Suallar da cürbəcür olur. Suallar var ki, onlar daha çox ritorik məzmun kəsb edir, çünki bu cür suallara səlahiyyət sahibləri cavab axtarmağa cəhd etmir, cavab axtaranların isə bir qayda olaraq səlahiyyəti olmur. Elə korrupsiya da bəzi ölkələrdə bu cür suallardan biridir. Əvvəl ciddi-cəhdlə onu inkar edir, daha sonra hiss edəndə ki, artıq necə deyərlər, məsələni ört-basdır etmək mümkün deyil, başlayırlar təşəbbüsü ələ almağa və bu haqda hamıdan çox özləri danışmağa. Birinci mərhələdə bu ancaq sırf filoloji məzmun kəsb edir və sözçülükdən başqa bir şey olmur. Şüarlar, plakatlar, aforizmlər meydana çıxır. Daha sonra ikinci mərhələ gəlir. Bu mərhələdə hakimiyyət eşelonunda aşağı səviyyələrdə təmsil olunan məmurlar cəzalandırılır. Sonra isə üçüncü mərhələ gəlir. Bu, artıq təslimçilik mərhələsidir. Zahirən belə bir təəssürat yaranır ki, hökumət inzibati yolla mübarizə aparır, təbliğatla məşğul olur və çoxlu adamları cəzalandırır, amma korrupsiyanın kökünü kəsmək, onu azca da olsa cilovlamaq mümkün olmur. Bu mərhələdə hökumət korrupsiyanı bir sosial bəla, az qala mentalitetlə bağlı bir problem elan edir.
Azərbaycan indi məhz belə bir mərhələni yaşayır. Hakimiyyət təmsilçiləri korrupsiyanın artıq sosial bəlaya çevrilməsindən, onun sosio-psixoloji tərəflərindən böyük bir həvəslə danışır, başqa ölkələrdən sitatlar, misallar gətirməyi sevirlər. Amma onlara deyəndə ki, sınaqdan keçirilməmiş daha bir üsul var və bunun da adı islahatdır, onlar ya söhbəti dəyişir, ya da rişxənd edirlər. Çünki bu yol siyasi sistemin, mülkiyyət münasibətlərinin dəyişməsini tələb edir. Mən bu haqda müxalifətin demokratiyaya yumşaq keçidlə bağlı hazırladığı təkliflərə hakim partiyanın necə münasibət bəslədiyini görəndə, bir daha fikirləşdim. Onlar rişxənd edir, ona görə ki, hamısı mövcud siyasi - iqtisadi oyun qaydalarının iştirakçılarıdır, bu qaydaları dəyişmək onlara qətiyyən sərf etmir. Ona görə də problemlə bağlı sual yaranır: korrupsiyanın aradan götürülməsi üçün bu gün nəyə daha çox ehtiyac var? Cəmiyyətin psixologiyasının dəyişməsinə, yoxsa hakimiyyət təmsilçilərinin siyasətə, iqtisadiyyata münasibətinin tam dəyişməsinə? Ölkə ilə azacıq tanışlığı olan adam elə dərhal bu sualın ikinci hissəsinin üzərində dayanardı. Hakimiyyət təmsilçiləri də məsələnin elə bu tərəfini qəbul etsəydilər, onda ciddi bir resept də tapmaq olardı.
ANTİ-KORRUPSİYA METODLARI
Bircə anlığa qəbul etsək ki, hər şey qaydasındadır, onda əvvəlcə gərəkdir ki, bir tezisi qəbul edək. Korrupsiyanın potensial mənbəyi dövlət mülkiyyətidir. Bəli, məhz özəlləşdirilməmiş sektor həmişə korrupsiyaya meydan açır. Ona görə də bir daha üç mühüm faktoru yada salmaq lazımdır: bu, özəlləşdirmə, inhisarsızlaşdırma və liberallaşdırmadır. Azərbaycanda məmurların, dövlət adamlarının inhisarçılığından, necə deyərlər, personal inhisarçılıqdan əlavə həm də bir təbii inhisarlar var. Böyük sektorlar mövcuddur ki, onlar hələ də özəlləşdirilməyib, istehsal və paylaşdırma prosesləri biri-birindən hələ də ayrılmayıb. Elektrik, su, qaz kimi böyük sahələr hələ də dövlətin nəzarətində qalıb. Bu sektorlar əsl inhisarçılardır, onlar paylama və satış prosesinin tam şəffaflaşdırılmasına mane olur. Prinsipcə, yeni texnologiya tətbiq olunur və istehlakçılardan vəsait tam şəkildə yığılır. Lakin buna baxmayaraq elə yenə də bu sektorların dövlətə borcu yaranır. Bu borc haradan yaranır? Bu sektorlar optimal satış prosesini təşkil edə bilmirsə, satışı və paylaşdırmanı onların nəzarətində saxlamağa ehtiyac varmı?
STİMULLAŞDIRILAN KORRUPSİYA
Bir az əvvəl dediklərimiz iqtisadiyyatın xarakterindən yaranan korrupsiyadır və bir çox ölkələr bundan özəlləşdirmə prosesini dərinləşdirməklə qurtulur.
Amma biri də var stimullaşdırılan korrupsiya. O, iqtisadiyyatın xarakterindən yaranmır, daha çox siyasi sistemlə bağlıdır.
Azərbaycanda korrupsiya bu növdəndir. Total rüşvət sistemi – bəlkə onu bu cür adlandırsaq, daha düzgün olardı. Bunun fəlsəfəsi çox sadədir: aşağıdan yuxarıya doğru rüşvət piramidası meydana çıxır, rüşvətdən kənarda qalan dövlət strukturu mövcud olmur. Korrupsiya ilə mübarizə gülünc tezis üzərində qurulur: biz alacağıq, amma siz almayın! Aşağı ranqlı məmurlara belə siqnallar verənlər unudur ki, yuxarıların payı aşağıda olanların aldıqları əsasında formalaşır. Necə deyərlər, rüşvət piramidası öz məntiqini diktə edir. Ya bu məntiqdən çıxmaq lazımdır, ya da ki, onunla birdəfəlik barışmaq.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.