Google yüzlərlə email ünvanının oğurlanmasına cəhd olduğunu deyir

Google şirkətinin Pekindəki ofisinin qarşısı, 2 yanvar 2011


Google şirkəti açılayıb ki, bir sıra ABŞ və xarici ölkə rəsmiləri, hərbçilər, jurnalistlər və çinli dissidentlərin elektron poçtlarını ələ keçirməyə çalışıblar. Şirkətin rəsmiləri kiber hücumun Çinin bir əyalətindən – Jinandan edildiyi bildirib.

Google-un Avropa, Orta Şərq və Afrika (EMEA) üzrə xarici əlaqələr direktoru Piter Barron:

“Çindən, Jinandan edilən bu hücum yüzlərlə istifadəçinin gmail hesablarına yönəlib. Onların arasında ABŞ rəsmiləri, Çinin siyasi fəalları, bir sıra Asiya ölkələrindən rəsmilər, hərbçilər və jurnalistlər olub. Hücumun məqsədi bu istifadəçilərin yazışmalarını ələ keçirmək olub”.

Şirkətin Təhlükəsizlik direktoru Eric Grosseun sözlərinə görə, kiber hücum belə gerçəkləşdirilib: İstifadəçilərə göndərilən xüsusi mesajla onların login və parollarını yenidən daxil edilməsi istənilir. Sonrasa ələ keçirilən bu parollar vasitsilə hakerlər gmail ünvanına gələn məktubların bir nüsxəsini özlərinə yönləndirilər.

Grosse iddia edir ki, ümumilikdə hücum nəticəsində Google sisteminə hər hansı ziyan dəyməyib.

Məlumatların oğurlanmasına cəhd faktının olması və istifadəçilərin kimliyi online hücum yox, kiber-casusluq şübhəsi yaradıb. Dərhal itnernetdə hücumun Çin hökuməti tərəfindən təşkil olunması iddiaları səslənib.

Amma Çin hökuməti özünün bu hücumlara aidiyyatı olmasıyla bağlı iddiaları rədd eləyib. Xarici İşlər Nazirliyinin sözçüsü Hong Lei deyib ki, Çin özü hakerliyə qarşı mübarizə aparır:

“Hakerlik beynəlxalq problemdir. Çin özü hakerlərin qurbanı olur. Çin hökumətinin hakerləri dəstəklədiyini iddia etmək əsassızdır və hansısa məqsədlərə xidmət etməkdir”.

Ağ Ev bildirib ki, hücum faktının diqqətlə araşdırırlar, amma ABŞ hökumətinin elektron ünvanlarının zərər görməsinə inanamırlar. Federal Təhqiqatlar Bürosu isə bildirib ki, Google ilə birgə araşdırmada iştirak edirlər.

Bu olay Çin və Goggle şirkətinin münsibətlərini daha da gərginləşdirib. Daha öncə Google Çin hökumətinin axtarış serverlərini senzura etmək tələbləriyələ razılaşmayandan və çox ciddi kiber-hücuma məruz qalandan sonra şirkət dünyanın ən iri internet bazarından çıxdığını élan etmişdi.

2010-cu ildə Google senzura şərtiylə razılaşdı və Google-un lisenziyası uzadıldı.

Çin hökuməti dövlət səviyyəsində interneti nəzarətdə saxlayır, rəsmi icazə olamayan məlumatlar, o cümlədən siyasi xarakterli istənilən informasiya internetdən yığışdırılır.