-
«The İndependent» qəzeti xəbər verir ki, Səudiyyə investoru kimi təqdim olunan müştərinin 300 milyon funt sterlinqlik təyyarəsinin interyeri Britaniyada dizayn edilib.
İçərisində nəinki hamam, hətta bir neçə lüks otaq və konsert zalı da var.
«O elə bir milyarderdir ki, hər şeyi var, şəxsi nəhəng layneri, yüzlərlə maşını, James Bond filmlərindən «Heç vaxt heç vaxt demə» seriyasında çəkilmiş yaxtası və «News Corporation» şirkətində böyük payı. Az sonra isə Səudiyyə şahzadəsi Alwaleed bin Talal al-Saud-a yeni «oyuncağı» – Aerobus A380 təqdim olunacaq», qəzet yazır,
«Emirates» hava yolları şirkətinin çox xoşladığı bu nəhəng təyyarələrdə adətən 600 sərnişin uçur.
Ancaq şahzadənin sifariş etdiyi interyerdə bu oturacaqlar yoxdur və ola da bilməz, çünki onların yerini dəbdəbəli türk hamamı, konsert zalı və Rolls-Royce üçün qaraj tutur.
Hamamın divarları mərmərdəndir və belə başa düşmək olar ki, dizaynerlər hər halda uçuş çəkisi barədə mühəndislərlə məsləhətləşmiş olarlar.
QİBLƏYƏ TUŞLANAN ELEKTRON CANAMAZ
Lakin ən maraqlısı ibadət otağında, kompüterlərin idarə etdiyi canamazdır. Kompüter proqramı elə qurulub ki, təyyarənin uçuş vəziyyətindən asılı olmayaraq «elektron namaz xalçası» həmişə Məkkəyə tuşlanmış olur.
«Airbus» şirkətinin Yaxın Şərq regionu üzrə prezidenti Habib Fekih bildirir ki, təyyarə şahzadə Alwaleed-ə gələn il çatdırılacaq və o, hələlik belə bir təyyarəni sifariş etmiş yeganə müştəridir.
«The İndependent» yazır ki, Qərb təhsili almış və varidatı 16 milyard funt sterlinq civarında təxmin edilən şahzadə həmin varidatı nümayiş etdirməkdən utanan adamlardan deyil.
Onun 5KR yaxtası da vaxtilə dünyanın ən böyük yaxtası idi. O, vaxtilə Səudiyyənin bir silah taciri üçün düzəldilmişdi.
MAAŞI BİR ABBASI OLAN MİLYARDER
«News Corporation» şirkətində telefonlara qulaq asılması ilə əlaqədar böyük qalmaqal qopanda, Kann sahillərində həmin yaxtasında olan şahzadə, əynində şort, gözlərində qara eynəklə BBC-yə müsahibə vermiş və bildirmişdi ki, şirkətin rəhbərlərini qovmaq lazımdır.
Ümumiyyətlə, müsahibə verməyi xoşlayan şahzadə Alwaleed bu yaxınlarda mətbuata bildirmişdi ki, özünün nəhəng Kingdom Holding şirkətindən ildə cəmi 1 riyal (yəni 20 qəpik) maaş alır.
Təyyarəni dizayn etmiş Britaniya şirkəti «Design Q» açıqlayıb ki, A380 hazırda istismarda olan ən dəbdəbəli layner olmasa da, sahibinin «mədəni dəyərlərini və statusunu nümayiş etdirir».
Yuxarıda təyyarənin məziyyətlərini geniş təsvir etmiş «The İndependent» bildirir ki, A 380-nin sahibi, mətbuata «tay bundan başqa» təfərrüatları açmamağı tapşırıb.
Yəqin göz dəyər.
Amma hər halda, bu təyyarənin içində, gözü götürməyənlərin gözünə kompüter proqramı ilə tuşlanan «gözmuncuğu» da olmamış olmaz. Çünki mən «tay bundan savayı» təfərrüat təsəvvür eləmirəm.
SABİRİN ARZULARI
Hə də…Balonlarda uçan əcnəbilərə qibtə edən rəhmətlik Mirzə Ələkbər Sabirin ruhu indən belə rahat ola bilər. Onun qəhrəmanları nəinki aeroplan, hətta onun ən yekəsini minirlər və hətta həmin aeroplanda hamamlanıb konsertə də tamaşa eləyir və hətta namaz da qılırlar.
Di gəl, bu əcnəbilər imkan vermirlər ki, özləri ilə, satirik şairin qəhrəmanları arasında məsafə qısalsın.
İndi də yeni təyyarələrdə Londondan Sidneyə 3 saata uçmaq, Marsda şəkil çəkdirmək eşqinə düşüblər…