Milli bayramlarda adama ikili hiss hakim kəsilir. Bir tərəfdən qürur və iftixar, o biri tərəfdən isə peşmançılıq... Ona görə peşmançılıq deyirəm ki, indi bu ölkədə tarixə də ikili münasibət var: o, ya unutdurulur, ya da ki, elə təhrif və təqdim edilir ki, adam bilmir, nə etsin. Sanki bu millətin böyüklüyünü ondan gizlətmək istəyirlər.
Bəli, minlərlə insanın toplaşdığı Azadlıq meydanı, ya da gecə vaxtı küçələri adamla dolu Bakı... Bunlar həqiqətən də çox möhtəşəm tarixi epizodlar, mənzərələrdir. Keçmişlə bağlı mənim bircə peşmançılığım var. O da budur ki, niyə həmin günlərdə gündəlik yazmadım. Sözsüz, yazan var, söhbət bundan getmir. Amma hər insanın öz baxış bucağı olur, hadisə və onun təfərrüatlarına münasibət də fərqli olur, çünki polyar baxış, polyar münasibət həmişə qüsurludur. Birisi o illərdə yalnız qəhrəmanlıq epizodları görür, digəri isə tarixi daltonizmdən əziyyət çəkir və fürsət axtarır ki, ölkədə baş verən tarixi prosesləri yalnız ovaxtkı «geosiyasi reallıqların» nəticəsi kimi təqdim etsin. Əslində isə bunların hər ikisi vardı, bəlkə hələ başqa bir detallar da mövcud idi.
İndi çox şey demək olar, çox şey yazmaq olar. Hər halda, düz 23 il bundan əvvəl Azadlıq meydanının möhtəşəm tribunasında dayanan adamlar indi məhbəsdə olmaya da bilərdilər. Ən azı onlar məhbəsə «xuliqanlıq törətdiklərinə» görə deyil, başqa motivlərə görə düşə bilərdilər. Amma rusların məşhur bir məsəli var: biz güman edirik, Allah isə sərəncam verir...
OPTİMİZM ÜÇÜN ƏSAS VARMI?
Bəli, nə qədər qəribə olsa da, hər halda var. Mən ötən illəri, hətta 18 ili belə faydasız hesab etmirəm.
Biz bir çox hallarda hər şeyi dünyanın nəbzi ilə və ritmi ilə ölçməyə meylliyik. Düşünürük ki, haradasa bir şey elə bu cür olursa, bizdə də belə olmalıdır. Haradasa güclü cəmiyyət varsa, yaxşı hökumət varsa, burada da olmalıdır. Amma biz demokratiya yolunda təzəcə, hələ büdrəyə-büdrəyə yeriyən uşaqlara bənzəyirik, yıxılırıq, dururuq, əl və qıçımız sıyrılır, əzilir. Amma mən əminəm ki, yeriyəcəyik. Elə məşhur türk şərqisində deyilən kimi: yarın uçacağıq... Bəli, 1988-ci ildən 1992-ci ilə qədər tribunalarda «azadlıq» deyə hayqıranların bir hissəsi 93-cü ildə parlament tribunasından ittiham nitqi ilə çıxış etdilər. Onları indi qınamağın mənası və yeri yoxdur. Ən azı ona görə ki, onlar H.Əliyev hakimiyyətində də özlərinə yer «tapa» bilmədilər.
Ovaxtkı hadisələr nə göstərdi? Azadlıq məsələsində də bir tələb – təklif məsələsi olmalıdır. Təklif tələbi üstələyəndə, malların və xidmətlərin qiyməti aşağı düşdüyü kimi azadlığın da dəyəri itir. Cəmiyyət o qədər azadlığı birdən-birə həzm etmək iqtidarında deyildi. Totalitar rejim insanlara 70 il ərzində başqa bir psixologiya aşılamışdı və insanlar dövlətin nəzarəti azalan bütün sferalara azadlıq üçün meydan kimi deyil, qorxuducu bir boşluq kimi baxırdı. İndi başqa bir proses baş verir. Biz bir vaxtlar qəbul edə bilmədiyimiz azadlığı indi qram-qram, hissə-hissə almağa cəhd edir və bunun üçün hətta məhrumiyyətlərə dözürük. Bunları «İnsanlar azadlığa hələ hazır deyil!» tezisinin təsdiqi kimi qəbul etmək lazım deyil. Hər şey bir qədər başqa cürdür və mürəkkəbdir. Azadlıq da hədiyyə kimi təqdim edilən vaxt o da öz dəyərində olmur. Amma azadlıq alınanda, onun hər kiçik hissə və «paraqrafları» uğrunda mübarizə gedəndə, o, dönməz olur.
NƏLƏR QALACAQ, NƏLƏR GEDƏCƏK?
Bir az əvvəldə qeyd etdim ki, bütün çətinliklərə baxmayaraq optimistəm. Bir də bayram günü xoş sözlər yazmaq istədim. Təbii ki, proseslərin sürəti çox adamı qane etmir, bir çox proseslər daha sürətlə gedə bilərdi. Amma bizlər də buyuq, başqa cür deyilik! Nə etmək olar? Heç azca uca bir yerdən indiki Bakıya tamaşa etmisinizmi? Bəli, o tikilir, qurulur. Mən bunu indiki hökumət haqda tam müsbət rəy yaratmaq üçün demirəm, çünki onlar bu 18 ildə daha çox şey edə bilərdilər. Üstəlik, neftdən gələn gəlirlərin neçə faizi binalara və tikililərə çevrilir, neçə faizi mənimsənilir, bu haqda da susuram. Özümə bir onunla təskinlik verirəm ki, qalan tikilənlər olacaq, heç bir kim onları özü ilə aparmayacaq, çünki bu bizim şəhərdir, bizim ölkədir.
Hakimiyyətlər davamlı ola bilir, amma əbədi ola bilmir. Hətta ala – babat bir binanın da ömrü belə hakimiyyətlərin ömründən çox olur. Qərəz, məşhur bir filmdə deyildiyi kimi, gəlin biz də təkrar edək: bu mənim ölkəm, mənim şəhərimdir, bu isə mənəm!
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.