Xarici işlər naziri E.Məmmədyarovun bir mətbuat konfransında «Azərbaycan hesab edir ki, açıq qalan məsələlərin müzakirəsi ilə yanaşı, artıq razılaşdırılmış prinsiplər əsasında siyasi sazişin mətni üzərində iş aparmaq olar» deməsi Qarabağ prosesinin gedişilə bağlı yaranan dolaşıq təəssüratı bir az da mürəkkəbləşdirdi. Təsadüfi deyil ki, bunu bir çoxları Azərbaycanın növbəti güzəşti kimi qəbul etdi, çünki təbii sual yaranırdı: hələ «açıq qalan məsələlər» varsa, onlarla bağlı konsensus hələ əldə edilməyibsə, necə sülh sazişi imzalamaq olar?
Nazirin sözlərindən belə nəticə hasil etmək olar ki, o, bir növ paralel proses təklif edir, həm bəzi məsələlərlə bağlı danışıqlar davam edir, həm də artıq razılaşdırılmış prinsip əsasında sülh sazişi imzalanır. Amma belə hal o vaxt ola bilərdi ki, tərəflər münaqişənin həllinin mərhələli variantını qəbul etsin, sülh haqqında hələki çərçivə sazişi imzalasınlar. Ermənistan məlum olduğu kimi hələ də ən əsas prinsipin, münaqişənin mərhələli həll variantının ətrafında, necə deyərlər, «var-gəl» edir, gah onu qəbul etdiyini bildirir, gah da bunun əksini bəyan edir.
Bakının da tələskənliyini başa düşmək mümkündür. Son vaxtlarda ən müxtəlif diplomatik dairələr tərəfindən indiki status-kvonun davam etməsi qeyri-məqbul hal kimi qiymətləndirilib. Bunu hətta bu yaxınlarda regiona səfəri zamanı Fransa prezidenti N.Sarkozi də bəyan etmişdi.
Düzdür, hələlik məlum deyil ki, belə deyəndə xarici dövlətlər nəyi nəzərdə tutur? Onlar belə dedikdə diplomatik prosesi, danışıqların hələ də nəticəsiz qalmasını nəzərə alırlar, yoxsa bu fikri işğal faktına tətbiqən deyirlər? Bütün hallarda, Bakı bu tezisə öz mövqeyini gücləndirən bir amil kimi baxır.
RƏSMİ BAKI PAT VƏZİYYƏTİNDƏDİR
Bəli, indiki vəziyyəti yalnız belə qiymətləndirmək olar. Uzun müddət ümidlər vardı ki, ağır iqtisadi vəziyyət, acınacaqlı sosial durum,
regional layihələrdə iştirak etməmək, nəhayət, Azərbaycanın artan iqtisadi, diplomatik, eləcə də hərbi resursları Ermənistanı sülh sazişi imzalamağa vadar edəcək.
Əliyevin çıxışlarında tez-tez belə bir tezis də vurğulanır ki, Azərbaycan öz qarşısına hərbi büdcəsini Ermənistanın bütün büdcəsinə çatdırmaq vəzifəsi qoymuş və son illərdə ardıcıl olaraq buna çalışmışdı. Bəli, indi bu məqsədə çatılıb.
Lakin bu da Ermənistanı geri çəkilməyə sövq etmədi və vəziyyət əvvəlki tək «nə müharibə, nə də sülh» halında qaldı və bir daha bununla bağlı eyforik ümidlərə qapılmamağa sövq etdi. Heç nə, nə azalmaq üzrə olan demoqrafik göstəricilər, nə tükənməkdə olan iqtisadi resurslar da hələ Ermənistanı sülhə məcbur edə bilmir.
İndi rəsmi Bakı özünün hərbi ritorikasına da bir az ara verib. Bunu qarşıdan gələn beynəlxalq festival ilə əlaqələndirirlər. Amma çox güman ki, əsas səbəb bu, deyil. Rusiyanın siyasi dairələrinin, eləcə də Qərb diplomatlarının dəfələrlə münaqişənin hərb yolu ilə həllini görmədikləri barədə söylədikləri Bakını təbii ki, müəyyən qədər çəkindirir.
Elə bu günlərdə Bakıda səfərdə olan ABŞ Dövlət katibinin birinci müavini də bu detalı vurğuladı, Fransa da belə deyir, Rusiya isə Azərbaycan siyasətçilərini «Gürcüstanla müharibədən dərs götürməyə» səsləyir. Demək olar ki, rəsmi Bakı «öz dərsini» artıq lazımınca götürüb, daha hərbi hədələr əvvəlki intensivliyini itirib.
Bu prosesdə ən pis cəhət budur ki, onun hələki sonu görünmür...
MÜNAQİŞƏNİN DEYİLMƏYƏN TƏRƏFİ
Adam düşünür ki, artıq 23 il davam edən münaqişə haqda deyilməyən söz varmı?
Bir həqiqət var ki, Minsk Qrupunun hər üç həmsədri Ermənistana qarşı hiss olunacaq loyallığı ilə seçilir. Səbəb də budur ki, zaman keçdikcə lobbi real bir fakt kimi özünü təsdiq edir. Bu, acı bir reallıqdır.
Özlərinin erməni əsilli seçiciləri qarşısında öhdəliklər götürən həmsədrlər Ermənistana hətta kiçik dəstək vermək üçün sözün əsl mənasında dəridən-qabıqdan çıxırlar. Sürix protokollarının imzalanması prosesi çoxunun yadındadır, hər bir həmsədr ölkə çalışırdı ki, bunu məhz özünün siyasi töhfəsi, diplomatik qələbəsi kimi qələmə versin. Amma diplomatiyanın bəzəkli işıqları fonunda bir acı reallıq özünü büruzə verir: 23 ildən sonra Azərbaycan öz ərazisində vətəndaşlarını qorumaq üçün daş çəpərlər çəkir...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.