Azərbaycanda sənaye məfhumu gündəmə gələndən (XIX əsrin II yarısı) onun lokomotivi rolunda neft sektoru çıxış edib. Maraqlıdır ki, əməklə kapital arasında münasibətlərin formasının dəyişməsindən asılı olmayaraq, neftin iqtisadiyyatımızda dominantlığı həmişə saxlanılıb: çar Rusiyası dövründə də, Azərbaycan Demokratik Cümhuriyyəti zamanı da, Sovet Azərbaycanı illərində də və nəhayət, Azərbaycan Respublikasında da. Sanki tarixi bir ənənəni qoruyub saxlayırıq - neftdən asılılıq ənənəsini.
ASILILIĞA BAĞLILIQ
Azərbaycan rəhbərliyi hökumət qarşısında 2020-ci il üçün neftdən asılılığı az qala 2 dəfədən də çox azaltmaq kimi çətin tapşırıq qoyub. Əgər nəzərə alsaq ki, 2012-ci ilin dövlət büdcəsinin formalaşdırılmasında neft gəlirlərinin ümumi payı 73% təşkil edir (bunun təkcə 63%-ə yaxını Neft Fondundan transferlərin payına düşəcək), onda həqiqətən bu vəzifənin öhdəsindən gəlməyin ağırlığı aydın olar.
Düzdür, demək olar ki, hökumətin hər rüb dövlət başçısının yanında keçirilən iclaslarında xüsusilə vurğulanır ki, Azərbaycanda neft sektorunda azalma müşahidə edilir və bunun əksi olaraq qeyri-neft sektorunda, xüsusən də kənd təsərrüfatında çox yüksək inkişaf templəri qeydə alınır. Əslində bu sadəcə statistikadır və Azərbaycan reallığında kənd təsərrüfatının istənilən sahəsində Dövlət Statistika Komitəsinin «dili ilə» xariqələr yaratmaq elə də çətin iş deyil. Kimdir kəndlinin sahəsindəki kartofun uçotunu aparan və ya neçə ton üzüm, alma, xurma yığması barədə sənədləşmə aparan? Bəlkə internet-sorğu keçirirlər? Ona görə də real vəziyyətin görüntüləri əslində fərqlidir. Əgər regionlarda bu qədər artım qeydə alınırsa, onda sual olunur, nədən Azərbaycanın heç bir rayonu özünü dolandıra bilmir və ya Mərkəzdən aldığı dotasiyanı o artıma uyğun şəkildə azaltmır? İkincisi, kənd təsərrüfatı Azərbaycanda neçə illərdir ki, belə inkişaf templəri göstərirsə, onda ölkəyə idxal edilən ərzaq malları niyə azalmır? Üçüncüsu, bu tempdə inkişafın qarşılığında Azərbaycan kəndlisinin son 5 ildə iş şəraiti hansı səpkidə dəyişib? Məsələn, Avropanın ən kasıb aqrar ölkəsi olan Bolqarıstanda fermerlər təsərrüfatda işləyən işçilər üçün adətən 2 təkərli vaqon alırlar: birin istirahət otağı kimi istifadə edilir, o biri yemək otağı kimi. Bu, elementar iş şəraitidir. Azərbaycanın hansı nümunəvi fermer təsərrüfatında buna bənzər iş şəraiti qurulub. Bəlkə Azərbaycanda fermerlər yüksək gəlir əldə edərək özlərinə ofis açıblar, kompüter alaraq internetə qoşulublar və kənd təsərrüfatına dair son məlumatları (məsələn, çəyirtkə ilə mübarizənin yeni üsulları) sosial şəbəkələrdə bölüşürlər, dolu təhlükəsi yaranan zaman isə smartfonları vasitəsilə Twitter-dəki mikrobloqlarında ətraf rayonların fermerlərini xəbərdar edirlər.
Əslində indiyə qədər qeyri-neft sektoruna bu qədər xərcləmələr nəticəsində Azərbaycan fermerinin ümumi siması heç olmasa Adriano Çelentanonun 32 il bundan əvvəl yaratdığı Elio adlı italyan fermerinin imkanlarının yarısı qədər olmalıydı.
Yəni, inkişafa bu prizmadan yanaşmasan, heç 2030-cu ildə, yəni Azərbaycanda indikinə nisbətən «bir ovucluq» neft qalan vaxtı da iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmaq mümkün olmayacaq. Çünki artım statistikaya kömək etməməlidir (bu, Sovet dövrünün planını doldurub 13-cü əmək haqqı, mükafat, urusetə sanatoriyalara 20%-lik güzəştlə dincəlmək imkanı qazanmaq və sair demək deyil), ilk növbədə keyfiyyətli məhsuldar qüvvələrin formalaşmasına xidmət etməlidir ki, bunun nəticəsində də ölkənin ümumi inkişafı baş versin. Məhz bu proses nəticəsində ixtisaslı, biliklərə yiyələnmiş, özünü müəyyən sahədə təsdiq etmiş şəxslər nəticəsində istənilən sahəyə yeni texnologiyalar da ayaq açır, əmək məhsuldarlığının da atması baş verir və şəhərlərə axının da qarşısı alınır. Buna deyirlər, kəmiyyətdən keyfiyyətə keçmə prosesi.
MONO ASILILIQ
Ancaq iş burasındadır ki, Azərbaycanda nədənsə həmişə iqtisadiyyatın neftdən asılılıq məsələsindən danışıblar. Və bu problemin xırdalıqlarını çözələməyiblər. Bəla burasındadır ki, Azərbaycan iqtisadiyyatı faktiki olaraq bu gün neftdən asılılığı qədər də, bir şirkətdən asılıdır. Azərbaycanda neft hasilatı ilə 14 hüquqi şəxs - yəni şirkət məşğul olur. 2011-ci ildə, ölkə üzrə hasil edilən 45,6 mln. ton neftin 37,2 mln. tonunu və ya 81,6%-ni BP-Azerbaijan şirkəti hasil edib. Dövlət Neft Şirkəti sırf özü («Azneft» İstehsalat Birliyi) isə 6,73 mln. ton (14,7%) neft çıxarıb. Yerdə qalan 12 şirkətin payı isə ümumi neft hasilatının 3,7%-nə bərabər olub. Bu göstərilən rəqəmlər neftin yalnız həcmlərini xarakterizə edir.
Dəyər məsələsində isə vəziyyət BP-Azerbaijan şirkətinin xeyrinə xeyli dəyişir. Çünki burada bir sıra məqamlar var. Başlayaq xırda şirkətlərdən, hansıların ki, hasilatda payları 3,7% təşkil edirdi. Bu şirkətlər əsasən quruda neft hasilatı ilə məşğul olurlar («Bahar» və «Qum-dəniz» yataqlarını istismar edən Bahar Operating Company istisna olmaqla). Onlarla bağlanan PSA müqavilələrinə əsasən, əməliyyat şirkətləri müqavilə imzalanan zamana qədər hasil edilən neft həcmləri səviyyəsində qara qızılı yerli bazar qiymətləri ilə (tonu 62 manat) SOCAR-a satmağa borcludurlar. Həmin həcmdən çox çıxarılan hissə isə Bakı-Novorossiysk kəməri ilə ixrac edilir. Qeyd edək ki, həmin kəmərlə də SOCAR-ın özünün xam nefti ixrac edilir. BP-Azerbaijan şirkətinin ixrac etdiyi neftin hər tonu ilə SOCAR-ın Novorossiyskdən ixrac etdiyi neftin analoji həcmləri arasında bəzən $15-dək fərq yaranır. Bu da onunla bağlıdır ki, Rusiya ərazisində SOCAR nefti daha aşağı keyfiyyətli Sibir nefti ilə qarışır və nəticədə bu özünü qiymətdə göstərir.
BP ÜZƏRİNDƏ QURULMUŞ İQTİSADİYYAT
Milli Bankın Tədiyyə balansına əsasən, 2011-ci ildə Azərbaycanın ümumi ixracı $34,49 mlrd. təşkil edib. Bunun 86,4% və ya $29,8 mlrd.-ı xam neftin payına düşüb. Həmin vəsaitin isə $28,2 mlrd-ı (94,6%) «Azəri-Çıraq-Günəşli» yataqlarından ixrac edilən neftdən gələn vəsaitlər hesabına formalaşıb. $1,6 mlrd. isə SOCAR və digər şirkətlərin neft satışından əldə etdikləri gəlirdir. Ümumiyyətlə isə, BP-Azerbaijan şirkətinin «Şah-dəniz» yatağından qaz ixracatı ($1,27 mlrd.) da nəzərə alınmaqla ölkənin 2011-ci ildəki ixracatındakı payı 85,4% təşkil edib.
Beləliklə, hazırda BP Azərbaycan üçün «iqtisadiyyatın qaynar qazanıdır»:
hasilatın - 81,6%
neft ixracının - 94,9%
ümumi ixracın - 85,4%
Britaniya şirkətinin operatorluğu ilə həyata keçən layihələr hesabına ərsəyə gəlir.
Ötən ildən Azərbaycana yatırılan xarici investisiyaların 80%-ni BP və tərəfdaşlarının layihələri özünə cəlb edir. Gələn ildən isə bu rəqəm daha da artacaqdır, çünki «Şah-dəniz»in «Mərhələ-2» kimi meqa layihəsinin icrasına start verilir.
Yəqin buna görədir ki, BP-Azərbaijan şirkəti 20 ildir ki, Bakıda ofisinin olmasına baxmayaraq, və bundan sonra ən azı 2036-cı ilədək burada fəaliyyət göstərməsi haqda real müqaviləsinə əhəmiyyət verməyərək, hələ də özünə bir mənzil-qərargah tapa bilməyib. Və yaxın gələcəkdə sığınacağı yer isə sadəcə bir biznes mərkəzdədir. Görünür, Azərbaycan iqtisadiyyatının lokomotivinin diqqət çəkməsini istəməyən qüvvələr var...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir