Allah Seyid Əzimə min rəhmət eləsin! Lap «Köpəyə ehsan» yadıma düşdü
Rüşvətə heykəl qoyacaqlar!
Nə gözəl təşəbbüs!
Özü də ruslar!
Yeri var.
Adətən, ölkədə rüşvətin Rusiyadan gəldiyi söylənilirdi...
İstər çar, istər sovet zamanında.
Bəs elə isə niyə müstəqillik dövründə rüşvət bizim ölkədə belə görünməmiş miqyas aldı?
Elə Rusiyada da ötən ilə nisbətən rüşvətin 5 dəfə artdığı bildirilir...
Bəlkə heç rüşvətin Vətəni yoxdur?!
Odur ey, dünən yazdığım bir xəbərə görə, rüşvət sözü ilk dəfə qədim şumerlərdə yazıya alınıbmış.
Ay dad!!!
Xəbəri yazarkən nə qədər təəccübləndiyimi görəydiniz!
Bəs indi neyləyək?
Şumerlərə əlimiz çatmaz.
Ruslara çatar.
Bəlkə Sankt Peterburqu qabaqlayaq?
Hələ 2013-cü ilin aprelinədək vaxtımız var.
Rusların müsabiqəsi o vaxt yekunlaşacaq.
Niyə də olmasın? Pul bizdə. Bir ilə dənizin içində o boyda büllur saray ucaltdıq.
Həvəs bizdə. Ötən ay o boyda «analoqsuz» yarışma keçirdik.
Təcrübə bizdə. O boyda Koroğluya bu boyda heykəl ucaltdıq.
Onda, haydı, işə başlayaq!
Bəs elə isə, rüşvətə qoyulan heykəl necə olsun?
Ruslar, deyilənə görə, abidəni tazı timsalında qoyacaqlar. Yəni köpək...
Bəs biz neyləyək?
Hansı heyvanı seçək?
Bəlkə ilan olsun?
Bəlkə qurbağa?
Bəlkə tovuzquşu?
Hə, rüşvət tovuzquşuna daha çox bənzəyir, məncə...
Elə rüşvətxorlar özləri də tovuzquşu kimi bəzəkli olmurlarmı?
Arvad-uşaqları heç nəyin dərdini çəkmir. Kef içində yaşayırlar.
Qışın şaxtasını veclərinə almırlar.
Yayın gəlməyi onları başqaları kimi qayğılandırmır.
Yayı harada keçirim-necə keçirim—kimi suallar yaranmır...
Amma...obraz kimi ilan da heç pis deyil.
Lənət şeytana, elə qurbağa da.
Bəlkə bu üç heyvanı birgə heykəlləşdirək?
Deyirəm, bəlkə heykəl... insan timsalında olsun?!
Ölkənin ən böyük korrupsionerinin heykəlini ucaldaq?...
Hm, bu bir az sürüşkən söhbət oldu...
Söhbəti dəyişim.
Bəs rüşvətə heykəl harada qoyulsun?
Heykələ nə qədər pul ayrılsın?
Onun nə qədəri heykələ, (nə qədəri...rüşvətə) sərf olunsun?
Söz sizdə...
Müəllifin fikirləri onun şəxsi mülahizələridir