-
«Forbes» jurnalının əməkdaşı Kashmir Hill özünün Azərbaycana səfər qeydlərinə belə bir müqəddimə verib.
«Avqustda Beynəlxalq Mətbuat İnstitutu adlanan təşkilatdan aldığım elektron məktub məni Bakıda, Azərbaycanda keçiriləcək neft və qaz konfransının seminarlarından birində çıxış etməyə çağırırdı. Mən, «Shell» neft şirkətinin internet saytına əl qoymuş hakerlər barədə bir neçə məqaləm nəzərə alınmazsa, nə neft, nə də qaz barədə heç vaxt yazmamışdım. Odur ki, əvvəlcədən xərcləri ödənmiş bu təklif mənə «Nigeriyanın bu sərvətləri sizin ola bilər» qəbilindən fırıldaqçı e-mail-ləri xatırladırdı. Üstəlik, hər şeydə ehtiyatlı dostumun bunun virtual tələ ola biləcəyi barədə mülahizəsi mənim nigarançılığımı daha da artırdı. (Bəli, hakerlər insanın özünəməftunluq kimi zəif cəhətinin olduğunu yaxşı bilirlər)».
Müəllif yazır ki, belə bir iş üçün yararlı olacağına şübhələrini bildirsə də, cavab məktubunda dəvət israrla təkrar olunur. Onlar bildiriblər ki, Kashmir Hill «ictimai rəy uğrunda rəqabətdə neft şirkətlərinin sosial mediadan istifadəsinə» dair seminarda mükəmməl bir aparıcı ola bilər.
«Beləliklə mən tam əmin olmadan tərcümeyi-halımı və fotomu göndərdim», - yazır Kashmir Hill. «İki gün sonra şəklimi konfransın internet saytının hörmətli bir guşəsində görəndə, yenidən məni şübhə götürdü ki, bütün bunlar mənim kimliyimin oğurlanması üçün mükəmməl şəkildə işlənmiş qəsdin bir hissəsidir. Daha sonra mən bu saytı quran şəxslə görüşəndə, o, əlimi sıxıb dedi ki, «cazibədar simanız var»».
Kashmir Hill davam edir:
«Səfərə çıxmazdan əvvəl iştirak edəcəyim seminarın real bir şey olduğuna özümü inandıraraq hazırlaşdım. Energetika sənayesindən olan sosial media ekspertləri ilə söhbətlər etdim, neft barədə «Xam» («Crude») adlı sənədli filmə baxdım, Gary Shteyngart-ın bir post-sovet ölkəsinin cəfəng bir şəkildə korrupsiyaya bulaşması barədə, ilhamını əlbəttə ki, Azərbaycandan almış satirik «Absurdistan» romanını oxudum».
«Sentyabr ayında «Dalles» aeroportuna gələndə, təyyarə biletimin artıq sifariş edildiyinə azca təəccüb etdim və sakitləşdim. Beləliklə, mən Bakıda üç gecə, iki gün keçirmək üçün uçurdum», - yazır jurnalist.
AZƏRBAYCANIN AEROPORTU
Kashmir Hill yazır ki, mənzil başına çatanda, onun üçün viza açılmadığından narahat olub/
Məqalədə deyilir ki, Rihanna-nın konsertinə iaşə xidməti göstərməli olan iki britaniyalı qadın viza üçün lazım olan 200 dolları təcili «düzəltmək» ümidi ilə evlərinə zəng edirmişlər.
Lakin Kashmir Hilli-in pasport-buraxılış məntəqəsindən keçmək üçün heç bir problemi olmayıb.
Jurnalist Energetika Nazirliyinin dəvət məktubunu göstərən kimi, «bir göz qırpımında» onun pasportuna giriş möhürü vurulub.
KONFRANS
«Bütün dünya medianın yazdıqlarına inanır». Bu kəlamı, Kashmir Hill-in dediyinə görə, Azərbaycanın energetika naziri Natiq Əliyev konfransdakı çıxışında söyləyib.
O, inanmaq istədiyini bildirib ki, bu konfrans Azərbaycan barədə oturuşmuş mənfi stereotipləri dağıdacaq.
Görünür, «Forbes» məcmuəsinin müxbiri də «mənfi stereotipləri» dağıdacaq birisi kimi konfransa dəvət olunubmuş.
«ÇÖRƏYİ DİZ ÜSTDƏ OLAN» İNGİLİSCƏ NƏDİR?
Lakin o, öz ölkəsinə qayıtdıqdan sonra bu tədbirə müxalifət mətbuatının dəvət edilmədiyindən, hökumət mətbuatı nümayəndələrinin isə ən ağıllı suallarının «Bakıda hansı yeməyi bəyəndiniz» olmasından, jurnalist Xədicə İsmayılovanın başına gətirilən rüsvayçılıqdan yazıb.
Əslində, məqalədə yazılanların heç bir məqamı az-çox məlumatlı Azərbaycan vətəndaşı üçün sirr deyil.
Sirr olan budur ki, demokratiya, şəffaflıq, insan haqları sahəsində real islahatları hətta cüzi həyata keçirmək əvəzinə «cazibədar siması olan» Qərb jurnalistlərinin mümkün təbliğatına bel bağlanır.
Bu cüzi islahatlar həyata keçirilsə, yəqin ki, kimi isə xam neftin pulu ilə «xamlamağa», kiməsə 20 saatlıq uçuş üçün müftə təyyarə bileti almağa ehtiyac qalmaz.
Bir sözlə, məqalənin əvvəlində haqqında söhbət açılan elektron məktubun müəlliflərinin zənlərində yanıldıqları, «mayanı batırdıqları» üzə çıxır.
Belə hallarda Azərbaycanlıların təsəlli yerinə işlətdikləri onlarca deyim və məsəl var:
«Çörəyi dizinin üstündə olan», «gözündən, burnundan gəlsin», «yeyib itirən» və s.
Amma çoxları üçün yüz illərdir müdrik səslənən bu kəlamların Avropa dillərinə dəqiq tərcüməsi yoxdur…
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir