.
Azərbaycan hökuməti gələn ilin büdcəsini parlamentdə müzakirə edərkən eyni zamanda 2016-ci ilədək olan dövrdə ölkə iqtisadiyyatının inkişafına dair proqnozlarını da təqdim etmişdi.
Bu məlumatlar o qədər də ölkə mətbuatında geniş işıqlandırılmadı. Bəlkə də ona görə ki, Azərbaycanda adətən hava proqnozundan başqa digər öncəgörmələrə əhali elə də əhəmiyyət vermir. Çünki praktikada özünü doğruldan hökumət proqnozları bəlkə də təsadüf nəticəsində olanlardır.
Hökumətin proqnozları
2012-ci ildə neft və qaz sektoruna 4 mlrd 268 mln. manat investisiya yatırılması proqnozlaşdırılır. Qeyd etmək lazımdır ki, bu vəsait ümumilikdə ölkə iqtisadiyyatına yönəldiləcək investisiyaların 31,6%-ni təşkil etməlidir.
Gələn il təqribən 2 mlrd. manat vəsait təkcə “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi layihəsi çərçivəsində xərclənəcək. Bunun da əsas hissəsi “Çıraq” yatağında quraşdırılacaq yeni hasilat platformasının tikintisinə yönəldiləcək.
Belə ki, tikinti işlərinin əsas hissəsi 2012-ci ildə yekunlaşmalıdır ki, 2013-ü ildə sözügedən platformanı dənizdə quraşdırıb ondan neft hasilatına başlamaq mümkün olsun.
Bunun sayəsində 2014-cü ildə AÇG-də neft hasilatının “pik” həddinə (bəzi məlumatlara görə 44 mln. tonadək – İ.Ş.) çatdırılması proqnoz edilir.
Gələn ilin aprel ayında həmçinin “Günəşli” yatağının dərinsulu hissəsində BP şirkəti hasilat platformasına bəzi modernizasiya işləri aparmağı planlaşdırır. Bu, hasilatın dəniz şəraitində daha təhlükəsiz aparılması və sualtı nəqletmə sisteminin dayanıqlığının artırılması məqsədilə ediləcək.
Təbii ki, gələn ilin əvvəlində “Şah-dəniz” yatağının “Mərhələ-2” layihəsinin Azərbaycan hökuməti tərəfindən sanksiyalaşdırılması gözlənir. Bundan sonra “Mərhələ-2” layihəsi çərçivəsində qızğın işlər başlamalıdır. Təkcə onu qeyd etmək lazımdır ki, bu layihə üzrə işlərə artıq 600 nəfərlik bir heyət cəlb olunub.
Dövlət Neft Şirkətinin (SOCAR) ölkə içi layihələri də kifayət qədər kapitalyönümlüdür.
Belə ki, əsas işlərdən biri ölkənin qazlaşdırılması ilə bağlı dövlət proqramının yerinə yetirilməsi olacaq. SOCAR 2013-cü ilin sonuna kimi ölkənin bütün qaz nəql sisteminin, o cümlədən paylayıcı şəbəkələrin modernizə edilməsini və yaşayış məntəqələrinin qaz təminatının hazırkı 83%-dən 95%-dək yüksəldilməsi öhdəliyi götürüb.
2012-cü ilin mayınadək Almaniyanın E.ON Ruhrgas A.G. şirkəti Bakı və Abşeron yarımadasının qaz təsərrüfatının təchizatına dair texniki-iqtisadi əsaslandırılmasını hazırlamalıdır və bundan sonra SOCAR optimal idarəçiliklə bağlı qərar çıxarmalıdır.
SOCAR rəsmilərinin açıqladığına görə, “Azəriqaz” onların tabeçiliyinə keçdikdən sonra aparılan modernizasiya işləri nəticəsində təbii qazın nəqli və paylanması vaxtı texniki itkilərinin qarşısını nə az, nə çox – düz 37% almaq mümkün olub və yaxın iki ildə bu göstəricini minimuma endirmək bir məqsəd kimi qarşıya qoyulub. Buna isə milyard manatdan çox investisiya lazım olacaq.
İnvestisiyalar cədvəli (mln. manatla):
Hökumətin arzusu
Hökumətin başqa bir proqnozu isə yaxın 4 ildə getdikcə neft sektorunun ölkənin ümumi daxili məhsuldakı (ÜDM) payının azalması və onun yerinin qeyri-neft sektoru ilə əvəzlənməsi ilə əlaqədardır. Hökumət bəyan edir ki, 2010-cu ildə neft sektorunun ÜDM-dəki payı 48,5%-dirsə, aparılacaq siyasət nəticəsində 2015-ci ildə 29,3%-ə düşmək ehtimalı var.
Bu proqnozları da tərtib edərkən 2013-cü ildən neftin qiymətinin artıq 80 dollardan aşağı düşəcəyi ehtimaldan çıxış edildiyi gözə çarpır. Həm də hökumət sanki 2013-cü ilin sentyabrından “Çıraq” yatağında II hasilat platformasının işə düşəcəyini bilərəkdən nəzərə almır.
Nəzərə alınmayan daha ciddi bir arqument var. O da “Şah-dəniz” yatağının “Mərhələ-1” layihəsi üzrə qaz hasilatının 2013-cü ildən artması ola bilər. Belə ki, hazırda bu yataqdan ixrac edilən qazın həcmi cari ildə 5 mlrd. ətrafında olsa da, Türkiyə tərəfi müqavilə şərtlərinə əməl etdiyi təqdirdə (tranzit ödəmələri də nəzərə alınmaqla) ixrac həcmi 7 mlrd. kubmetrədək yüksələ bilər.
Başqa bir tərəfdən, hökumət ÜDM-də qeyri-neft sektorunun payının real artımını təbii ki, Neft Fondundan ayrılan vəsaitlərin tikinti və infrastruktur layihələrinə yönəldilməsi ilə görür (cədvələ diqqət yetirmək kifayətdir) və belə bir arzu ilə yaşayır ki, bunun nəticəsində yaxın gələcəkdə ölkədə xidmət sektoru böyük sürətlə inkişaf edəcək.
Ancaq bir var xidmət obyekti açmaq, bir də var onu işlətmək. Məncə, bu məfhumlar arasında böyük fərq var: hətta son 5 il ərzində belə bu sahədə dayanıqlı biznes qurumları belə çox azdırlar və onların hələ ki, ÜDM-ə yetərli töhfə vermək şansları zəifdir.
Adicə bir misal, Azərbaycanda hər adamın mobil telefonu var və mobil rabitədə monopoliya yoxdur. Bu sahənin gəliri 2010-cu ildə cəmi 782 mln. manat təşkil edib ki, bu da ÜDM-in 1,8%-dir. Azərbaycanda turistlərin yerləşdirilməsi və iaşə xidmətlərinin ÜDM-də payı 1,3%, ticarət obyektlərinə xidmətlər və nəqliyyat vasitələrinə təmir xidmətlərinin payı isə (bu böyük çeşidli bir sahədir) 6,7%-ə çatır.
Faktlar tam başqa şeylər deyir
Hökumətin öncəgörmə siyasətindəki qüsurlardan ən böyüyü isə budur ki, 2013-2017-cı illər “Mərhələ-2” layihəsi üzrə infrastrukturla birlikdə təqribən 22 mlrd. dollar əsaslı kapital qoyuluşu olacaq ki, bunun da 90%-i Azərbaycanda xərclənəcək.
Bundan əlavə, 2013-2020-ci illərdə Qaradağ rayonunda qiyməti 13-14 mlrd. dollar olacaq neft-kimya kompleksinin tikintisi həyata keçiriləcək.
2012-ci ildə “Azəri-Çıraq-Günəşli” yataqlarının dərin qatlarındakı qaz laylarının işlənməsi üzrə BP şirkəti ilə yeni PSA tipli müqavilənin bağlanması planlaşdırılıb. Bu layihənin gerçəkləşdirilməsi üçün 2017-ci ilədək ən azı 6 mlrd. dollar vəsait xərclənəcək.
Təbii ki, 2021-ci ilədək “Abşeron” yatağının işlənməsi və buradan hasil edilən qazın yeni boru kəməri ilə dünya bazarına çıxarılması məsələsi var gündəmdə və bu layihə də 10 milyard dollardan az qiymətə başa gəlməyəcək. Mən hələ “Ümid” və “Babək” kimi kapitalyönümlü layihələrdən danışmıram.
Belə olan tərzdə hansı əsaslarla qeyri-neft sektorunun neft sektorunu üstələnməsindən söhbət gedə bilər?
Xəbər analizi
Azərbaycan hökuməti gələn ilin büdcəsini parlamentdə müzakirə edərkən eyni zamanda 2016-ci ilədək olan dövrdə ölkə iqtisadiyyatının inkişafına dair proqnozlarını da təqdim etmişdi.
Bu məlumatlar o qədər də ölkə mətbuatında geniş işıqlandırılmadı. Bəlkə də ona görə ki, Azərbaycanda adətən hava proqnozundan başqa digər öncəgörmələrə əhali elə də əhəmiyyət vermir. Çünki praktikada özünü doğruldan hökumət proqnozları bəlkə də təsadüf nəticəsində olanlardır.
Hökumətin proqnozları
2012-ci ildə neft və qaz sektoruna 4 mlrd 268 mln. manat investisiya yatırılması proqnozlaşdırılır. Qeyd etmək lazımdır ki, bu vəsait ümumilikdə ölkə iqtisadiyyatına yönəldiləcək investisiyaların 31,6%-ni təşkil etməlidir.
Gələn il təqribən 2 mlrd. manat vəsait təkcə “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi layihəsi çərçivəsində xərclənəcək. Bunun da əsas hissəsi “Çıraq” yatağında quraşdırılacaq yeni hasilat platformasının tikintisinə yönəldiləcək.
Belə ki, tikinti işlərinin əsas hissəsi 2012-ci ildə yekunlaşmalıdır ki, 2013-ü ildə sözügedən platformanı dənizdə quraşdırıb ondan neft hasilatına başlamaq mümkün olsun.
Bunun sayəsində 2014-cü ildə AÇG-də neft hasilatının “pik” həddinə (bəzi məlumatlara görə 44 mln. tonadək – İ.Ş.) çatdırılması proqnoz edilir.
Gələn ilin aprel ayında həmçinin “Günəşli” yatağının dərinsulu hissəsində BP şirkəti hasilat platformasına bəzi modernizasiya işləri aparmağı planlaşdırır. Bu, hasilatın dəniz şəraitində daha təhlükəsiz aparılması və sualtı nəqletmə sisteminin dayanıqlığının artırılması məqsədilə ediləcək.
|
Dövlət Neft Şirkətinin (SOCAR) ölkə içi layihələri də kifayət qədər kapitalyönümlüdür.
Belə ki, əsas işlərdən biri ölkənin qazlaşdırılması ilə bağlı dövlət proqramının yerinə yetirilməsi olacaq. SOCAR 2013-cü ilin sonuna kimi ölkənin bütün qaz nəql sisteminin, o cümlədən paylayıcı şəbəkələrin modernizə edilməsini və yaşayış məntəqələrinin qaz təminatının hazırkı 83%-dən 95%-dək yüksəldilməsi öhdəliyi götürüb.
2012-cü ilin mayınadək Almaniyanın E.ON Ruhrgas A.G. şirkəti Bakı və Abşeron yarımadasının qaz təsərrüfatının təchizatına dair texniki-iqtisadi əsaslandırılmasını hazırlamalıdır və bundan sonra SOCAR optimal idarəçiliklə bağlı qərar çıxarmalıdır.
SOCAR rəsmilərinin açıqladığına görə, “Azəriqaz” onların tabeçiliyinə keçdikdən sonra aparılan modernizasiya işləri nəticəsində təbii qazın nəqli və paylanması vaxtı texniki itkilərinin qarşısını nə az, nə çox – düz 37% almaq mümkün olub və yaxın iki ildə bu göstəricini minimuma endirmək bir məqsəd kimi qarşıya qoyulub. Buna isə milyard manatdan çox investisiya lazım olacaq.
İnvestisiyalar cədvəli (mln. manatla):
2012-ci il | 2013-cü il | 2014-cü il | 2015-ci il | |
Neft-qaz sektoru | 4268,0 | 5477,6 | 5574,7 | 5053,2 |
Qeyri-neft sektoru | 9224,7 | 9728,3 | 11101,4 | 12425,9 |
Büdcədən investisiyalar | 7452,8 | 7581,0 | 7954,8 | 8328,9 |
Özəl sektordan investisiyalar | 6039,8 | 7624,9 | 8721,3 | 9150,2 |