İndi görüntü üçün çox şey etmək olar. Lap «Korrupsiyaya qarşı mübarizədə göstərdiyi şücaətə görə» medalını təsis etmək olar, ya da ki vicdanlı əməyə görə əvvəllər olduğu kimi indi də «Kapitalist əməyi qəhrəmanı» adı vermək olar. Amma kampaniyanın ciddiliyi onun ətrafında qaldırılmış hay – küylə və ucuz təbliğatla ölçülmür. Hər şey olduqca sadədir, korrupsiyaya qarşı savaş zəruri yerdən başlamadı. Bəlkə hər şey yüksək rütbəlilərin biznesi, mülkləri haqda yazılanlara və deyilənlərə aydınlıq gətirməkdən başlamalı idi. Şəxsən mən bu haqda, eləcə də digər məsələlər haqqındaca hər hansı ciddi izahata rast gəlmədim. Belə təəssürat yaranır ki, korrupsiyanı, rüşvəti də ən yüksək təbəqə üçün imtiyaza çevirmək istəyirlər, necə deyərlər, «onlara olar, amma siz bununla məşğul olmamalısınız!». Belə siyasət isə heç bir nəticə verməz. Ağrıkəsici dərman ağrını müalicə etmir, sadəcə onu keyləşdirir. Bəli, indilər korrupsiyaya qarşı mübarizə də belə xarakter alıb.
Çox qəribədir. Təkcə bu son vaxtlarda beynəlxalq aləmdə ilk baxışda adi görünən məsələlər ilə bağlı çox böyük qalmaqallar olub. Bu qalmaqalların hamısı istefalarla nəticələnib. Dövlət məmuruna, yüksək rütbəli şəxsə etimadın bir limiti olmalıdır, ya yox!
Azərbaycanın bəlası budur ki, bu ölkədə belə bir limit yoxdur. İndi Rusiyada D.Medvedev məmurları «etimadı itirdiklərinə görə» işdən azad edir.
İCTİMAİ RƏYƏ SAYĞISIZLIQ
İstər Rusiyada, istərsə də qonşu ölkələrdə hələ də məmurların mədəniyyəti ilə, dövlət qulluğu mədəniyyəti ilə bağlı ciddi problemlər var, heç kim imici ilə, ictimai rəydəki yeri ilə bağlı narahatlıq keçirmir. Yüksək rütbəli məmurlar var ki, qəzetlər heç olmasa həftədə bir dəfə onlarla bağlı ön səhifəyə xəbər çıxarır, onları qalmaqalda, rüşvətdə ittiham edir. Bu xəbərlərin hamısı yalan ola bilməz axı! Üstəlik, bu ölkədə məmurlar qəzetləri məhkəməyə vermək və onları bağlatdırmaq üçün ən kiçik fürsəti belə əldən vermirlər! Deməli, söz ən azı ictimai rəyə sayğısızlıqdan gedir və onlar nələrinsə cəmiyyətə məlum olmasından, nələrinsə aşkar olmasından ehtiyat etmirlər. Hökumət iclasları çox qəribə tonda keçir: hər şey yaxşıdır, hər yaxşı gedir, bu cür iqtisadiyyat heç bir yerdə yoxdur! Bu müzakirələr hətta vaxtilə H.Əliyevin belə keçirdiyi müzakirələrdən fərqlənir. Onda məmurlar özlərini çox narahat hiss edirdilər və bəzən də ciddi tənqid olunurdular. Amma indi hər şey olduqca rahat və sakit keçir, prezident vətəndaşların eşitmədiyi çıxışları ümumiləşdirir, aydın olur ki, «heç bir problem yoxdur», hökumət lap «saat kimi işləyir». Lakin bu ən naşı adamda belə ironiya doğurur. Təbii ki, hər bir hakimiyyətin özünün bir xüsusi, cari maraqları var, o, öz içindəki problemləri daha dar çərçivədə müzakirə etməyə üstünlük verir ki, müxalifət üçün tənqid etməyə, hökuməti gözdən salmağa predmet verməsin. Bunu başa düşmək olar. Amma məmur elitasının dəyişməz tərkibinə baxanda, bunun elə olduğuna inana bilmirsən.
KEÇMİŞ NƏ DEYİR?
Dünən iyulun 14 – ü idi. Bu, H.Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi gündür. H.Əliyev hakimiyyətinin ilk günlərindən korrupsiyaya, onda deyildiyi kimi, rüşvətxorluğa qarşı mübarizə şüarı ilə gündəmə gəlib. Bircə anlığa bu mübarizənin səmimiliyinə və doğruluğuna inanmaq istəyirəm. 42 il keçib o vaxtdan, hələ də korrupsiyadan danışırlar, onunla mübarizə aparır və kökünü kəsə bilmirlər! Deməli, ya həqiqi mübarizə yoxdur, ya da ki... Ən azı bu 42 ildə bir nəticə çıxarmaq olardı. Söhbət nədən gedir? İnzibatçılığı heç kim inkar etmir, amma o, korrupsiya ilə mübarizədə təkcə nəticə verə bilməz, islahat da lazımdır. O islahat ki, Əliyevlər onun haqqında heç vaxt eşitmək istəməyiblər. Ona görə də beləcə üzücü və yorucu mənzərə yaranır.
Korrupsiya, hətta onun subyektiv tərəflərini bir tərəfə qoysaq, hər şeydən əvvəl ovaxtkı və indiki siyasi sistemin qüsurudur. Bəli, bu siyasi sistem və iqtisadi model qüsurludur. Ya bunu qəbul etmək lazımdır, ya da ki, insanları yormağa, üzməyə dəyməz...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Hökumət iclasları çox qəribə tonda keçir: hər şey yaxşıdır, hər yaxşı gedir, bu cür iqtisadiyyat heç bir yerdə yoxdur!
Bunu o məhkəmələrin həmin şəxslərə bəraət verməsinin və işə bərpa etmək haqda qərar qəbul etməsinin qarşısını almaq üçün edir. Bu detal nəyə dəlalət edir?İCTİMAİ RƏYƏ SAYĞISIZLIQ