Bəlkə də bu sualın cavabını heç kim bilmir. Yalnız bir ölkə - Rusiya bu sualın cavabını bildiyini güman edir. Amma buna rəğmən bu yaxınlarda keçirilən Kazan görüşü heç bir nəticə vermədi. Bunun ardınca Rusiyanın Xarici İşlər naziri S.Lavrov əvvəlcə Yerevana və Bakıya, sonra da Vaşinqtona səfərlər etdi.
Qafqaz ölkələrinə səfərlərin məqsədi prezidentlərə D.Medvedevin məktubunu çatdırmaq idi. Bəs Rusiyanın xarici işlər nazirini Vaşinqtona hansı məqsədlər apardı? Uğursuz Kazan görüşündən sonra çox güman ki, Rusiya xarici işlər nazirinin Vaşinqtona səfər etməkdə məqsədi təkcə ABŞ-ı prosesin gedişi ilə bağlı məlumatlandırmaq deyil, həm də onun gələcəkdə də davam etməsi üçün mandat almaqdır. ABŞ proseslə bağlı kifayət qədər məlumatlıdır, çünki proses onun təmsilçisinin bilavasitə iştirakı ilə davam edir. Təhlükə yaşayan Rusiyanın vasitəçilik missiyasıdır. Son bir neçə ildə Rusiya bir neçə dəfə dünya birliyini intizarda saxlayıb. Sonuncu dəfə belə hal ötən il Astanada, bu il isə Kazanda baş verib. Hər iki halda böyük dövlət başçıları prezidentlər arasında ciddi bir anlaşmanın baş verəcəyinə ümid ediblər. Amma sonda hər şey məyusluqla bitib. Çox maraqlıdır ki, Kazanda baş verən uğursuzluqdan azca sonra Rusiya yenidən öz təklifləri ilə bölgəyə üz tutub. Son təkliflərin məğzi haqda məlumat verilmir, lakin böyük ehtimalla bu, sadəcə, danışıqların davam etdirilməsinə çağırışdır.
ALTERNATİV YOXDUR
Ən maraqlısı da budur ki, prezidentlərin də danışıqları davam etdirməkdən də başqa bir alternativi yoxdur, hətta bu danışıqlar üzücü və nəticəsiz olsa da. Məsələnin qəliz tərəfi budur ki, münaqişənin başlanmasından artıq 20 ildən çox bir vaxt keçsə də, onun nizamlanmasının çərçivələri haqda anlaşma, razılıq yox səviyyəsindədir. Bəli, şifahi olaraq həmsədr dövlətlər Azərbaycanın ərazi bütövlüyünü müdafiə etdiklərini bildirirlər, amma bunu birdəfəlik və ciddi bir şəkildə Ermənistanın diqqətinə çatdırmırlar. İndi «Madrid prinsipləri»ndən söhbət gedir, amma bundan da əvvəl bütün dövlətlər üçün məcburi olan və öz qüvvəsini bu günə qədər saxlayan BMT və Helsinki prinsipləri var. Lakin bu prinsiplər Qarabağ probleminə tətbiqən hələ də razılaşdırılır, halbuki bu günə qədər sülhə məcburetmə yolu ilə onları qəbul etdirmək olardı. Məhz bunun nəticəsidir ki, Ermənistan və Azərbaycan diplomatları sanki müxtəlif dillərdə danışırlar, biri bir söz deyir, digəri isə başqa.
ERMƏNİSTAN NƏ İSTƏYİR?
Azərbaycan hər danışıq mərhələsində yeni bir muxtariyyət modeli təklifi ilə çıxış etsə də, Ermənistanı bu, o qədər də maraqlandırmır. Bunun ən sadə bir izahı budur ki, Ermənistan Dağlıq Qarabağ üçün heç bir muxtariyyət istəmir və onun tam müstəqil olmasına can atır. Amma bu, həmişə belə olmuşmu? Əvvəlki dövrlərdə tərəflər bir neçə dəfə anlaşmaya yaxın olublar və elə bu cür anlaşmaların birinin ərəfəsində Ermənistan parlamentində böyük terror hadisəsi baş vermişdi. Beləcə, hər dəfə hansısa bir problem ortaya çıxır və məsələ öz həllini tapa bilmir. Burada bir suala ehtiyac duyulur. Bəs əsas bir vasitəçi tək Rusiya Dağlıq Qarabağ üçün hansı muxtariyyəti real hesab edir və nəzərdə tutur? O, ümumiyyətlə Dağlıq Qarabağı Azərbaycanın tərkibində görürmü? Məsələnin ən qəliz tərəfi də budur. Bəli, Rusiya da Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir. Amma bu, sözdən o tərəfə getmir. Rusiya özünün «hərbi forpost»u adlandırdığı Ermənistanı Dağlıq Qarabağ üçün muxtariyyət almağa məcbur etsəydi, problem çoxdan öz həllini tapardı. Çünki Azərbaycan artıq bir neçə dəfə Dağlıq Qarabağa Rusiyanın öz subyektlərinə verdiyi ən böyük statusu – Tatarıstanın da statusunu verməyə hazır olduğunu bildirib.
GÜZƏŞT LİMİTİ TÜKƏNMİŞ ÖLKƏ
Rusiya prezidentindən növbəti məktub alarkən Azərbaycan rəsmilərinin nə hisslər keçirdiyini başa düşmək mümkündür, çünki Azərbaycan problemə öz baxışı çərçivəsində nə mümkündürsə artıq onu bəyan edib. Elə sonuncu Kazan görüşü ərəfəsindəcə Azərbaycanın prezidenti bir daha bəyan etdi ki, onun ölkəsi Dağlıq Qarabağa Cənubi Tirolun statusunu verməyə hazırdır və bunu tamamilə mümkün hesab edir. Cənubi Tirolun statusu indilər dünyada təsadüf olunan ən yüksək statusdur, bu status subyektə faktiki olaraq idarəetmə və iqtisadiyyatda müstəqillik verir. Amma Ermənistan bu təklifi də eşitmədi.
Bu günə qədər rəsmi Bakı bir neçə muxtariyyət təklifi edib – Cənubi Tirol, Tatarıstan, Aland... Səmimi şəkildəcə etiraf etsək, artıq mümkün muxtariyyət modellərinin hamısı təklif olunub, daha təklif olunmalı bir şey qalmayıb. Elə problemin qəlizliyi də bundadır. Tərəflər problemə əks istiqamətlərdən və əks mövqelərdən yanaşırlar – Azərbaycan Dağlıq Qarabağ üçün ən yüksək muxtariyyət nəzərdə tutur, Ermənistan isə Dağlıq Qarabağa ancaq müstəqil dövlət statusu tələb edir. Bəs Rusiya nə edir? Artıq 20 ildir ki, bəziləri bu suala cavab axtarır, hərçənd onun cavabı hələ 20 il bundan əvvəl məlum idi...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.