Mayın 8-də Şotlandiyada keçirilən parlament seçkisinin nəticəsi dünyanın bir çox yerindəki separatçıların, eləcə də torpaq bütövlüyü prinsipindən çıxış edənlərin diqqətini cəlb edib. Hər halda, «Şotlandiyadan bizə nə»- deyib yaxamızı kənara çəkə bilməyəcəyik. Çünki erməni separatçıları, həmişə olduğu kimi, növbəti nümunədən də təbliğat məqsədilə bəhrələnmək fikrinə düşüblər.
LONDON NARAHATDIR
Şotlandiya Xalq Partiyası 129 yerlik parlamentdə 65 deputat yerini qazanıb. Bu o deməkdir ki, Şotlandiyanın müstəqillik tərəfdarı olan bu partiya tarixində ilk dəfə təkbaşına hökumət formalaşdırmaq imkanı qazanıb. Partiyanın lideri Aleks Salmond hələ çox öncədən seçkidə qələbə qazanacaqları təqdirdə 5 il ərzində Şotlandiyanın müstəqlliyi ilə bağlı referendum keçirəcəklərini vəd edib.
Demək, saatın əqrəbi artıq Böyük Britanıyanın əleyhinə işləməyə başlayıb.
Şotlandiyada seçkilərin nəticəsi açıqlandıqdan sonra Böyük Britaniyanın baş naziri Devid Kemeron Xalq Partiyasının liderini telefonla təbrik etsə də, bölgənin müstəqilliyinin əleyhinə olduğunu söyləməyi də unutmayıb. Buna baxmayaraq, Aleks Salmond seçicilərə verdiyi vədi yerinə yetirəcəyini bir daha açıqlayıb: «Şotlandiya xalqı bizə inanıbsa, biz də bu inamı doğruldaraq referenduma hazırlaşmalıyıq».
BBC-nin məlumatına görə Şotlandiya rəsmiləri Böyük Britaniyanın bu refernduma mane olmayacağını bildirir. Şotlandiyanın dövlət katibi Michael Moore BBC-yə bildirib ki, «İndi bu referendumun olması və nə zaman keçirilməsi barədə qərarı Şotlandiya parlamenti verəcək».
ŞOTLANDİYA ERMƏNİ SEPARATÇILARININ İŞTAHINI ARTIRIB
Şotlandiyada parlament seçkisinin nəticəsi Ermənistanın siyasi və ekspert çevrələrini hərəkətə gətirib. «Şotlandiyaya referendum imkanı yaradılırsa, Dağlıq Qarabağa niyə eyni imkan yaradılmamalıdır» sualı bu gün Yerevanda aktuallaşıb.
Şotlandiyada hadisələrin necə inkişaf edəcəyini söyləmək çətindir. Çünki şotlandlar gələcək referendumda müstəqlliyə səs versələr belə, bunu praktik şəkildə həyata keçirmək çətin olacaq. Təkcə Şimal dənizindəki zəngin neft yataqlarının hansı prinsiplə bölüşdürüləcəyi sualı indidən Qlazqo və Londonun başağrısına çevrilə bilər. Yəni elə ola bilər ki, bu gün müstəqillik tələb edənlər istəklərinə göz gəzdirsinlər. Kanadanın Kvebek əyalətində də belə olmuşdu. Kvebek üçün müstəqillik tələb edənlərin səsləri vaxtilə gur gəlirdi. Ancaq iki dəfə keçirilən referendumda kvebeklilər müstəqilliyə səs vermədilər. Və ya Pureto-Rikodakı siyasi qüvvələr də ara-sıra ABŞ-dan müstəqilliklərini dilə gətirirlər. Ancaq sonda müstəqillikdənsə ABŞ-ın ştatı olmağın verdiyi qazanclara üstünlük verirlər.
SON SÖZ DAĞLIQ QARABAĞ AZƏRBAYCANLILARININDIR
Lap tutaq ki, Şotlandiya müstəqil oldu, bu, Ermənistana beynəlxalq aləmdə hansı üstünlüyü qazandıracaq ki? Qarşımızda Kosovo örnəyi var.
Ermənistan hakimiyyəti bir ara Kosovonun Dağlıq Qarabağ üçün örnək ola biləcəyini iddia edirdi. Ancaq Rusiya qıcıqlanmasın deyə, Yerevan Kosovonun müstəqilliyini indiyə qədər tanımayıb. Bu, Dağlıq Qarabağın «müstəqilliyi» uğrunda çarpışan Ermənistanın bu «müstəqilliyi» indiyə qədər tanımamasına bənzəyir. Əlbəttə, referendum nəticəsində Şotlandiyanın müstəqlliyini London tanısa, digər dövlətlər də tanınma prosesinə qoşulacaq. Ancaq bu tanınmanın və referendumun yenə Dağlıq Qarabağ «referendumu» ilə əlaqəsi olmayacaq.
Birincisi, Şotlandiyadan fərqli olaraq, Dağlıq Qarabağda etnik təmizləmə həyata keçirilib, azərbaycanlılar tamamən bölgədən qovulub, qonşu rayonlar işğal olunub. Ona görə də etnik təmizləmənin və işğalın nəticəsi aradan qaldırılmadan referendumdan danışmaq yersizdir.
İkincisi, aydındır ki, Dağlıq Qarabağa geri dönən azərbaycanlılar ermənilərin keçirmək istədikləri referendumu və onun nəticəsini tanımayacaqlar. Bu halda separatçıların özbaşına keçirəcəkləri referendum bir işə yaramayacaq. Bu, bir növ Böyük Britaniyanın digər bölgəsi olan Şimali İrlandiyadakı duruma bənzəyəcək. Onilliklərlə şimali irlandların katolik hissəsinin müstəqillik tələblərinə protestant irlandlar müqavimət göstərdiklərindən sonda bu bölgə muxtariyyətə üstünlük verdi.
Ermənistan prezidenti Serj Sarkisyan 2009-cu ildə Rusiyanın «RTR» televiziya kanalına müsahibəsində yalnız Dağlıq Qarabağın statusu müəyyənləşəndən sonra azərbaycanlı qaçqınların geri qayıda biləcəyini söyləmişdi. Ermənistan prezidenti bu mövqeyini onunla izah edirdi ki, guya azərbaycanlı qaçqınların statusdan əvvəl geri qayıtmaları bölgədə yeni münaqişə ocağı yarada bilər. Bu mənada Sarkisyan haqlıdır, azərbaycanlılar geri qayıtdıqdan sonra Dağlıq Qarabağa müstəqillik tələb etmək əlçatmaz arzuya çevriləcək. Çünki Azərbaycan bir yana, beynəlxalq aləm belə Dağlıq Qarabağ azərbaycanlılarının yaşıl işıq yandırmadığı «müstəqilliyi» tanımayacaq. Separatçıların birtərəfli referendumu isə bölgəni yenidən müharibə meydanına çevirəcək. Bura Qafqazdır.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir