-
Görünür, «çox ağıllı olmaq da bir şey deyilmiş» kəlamı hər halda düz imiş.
Həm də müasir zəmanəmizdə söhbət təkcə insanlardan yox, onlardan ağıllı sayılan yeni texnologiyalardan gedir.
«The Daily Telegraph» qəzeti yazır ki, Apple-ın xəritəsi Avstraliyanın Mildura məntəqəsinə getmək istəyənləri, necə deyərlər, «gedər-gəlməzə» göndərib.
Avstraliyanın Mildurasından 100 kilometr aralıda olan bu ərazi, doğrudan da, «gedər-gəlməzdir». Ən azı ona görə ki, burada havanın temperatutu 46 dərəcəyə çatır, içməli su mənbəyi yoxdur və qumsallıqlar axşam saatlarında hər şeyi udur.
Viktoriya əyalətinin polisi öz saytında adamları xəbərdar edir ki, Apple xəritəsinə inanıb yola çıxmasınlar.
Polis artıq Milduraya gedən 6 turisti çətin durumdan - az qala ölümcül vəziyyətdən qurtarıb.
Xəbər verilir ki, Apple bu yaxınlarda iPhone-da 2007-ci ildən bəri istifadə edilən Google xəritəsini öz xəritəsi ilə əvəzləyərək, bu xəritəni dolğunlaşdırıb-dəqiqləşdirməyə çalışır.
«The Guardian» Apple-ın öz yanlışını düzəltdiyini və yol azanlardan üzr istədiyini də diqqətə yetirib.
Amma qəzet xatırladır ki, bu cür səhvlər oktyabr ayında da baş verib və Apple o zaman buna xəritəçiləri işdən qovmaqla təpki göstəribmiş. Hətta noyabrda da işdən çıxarılanların olduğu yazılır.
Görünür, daha işdən qovulası adam qalmayıb.
İRAN YOUTUBE YARADIR
Sovet vaxtında «sexovşiklər» adlanan təbəqəyə aid məşhur bir lətifə vardı.
Bu sinfə məxsus pullulardan biri Sov.İKP sıralarına daxil ola bilməyəndə deyir ki, «gərək özüm bir raykom açam».
İndi İran İslam Respublikası da elan edib ki, «özünün YouTube»unu açır.
Bir vaxtlar Coca-Cola da İran versiyasında «Nüşabə»yə çevrilmişdi.
YouTube İranda 2009-cu ildən yasaqlansa da, iranlılar süzgəcləri aşmaqla, bu sayta qoşulmağın yolunu tapıblar.
İranın farsdilli «Cloob» sosial şəbəkəsinə söykənən «Aparat» adlı populyar video-saytı da var. Dövlətə bağlı «Mehr» xəbər agentliyi isə, necə deyərlər, YouTube saytının «torpaqlarına» daxil olub.
İran İslam Respublikası Yayım İdarəsi direktorunun müavini Lotfollah Siahkali muştuluq verib ki, xalq indən belə istədiyi musiqi, film və başqa videoları həmin saytdan yükləyə biləcək.
Təbii ki, söhbət rəsmi Tehranın dəyərlərinə uyğun proqramlardan gedir…
Amma işlər çox da yolunda deyil, İranda İnternetin sürəti yavaşıdıldığından yeni sayt «donub qalıb».
İranlılar hökumətin Facebook, Gmail və başqa xarici saytları bloklamasına, virtual aləmdəki davranışlarının izlənməsinə, bir növ, adətkərdə olublar.
Müşahidəçilər bildirirlər ki, rəsmi Tehranın İnterneti buxovlamağa 2009-cu ildən, Mahmoud Ahmadinejad-ın ikinci müddətə prezident seçilməsinin əleyhinə xalq etirazlarından sonra həvəslənib.
Bu ilin aprelində hökumət elan etmişdi ki, Facebook şəbəkəsinin də İran versiyası – «İran Mail» saytı yaradılacaq. Düzdür, istifadəçilərin öz ev ünvanlarını və sığorta nömrələrini polis qeydiyyatından keçirməsi də şərt qoyulmuşdu.
«The Daily Telegraph» qəzetinin yazdığına görə, YouTube saytının sahibi olan Google bu hadisələr barədə şərh verməkdən boyun qaçırıb.
Yəqin ki, Google ya mat qalaraq nə deyəcəyini bilmir, ya da başı öz dərdinə qarışıb.
BERMUD ADALARINDA İTƏNLƏR
Məşhur Bloomberg saytının əlinə keçmiş sənədlər göstərir ki, Google 2011-ci ildə özünün təxminən 10 milyard dollarlıq gəlirini Bermud adalarında yerləşən şirkətə köçürüb.
Əslində, qanuni sayılan bu addımla İnternet nəhəngi ödəyəcəyi vergiləri 50 faiz azalda bilib, çünki Bermud adlı ölkədə korporativ vergi yoxdur.
Bununla belə, Google-un bu hərəkəti onun fəaliyyət göstərdiyi ölkələrdə «mənəviyyatsızlıq» kimi qiymətləndirilir.
Google şirkətinin Britaniyadakı sədri Matt Brittin İngiltərənin «Channel 4» telekanalına bildirib ki, siyasilər belə bir «mənəviyyatsızlığı» yeni qanunların qəbulu ilə aradan qaldıra bilərlər, ancaq onun təmsil etdiyi şirkət, hələlik, qanunsuz iş görməyib.
Son xəbərlərə görə, Microsoft şirkəti də gəlirlərini İrlandiya və Lüksemburqdan keçirməklə Britaniyada qazandığı 1,7 milyard funt sterlinqdən Londona bir pens də vergi ödəməyib.
Bermud adaları haqqında əfsanəyə və ya geniş yayılmış söz-söhbətə görə, orada itəni pərvərdigar da tapa bilməz.
Amma vergi müfəttişi tapıb.