Rusiya prezidenti Dmitri Medvedevin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nəsə yeni təklifləri var. Bu təklifləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov şəxsən Bakı və Yerevana çatdıracaq. Siyasi ekspertlər növbəti tapmaca üzərində baş sındırırlar: Görəsən yeni təkliflər nələri ehtiva edir?
Kreml sahibi son görüşə ciddi hazırlaşır
Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanla Ermənistan arasındakı prinsipial fərq ortadan qaldırılmayıb. Azərbaycan münaqişənin mərhələli şəkildə həllinə tərəfdardır, Ermənistan isə əvvəlkitək bütün məsələlərin eyni zamanda anlaşmada göstərilməsini istəyir. Başqa sözlə Yerevan referendum tarixinin bəri başdan anlaşmada əks olunmasını istəyir ki, buna da Bakı razılaşa bilməz. Bu fərq ortadan qaldırılmayınca hər hansı anlaşmanın imzalanması mümkün görünmür.
Buna baxmayaraq, Medvedev iki il bundan öncə başladığı işi yekunlaşdırmağa həvəslidir. Rusiya prezidenti azərbaycanlı və erməni həmkarlarını 9 dəfə bir araya gətirib, 3 dövlət başçısı iki ildən bir Soçinin qarlı dağlarından tutmuş Neva sahillərinə qədər məsafə qət ediblər. Demək olmaz ki, Kreml sahibinin vasitəçiliyi tam fiaskoya uğrayıb. Azərbaycan və Ermənistan prezidentləri bu müddətdə iki ortaq sənədə imza atıblar. Prezidentlər birinci sənəddə danışıqları davam etdirəcəklərinə, ikinci sənəddə isə əsir və girovların dəyişdirilməsinə boyun olublar. Bu yolla Medvedev azərbaycanlı və erməni həmkarlarını tədricən baş sənədin imzalanmasına yaxınlaşdırıb və o bu işi Kazanda yekunlaşdıracağına ümidli idi. Olmadı. Çünki, qeyd etdiyimiz kimi Kreml tərəflər arasındakı münaqişənin həllinə baxışda prinsipal fərqi ortadan qaldırmayıb.
Medvedev bəlkə də son həmləsinə hazırlaşır. Kreml sahibi prezidentlərin yubiley - 10-cu görüşündən nəticəsiz ayrılmaq istəmir. Bu böyük ehtimalla Medvedevin Rusiyada prezident seçkisindən öncə Azərbaycan və Ermənistan dövlət başçıları ilə son görüşü olacaq. Bu görüşün də nəticəsiz qalması prezident seçkisinə hazırlaşan Medvedevin xarici siyasətdə böyük uğursuzluğu olacaq. Ona görə də Medvedev 10-cu görüşə daha ciddi hazırlaşır. Yeganə ümid Yerevanı referendum tarixindən geri addım atmağa razı salmaqdır. Onsuz da rəsmi Bakı Madrid prinsiplərinə razılaşmaqla böyük güzəştə gedib. Həmin prinsiplərin içərisində Dağlıq Qarabağ üçün müvəqqəti ararlıq statusu nəzərdə tutulub ki, bu faktiki bölgənin Azərbaycandan ayrı yaşaması anlamına gəlir.
İlham Əliyev atasının taktikasına üstünlük verəcəkmi?
Ancaq Kremlin Bakıya daha çox təzyiqini də istisna etmək olmaz. Bu halda
İlham Əliyev Kremlin mümkün təzyiqindən yaxa qurtarmaq haqqında ciddi düşünmək məcburiyyətində qalacaq. Bunun üçün ən yaxşı yol Madrid planının bütün təfərrüatlarının ictimayyətə açıqlanmasıdır.
Vaxtilə Heydər Əliyev də eyni vasitədən yararlanmışdı. O, Minsk Qrupunun qısa fasilələrlə irəli sürdüyü paket və mərhələli həll planlarını, o cümlədən “ümumi dövlət” planının tam mətnlərinin dövlət qəzetlərində dərcinə tapşırıq vermişdi. Çap olunan həll planları ictimaiyyətin geniş diskussiyasına yol açmışdı.
Bu hal Heydər Əliyevə imkan verdi ki, arxasında ictimaiyyətin dəstəyini hiss edərək danışıqlarda həm mövqeyini nisbətən gücləndirsin, həm də mümkün təzyiqləri bir qədər neytrallaşdırsın. Yəni əgər Kremlin son fəallığında referendumla bağlı təhlükəli bəndin sənədə salınması cəhdi varsa, bu haqda Azərbaycan ictimaiyyətini məlumatlandırmağa ehtiyac var.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir