-
BİR PRESEDENTSİZ SİYASİ OLAY
Quba olayları ilə ilgili bu günlərdə Şahin Abbasovun BBC-Russian saytında gedən yazısında bir presedentsiz fakt vurğulanır. Azərbaycan hakimiyyəti heç vaxt etirazçılara güzəşt etməmişdi. Qubada etdi.
Doğrudan da indiyənəcən hakimiyyətin hakimiyyətdə olmayanlara davranışının əsas düsturu belə idi: bir barmağını versən, hamısını istəyərlər (alman aforizmi), güzəşt etsən, qudurub başa çıxarlar (milli aforizm).
TARİXİ HAŞİYƏ
Həm Azərbaycan, həm də dünya tarixində bu düsturun xeyrinə min dənə fakt işləyir. Ortaçağ şairimiz Həqiqi Qaraqoyunluların banisi Qara Yusifin üçüncü oğlu idi və şeirlərində Fəzilüllahı ilahiləşdirərək hətta yazırdı ki, Onunla birləşmək Fəzilüllahla birləşməkdir. Ancaq bu əngəl olmadı ki, Təbrizdə qiyam qaldırdıqları üçün 100 hürufini, aralarında Fəzlin qızı da olmaqla, öldürsün. Niyə? Ona görə ki güzəşt etsəydi, qiyam onu yıxardı.
Ünlü rus filosofu Berdyayev yazır ki, 19-cu yüzilin rus intellegensiyası Dövləti sevmirdi. O dönəmin ziyalıları üçün Dövlət «onlar», «yadlar» idi. Bax, Dövlət bu ziyalılara dinmədiyi üçün də Bakuninlər və Leninlər Dövlətə nifrəti xeyli körüklədilər (bunu Berdyayev yox, bəndəniz əlavə edir).
Xalqı «qudurtmaq olmaz» Makiavelli sayağı düsturdur. Ancaq, axı, Makiavelli bunu da deyib: hakimiyyətdə süngüyə arxalanmaq olar, ancaq süngü üstündə oturmaq olmaz. Ərəb devrimləri bunu yaxşı göstərdi.
Beləcə, mən sanki öz xasiyyətimə qarşı çıxaraq bu düşüncəni dəstəkləmiş kimi görünürəm ki, hakimiyyət xalqa güzəşt etsə, zəif görünər və başını yeyərlər. Bu düşüncəni Makiavelli sayağı doğrultmaq istəyəndə, hətta belə bir məsləhət də vermək olar: xalq qəzəblənibsə, ona gücünü göstər. Sonra vaxt keçəndən sonra bu qəzəbə səbəb olan məsələni «xalqa sevginin» örnəyi kimi özün çöz.
ATAVİSTİK DÖVLƏT VƏ UYQAR İDARƏÇİLİK
Politologiyada, siyasətdə, artıq, çeynənmiş düsturlar var, «konfliktləri danışıqla çözmək», nə bilim, «xalqın qəzəbini yatırtmaq üçün islahatlar aparmaq». Bu böyük gerçəklər ona görə belə çeynənmiş və bezikdirici görünür ki, onların içində yer tutan bir neçə məqamı guya asanlıq və qısalıq üçün demirlər. Əvəzində asanlıq yox, axmaqlıq alınır. Məsələn, konfliktləri danışıqlarla çözmək nə deməkdir? Əslində o deməkdir ki, qarşı-qarşıya duranlar ilişgilərini gəlişmə ritminə, pilləkən strukturuna salmalıdırlar. Yəni, pilləyə ayaq basa-basa yuxarı qalxmalıdırlar, konfliktin çözümünə doğru qalxmalıdırlar. Bir çözüm yolu alınmayanda, o birisinə keçə-keçə axtarışda olmalıdırlar. Axtarışda ola-ola dəyişməlidirlər. Dəyişə-dəyişə elə bir səviyyəyə çata bilərlər ki, konfliktə nədən olan məsələ də daha konflikt etməyə layiq
sayılmasın.
Suriyada Bəşər Əsəd üçün artıq islahat aparmaq gecdir. Yəni, islahatı aparmaq o zaman doğru olar ki, bütün körpülər yanmamışdan islahat başlasın. Yoxsa, dövlətin başında duran kəs Qəddafi, Mübarək kimi qanlar tökəndən sonra islahata başlasa, bunun onun sağlığına, təhlükəsizliyinə dəxli olmayacaq.
Frənsis Fukuyamanın ilginc sözü var: bir dənə də ərəb iqtidarı Frankonun İspaniyada, Millətçi partiyanın Tayvanda, hərbi diktaturaların Brazilyada, Çilidə, Argentinada etdiyi kimi hakimiyətdən könüllü getməyib ki, demokratik toplum yaransın (sözsüz, bunun Türkiyəyə aidiyyəti yoxdur). Bir dənə də örnək yoxdur ki, İran körfəzinin varlı neft ölkələri bu varı dayanıqlı sənaye toplumunu yaratmağa sərf etsinlər.
BİZİM ÜÇÜN DƏRS
İndi qayıdaq Quba hadisəsinə. Çox böyük təhlükə var ki, Medianı belə bir ovqat bürüsün ki, Hakimiyyət Qubanın İcra başçısını çıxardısa, bu güzəşt onun sınmasını və ya ərəb devrimlərindən nəticə çıxarmasını göstərir (hərçənd Qubada tutulanların hamısı buraxılmayıbsa, ya da tutulanlara Azərbaycan məhkəməsi yox, uyqar, ədalətli məhkəmə qurulmayacaqsa, güzəşt elə də güzəşt olmayacaq).
Ancaq mənim söyləmək istədiyim bu da deyil. Bir politoloq yaxşı deyib - Batıda primitiv hakimiyyətə, yəni qaba repressiyalarla qorxutmaq yolu ilə iqtidarda qalmaq metoduna keçmişin faktı kimi, atavizm kimi baxırlar.
Yazıqlar olsun ki, bu metod Azərbaycanda hələ də atavizm sayılmır.
YAXIN GƏLƏCƏYİMİZ NECƏ OLA BİLƏR
Bütün bu söylədiklərimi gətirib bir düşüncəyə çıxarmaq istəyirəm. Azərbaycan hakimiyyətinin özü-özünü yeməsi durumu yaranıb: vəzifədə olanlar, artıq, «adamlar nə deyər» sorumunu, cavabdehliyini itiriblər. Yalnız «məndən yuxarıdakı nə deyər» qorxusu qalıb ki, bu qorxunu da azaltmaq vasitələri var (pul, kiminsə komandasında olmaq). Hətta SSRİ-də də hakimiyyət piramidası olmasına baxmayaraq, «adamlar nə deyər» hədəsi işləyirdi. Hətta bizim ölkə kimi məmləkətdə də Azad və Ədalətli Seçkiləri keçirməyən avtoritar rejimlərdə «adamlar nə deyər» mexanizmi işləmirsə, vəziyyət təkcə adamlar üçün yox, həm də bu dövlətin başında duran və ya duranlar üçün qorxuludur.
Hətta diktatura üçün də ən optimal siyasət təkcə yuxarının nəzarətini saxlamaq yox, müəyyən qədər «adamlar nə deyər» mexanizmini işə salmaqdır. Hakimiyyət xalqın qəzəbini nəzərə almadan «qudurarlar» düşünüb güzəşt etmirsə, məmurlar da «adamlar nə deyər» mexanizmi ilə hesablaşmırlar. Hakimiyyətin atavistik, kobud hədə, ataman bazbrutunda davranması budur.
Mənim Azərbaycan hakimiyyətindən demokratik islahatlar ummaq illüziyam yoxdur. Ancaq bu hakimiyyətin heç olmasa «səsini çıxaranı vurmaq» metodundan uzaqlaşıb diktaturanın uyqar formalarına keçməsinə hələ də ümidim qalır. Ona görə də deyirəm: «adamlar nə deyər» məsuliyyətini bilməyən, «burada bir kişi var, o da mənəm» psixologiyasında olan İcra başçılarının aradan getməsi lap yuxarıdakıların hamısına əlverişlidir. Onun üçün də elə hal yaranmalıdır ki, İcra başçıları, başqa başçılar insanları qəzəbləndirən mədəniyyətsizlikdən, qabalıqdan, harınlıqdan çəkinsinlər. Yəni qorxsunlar ki, adamlar qalxsalar, vəzifədən gedəcəklər və hakimiyyət güzəşt edərək onları güdaza verəcək.
Azərbaycanda bəlkə avtoritarizmin bu aşamasının, yəni mərhələsinin vaxtı gəlib çatıb? Bəlkə bu yeni mərhələdə yaşaya-yaşaya hakimiyyət və xalq arasında konfliktləri danışıqlarla çözmək mərhələsinə yetişəcəyik? Day etiraz edənləri dama basmayacağıq? Bəlkə bundan sonra islahatlar dönəminə adlamaq olacaq? Bəlkə bundan sonra Tayvandakı olan hadisə bizdə də olacaq?!
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.