-
Bir – iki günün söhbətidir. Təbiətin sanki birdən yadına düşmüşdü ki, artıq payızdır, yağmaq vaxtıdır. Bir gün elə yağdı ki, bəlkə də bir ayın normasının əvəzini çıxdı. Mən burada küçələr boyu axan yağış «çayları»ndan, islanmamaq üçün şalvarının balağını yuxarı qaldıraraq hoppana - hoppana küçəni keçən adamlardan çox danışmayacam. Bundan sonra bu adi hal olacaq, çünki payızdır, üstəlik, üzü qışa gedir. Sadəcə, həmin yağışlı gün qərara aldım ki, mütləq bu haqda yazacam.
Məni ən çox dilxor edən adamların buna reaksiyasıdır. Elə bil hamısı sözü bir yerə qoyub, payızda «Bakıya yağış yaraşmır» deyir, qışda «Bəs bu şəhərə qar yaraşmır» buyururlar. Bütün dünyaya yaraşır, amma bura yaraşmır. İndi nə edək? Bakını başqa planetə köçürəkmi? Bəlkə «Bizim yollarımız, küçələrimiz yağışlıq, qarlıq deyil» desək daha yaxşı olar? Bəlkə bizim şəhərin rəhbərlərinin işinin yarıtmaz olduğunu desək, vəziyyəti daha düzgün əks etdirmiş olardıq? İnsanlar bilmirəm, nədənsə, hansı səbəbdənsə bunu demirlər. Bəlkə də deyirlər, amma ölkənin super-müstəqil telekanalları bunu efirə vermir. Mən o gün özüm üçün bir neçə nəticə çıxardım. İndi onları bir–bir qeyd etməyəcəm, əsas detalları sadalayacam. Bunun şəhərin problemlərini azacıq da olsa azaldacağını güman etsəydim, daha çox yazardım. Amma əfsus. Bizim böyüklər vəzifəyə keçəndən sonra kitab oxumağı tərgidiblər, qəzetlərə isə yalnız ona görə baxırlar ki, görək, indi kimi məhkəməyə verək!
GÜN KEÇDİ...
Bir neçə köhnə film var ki, onların kinematoqrafik dəyəri o qədər böyük olmasa da, mən onlara baxmağı sevirəm, çünki bu filmlərdən köhnə Bakının ruhunu duyuram. Xüsusən də «Gün keçdi» filmini sevirəm. Kiçik məhəbbət melodraması stilində çəkilən bu film həm də Bakı haqdadır. O Bakı haqqında ki, artıq vağzaldan,
«Neftçilər meydanı»ndan və yaxud da aeroportdan özünəməxsusluğu ilə seçilirdi, diqqət çəkirdi. Deyir ki, inkişaf gözəlliklərin, yaxşılıqların sayını artırmaq, onları daha da çoxaltmaqdır. Hanı o gözəllik? Bir vaxt «Bir cənub şəhəri» sözlərinin həqiqətən də fərqli məna çaları vardı. İndi mən bu çaları o qədər də duymuram, bəlkə «O artıq yoxdur» desəydim daha düzgün olardı. O.Pamuk İstanbul haqqında yazandan sonra şəhərlər haqda yazmaq təzədən dəb düşdü. Ona görə təzədən deyirəm ki, əvvəllər V.Hugo Paris, J.Joyce Dublin haqqında yazmışdı. Bakı haqqında belə roman – oçerk yazmaq mümkündürmü? Cəhdlər var, düzdür, daha çox publisistika stilindədir bunlar. Həm də köhnə Bakını anmaq, yada salmaq, unudulmağa qoymamaq arzusu var bu yazılarda. O Bakının mən də xiffətini çəkirəm. O Bakının ki, artıq girişində adam kimliyini hiss edir, şəhərin nəfəsini duyurdu.
Bilirsiniz, şəhər mədəniyyəti asan məsələ deyil. Binaları, keçidləri, körpüləri tikmək, yol salmaq hələ heç nə demək deyil, bu beton-sement kütləsinin əsl şəhərə çevrilməsi üçün on illərlə vaxt keçməlidir. Mən indi Bakıya böyük beton-sement kütləsi kimi baxıram, onun şəhərliyini hiss etmirəm. Nə olsun ki, göydələnlər var? Nə olsun ki, hətta özünün arxitekturası baxımından heç də pis təəssürat bağışlamayan körpülər tikilib? Bu tikililər bir yağışın sınağına dözmürsə, bəs, əsrlərin imtahanına necə keçəcək? Bilmirəm.
MERLƏR SEÇİLSƏYDİ…
Əslində mer seçkili institutdur. Bakı şəhər İcra Hakimiyyətinə nədən meriya deyirlər, mən bunu o qədər də başa düşmürəm. Düzdür, bu ölkədə bir çox seçkili institutlar əsl seçkilə formalaşmır, amma mer seçkisi, ümumiyyətlə, yoxdur.
Mən onun tərəfdarıyam ki, təzə seçilən, hətta təzə təyin olunan vəzifə adamına işləmək, özünü göstərmək və hətta işi öyrənmək üçün müəyyən qədər vaxt verilməlidir. Mənə elə gəlir ki, Bakı merinin artıq bu limiti tükənib.
Ona çox vaxt verildi. Amma məlum oldu ki, bu adam şəhərsalma elmi, ümumiyyətlə, şəhər fəaliyyəti, təsərrüfatı baxımından zəruri təcrübəyə, biliyə malik deyil. Təsəvvür edin, bu gün yol salınır, asfalt döşənir, üstündən on gün keçəndən sonra onu təzədən qazıb kanalizasiya xətti çəkirlər.
Şəhərdə arxitektura fonu hiss olunmur, elə bil ümumi plan – filan yoxdur. Hara baxırsan, bir az daş döşənib və mütləq də bir fəvvarə qoyulub. Vallah, bu fəvvarələr gözü yorur, bezikdirir, xüsusən də nəzərə alanda ki, şəhərdə hələ su ilə təminat tam qaydasına düşməkdən çox-çox uzaqdır. Qərəz, giley – güzar çoxdur. Mənə elə gəlir ki, mer də bir sual üstündə düşünməlidir: görən, nə səbəbdən köhnə Bakı daha gözəl görünürdü?
TƏBİƏTDƏ PİS HAVA YOXDUR
Bir rus mahnısında deyilir ki, təbiətdə pis hava yoxdur. Təbiətdə pis fəsil də yoxdur. Amma payız yarı olmayıb, artıq bakılıların canına qorxu düşüb, hamı qışın sərt keçəcəyini deyir. Amma heç kim qar təmizləyən maşınların sayını artırmaq haqda düşünmür, heç kim maşınının təkələrini dəyişmir…
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.