Bəlkə bu sual bir qədər qəribə görünəcək, çünki ölkə indi siyasi partiyaların yeni yaranışı dövrünü yaşamır. Belə suallar adətən siyasi partiyalar yenicə formalaşmağa başlayanda meydana çıxır. Lakin indi siyasi partiyalar haqda yeni qanun hazırlanır. Bu elə bir qanundur ki, artıq Venesiya Komissiyasının iradlarını və bir o qədər müsbət olmayan rəyini qazanmağa nail olub. Onun təfərrüatları haqda artıq mətbuatda fikirlər səslənib. Burada maraq kəsb edə bilən məqam isə başqadır.
Tendensiya nəyi göstərir? Partiyaların qeydiyyat proseduraları və fəaliyyət prinsipləri sərtləşəcək, yoxsa mülayimləşəcək? Bu məsələ indi siyasi partiyaları düşündürən əsas məqamdır. Çox qəribədir ki, rəsmi dairələr qanunun bütün partiyaların rəyi nəzərə alınmaqla hazırlandığı haqda fikirlər səsləndirir. Amma əsas partiyaların bu müzakirələrə qatılması haqda heç nə məlum deyil. Onların funksionerləri belə müzakirələrin təşkili haqda məlumatsızdır və onlarda iştirak etmədiklərini bildirirlər. Maraqlıdır ki rəsmilər siyasi partiyalar haqda indi mövcud olan qanunu «siyasi fəaliyyət haqqında deklarasiya» adlandırırlar. Amma ölkənin siyasi institutları düz 18 ildir ki, bu qanunla tənzimlənir. Bu qanunda boşluq varsa, bu, daha çox partiyaların dövlət tərəfindən maliyyələşməsi ilə bağlı olan məqamlardır. Bu məsələnin yeni layihədə öz həllini tapması yaxşı hal olardı. Amma maraqlıdır ki, bəlkə də partiyaları ən çox maraqlandıra bilən bu məsələ haqda rəsmilər susurlar, onlar bu haqda danışmır və məsələni ictimaiyyətin və partiyaların müzakirəsinə çıxarmırlar. Digər məsələlər daha çox texniki xarakter daşıyan məqamlardır, lakin nədənsə diqqət elə məhz bu texniki məsələlərə cəlb edilir.
AZƏRBAYCANLILAR NƏ QƏDƏR SİYASİLƏŞİB?
Bu yaxınlarda mediaforum.az saytının keçirdiyi sorğunun nəticələrini əlüstü hesabladıq. Partiyaların üzvlərin sayı ilə bağlı etiraflarından belə məlum olur ki,
ölkədə 700 min partiya üzvü var və bunun təxminən 500 min nəfəri hakim partiyanın üzvüdür. Təbii ki, bu ədədlərə birmənalı şəkildə yanaşmaq çətindir, çünki əksər partiyalar öz üzvlərinin sayının 20 mindən az olmadığını bildirmişdi. Təkcə bir partiya – Sosial-Demokrat Partiyası öz üzvlərinin sayının 3000 nəfər olduğunu bildirmişdi. Ona görə də bu sorğuda inandırıcı görünən iki ədəd var – bunlardan biri hakim partiyanın üzvlərinin sayıdır, çünki bu partiya öz üzvlərinin sayını artırmaq üçün bütün üsullardan istifadə edir. Digər ədəd isə Sosial-Demokrat Partiyası ilə bağlıdır, bunları artıq qeyd etdik. Digər partiyaların «payına» 200 min nəfər düşür. İndi nəzərə alsaq ki, ölkədə qeydiyyatdan keçmiş 55 partiya var, bu, o qədər də çox görünmür. Amma ölkənin siyasi incəliklərinə yaxşı bələd olan adamlar bilir ki, bu, həddən çox şişirdilmiş ədəddir. Bütün hallarda, bu ədədin yarısını belə götürsək, söhbətin minimum 100 min adamdan getdiyi məlum olar. Ona görə də rəsmi dairələr unutmamalıdırlar ki, onların qəbul edəcəyi qanun öz partiyadaşlarından əlavə daha 100 min nəfərin siyasi hüquqlarını tənzimləyəcək.
Burada bir detalı da qeyd etmək istərdik. Ölkədə partiyaların hələ yetərincə inkişaf etmədiyini əsas gətirərək proporsional sistemi ləğv etmiş hakim partiya özünün 500 min üzvü olduğunu iddia edir. Bu, ölkənin ən böyük bölgələrindən birinin əhalisinin sayı qədərdir. Partiyaçılıq və siyasi fəallıq aşağı olarsa, bu, bütün partiyalara təsir etməlidir. Əks təqdirdə, belə hesab etmək olar ki, hakim partiya özündən də çox müxalif partiyaların mənafeyini düşünür...
PARTİYALARIN ÇOXLUĞUNUN ƏSAS SƏBƏBİ NƏDİR?
Artıq qeyd etdik ki, ölkədə qeydiyyatdan keçmiş 55 partiya var. Bu ədəd bir qədər düşünməyə sövq edir. Ölkədə partiyaların sayının çoxluğu qeydiyyat proseduralarının sadəliyi ilə bağlıdır, yoxsa başqa səbəb də var? Düşünürəm ki, məsələ proseduraların özündə deyil, ölkədə ədalətli və düzgün seçkilərin keçirilməməsi ilə bağlıdır. Partiyalar indi bilirlər ki, ölkədə ədalətli seçkilər keçirilmir, ona görə də güclü siyasi ittifaqlar yaratmağa, siyasi texnologiya və üsullardan yararlanmağa can atmır, hər biri hakimiyyətdən özünün çox kiçik «payını» qoparmağa çalışır.
Bu ölkədə Rusiya siyasi isteblişmentində səslənən fikirlərə diqqətlə yanaşırlar. Mən D.Medvedevin son çıxışlarından birini oxudum. O, deputatlığa namizədləri imza toplamaqdan azad etmək (!) və siyasi partiyaların qeydiyyatını sadələşdirmək (!) haqqında danışır. Düzü, Medvedevin hakimiyyətinə çox az qaldığından mən də inanmıram ki, o, bunu reallaşdıra bilsin. Lakin söhbət tendensiyadan gedir. Hamı sadəliyə can atır, o cümlədən də siyasətdə.
Normal ölkələrdə bir prinsip var: vətəndaşlar üçün rahatdırsa, hakimiyyət üçün də rahatdır! Bəlkə elə əsas prinsip kimi bunları götürmək lazımdır?..
Bunlar müəllifin şəxsi təhlillərinin nəticələridir.