-
İndi danışacağım məsələ bir vaxt tele – süjetə düşmüşdü. Beləliklə, şəhər öz adi günlərini yaşayırdı. Adamlar küçə ilə o tərəf– bu tərəfə gedirdilər. Təkcə bir nəfər əlində böyük bayraqla metronun «Sahil» stansiyasına doğru addımlayırdı. Bu adam əlindəki bayraqla «Azadlıq» meydanına girməyə cəhd etmişdi, amma bacarmamışdı, imkan verməmişdilər… Hər dəfə milli bayraqdan söhbət düşəndə bu süjet gəlib gözlərimin önündən keçir. Həmin bayraqlı adam necə də əzəmətli görünürdü!.. Sonralar mən çox adamları bayraqla görmüşəm. Hətta hərbi paradda əsgərlərin bayraqla nizamlı keçidini də müşahidə etmişəm. Di gəl, onlarda o əzəməti, qüruru və yüksəkliyi duya bilməmişəm…
Qəribədir, azadlıq hərəkatının ilk günlərində bir bayrağa və bir də himnə nə qədər böyük maraq vardı! Himn lap maraqlı idi. Onu bəzən «Koroğlu» üvertürası ilə qarışıq salırdılar. Sonradan bayraq də, himn də adiləşdi, təzadlı və ziddiyyətli günlər başlandı. Bir tərəfdə prezident əyilərək bayrağı öpür, o biri tərəfdə isə polis mitinqçilərin əlindən milli bayrağı qoparıb alır və ayaqları altına atıb təpikləyirdi. İndi çox maariflənmə gedib, artıq milli bayrağı tanımayan yoxdur, amma lap əvvəllər polislər elə bilirdi ki, bu, müxalifətin bayrağıdır. Amma elə indidə də bəzən gülməli hadisələr baş verir, bir də görürsən ki, hansısa mühüm tədbirdə bayraq tərsinə çevrilib. Bəlkə bunun özü də simvolikdir, ölkənin özü az qala tərsinə çevrilib.
Bir maraqlı detal var, onu gərək qeyd edim. Türkiyədə M.Atatürkün təklifi ilə cümhuriyyət günü uşaq bayramı elan edilib. Azərbaycanda da bayraq gününü milli barışıq günü elan etmək olmazdımı? Özlüyündə, abstrakt şəkildə götürəndə bayraq bir parçadan və bir də ağacdan ibarətdir. Onu yüksəldən və ona məna verən insanlardır. O, insanlar ki, hələ çoxunun qırmızı sovet bayrağının kölgəsində dolandığı vaxt onlar həmin milli bayrağı başları üzərinə qaldırmağa cəhd edirdilər. Bir şeirdə deyilir ki, torpaq üstündə ölən varsa, vətəndir! Bayraq da onu başı üstündə tutan varsa bayraqdır! Bir gün gələcək, bəlkə də bu xırda umu– küsülər unudulacaq, amma bayraq yenə də qalacaq. Bir də bir fikir qalacaq: bir dəfə yüksələn bayraq bir daha enməz…
SİYASƏTDƏ ETİKA NƏ QƏDƏR VACİBDİR?
ABŞ-dakı son prezident seçkisi haqda çox şey deyildi, çox şey yazıldı. Yaxşı da, pis də. Amma bir detal xüsusilə maraqlı idi. B.Obama öz nitqində dedi ki, M. Romney ilə məmnuniyyətlə oturub ölkənin siyasətini müzakirə edərdi. O, həm də Romneylər ailəsinin ABŞ qarşısındakı xidmətlərindən söz açmağı yaddan çıxarmadı. Bəzən adamı ABŞ – ı ideallaşdırmaqda qınayırlar. Amma belə deyil. Sadəcə, hər şey göz qabağındadır. Siz də yaxşı nümunələr göstərin, onları qeyd edək.
Əvvəldə milli birlik haqda yazmışdım. 19 il ərzində bu hakimiyyətin öz müxalifəti haqda hörmətlə danışdığını eşitmək qismət olmadı. Bəzən deyirlər ki, bəs, müxalifət də belə edir. Olsun. Razıyıq. Amma kimsə birinci barışıq addımını atmalıdır, ya yox? Bu, siyasi etika məsələsidir. B.Obamanı nə vadar edir ki, o, Romney haqqında xoş sözlər desin? Bəlkə ondan qorxur, çəkinir? Yox, yox. Sadəcə siyasi mədəniyyət yüksəkdir. Orada belə hesab edilir ki, seçkidə 206 səs toplamış adam elə – belə, «yoldan keçən»in biri deyil, onunla oturub milli məsələləri müzakirə etmək olar… Onu da deyim ki, bəlkə də bu, adi «yoldan keçən adam» ifadəsi bir qədər yerinə düşmədi, çünki ABŞ – da hər bir adam Konqresin binasına daxil olaraq onun iclaslarını izləyə bilər...
Qayıdaq bir daha Azərbaycana. Çox böyük əminliklə demək olar ki, əgər hakimiyyətdə olanlar təsadüfən müxalifətdə olsaydılar milli simvollara da ironiya, rişxəndlə yanaşardılar, necə ki, birinci respublikanın böyük simalarına rişxənd edir, onların hər əməlində böyük səhv, az qala «milli xəyanət» izləri axtarmağa cəhd edirlər. Amma bir detalı unudur və yaxud da başa düşmürlər. Birinci respublikanı sovet hakimiyyəti nə qədər mümkünsə təftiş etmişdi, gözdən salmışdı, unutdurmağa çalışmışdı. Nəticəsi nə oldu? İndi elə bir nəsil yetişib ki, heç Lenini, Stalini tanımırlar. Amma M.Rəsulzadə və yaxud da Ə.Topçubaşov yaşayır. Bu da tarixin dərsidir, təbii ki, dərsə diqqət edənlər və ondan nəticə çıxaranlar üçün…
BAYRAQ UCALAN YERDƏN…
Yazının başlığındakı suala qayıtmaq istərdim. Bu xüsusda gözəl bir rus mahnısı var. Yaşlı və orta nəsil bunu yaxşı bilir. Mahnının ilk sözləri bu, idi ki, haradan başlayır vətən? Buna bir qədər başqa cür də cavab vermək olar. Vətən bayraq ucalan yerdən başlayır, bəli, bayraq ucalan yerdən…
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir