir, onu dəqiq proqnozlaşdırmaq, xüsusən də bunun baş verəcəyi günü dəqiq demək qeyri-mümkündür.
Başqa bir hal Yerin hansısa kiçik planet, kometa və yaxud meteor ilə toqquşmasıdır. Belə «proqnozlar» da çox olub. Məsələn, bir neçə il bundan əvvəl belə deyirdilər ki, Yer Qalley kometası ilə toqquşacaq. Amma toqquşmadı. Çox güman ki, Günəş sistemi formalaşma mərhələsində olanda bu cür toqquşmalar çox olub, amma sonradan onların intensivliyi azalıb. Həm də Yer atmosferindən keçən zaman ən böyük meteorlar belə sürtünmə nəticəsində qızaraq qəlpələrə bölünür. Düzdür, bəzən bu prosesdən meteorlara böyük qəlpələrlə qurtulmaq da qismət olur. Uzağa niyə gedək, bəzi alimlər Tunqus hadisəsini məhz böyük bir meteorun Yerə düşməsi kimi yozurlar. Amma dekabrın 21-də heç bir alim və ya rəsədxana Yerə doğru hansısa göy cisminin hərəkət etməsi haqda xəbər yaymayıb, belə bir söz deməyib. Əgər belə bir şey olsaydı rəsədxanalar çoxdan bunu xəbərləyərdi.
HƏYAT MƏHV OLSA, PUL NİYƏ LAZIM OLACAQ?
Maraqlısı da elə budur. Qəribədir ki, şamları, konservləri havayı paylamırlar, onları nəinki satırlar, hətta qiymətlərini də qaldırırlar. Əgər Yer kürəsi məhv olacaqsa və bu adamlar da buna inanırsa, qoy, bunları pulsuz paylasınlar! Yəqin ki, hamınız «Robinzon Kruzo»nun əhvalatını oxumusunuz. Adada biçarə Robinzonun birinci tulladığı şey nə oldu? Pul! Çünki tənha adada ona pul lazım deyildi. Dünyanın əsl sonunda da pul ən lazımsız bir şey olacaq. Adama bəzən elə gəlir ki, əslində dünyanın sonunu belə əməllərimizlə, tamahımızla yaxınlaşdırırıq. Qərəz, konserv və yaxud da başqa ərzaq alanda heç olmasa, onun tarixinə baxın, çünki 21 dekabr adidən də adi bir gün olacaq. Aldıqlarınızın çoxu isə, sadəcə, xarab ola bilər…
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir